Icma.az
close
up
RU
Toydan əvvəlki stress və gərginlikdən çıxış yolları

Toydan əvvəlki stress və gərginlikdən çıxış yolları

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli.Az lent.az-a istinadən klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfovun müsahibəsini təqdim edir:

- Rövşən müəllim, cütlüklərin evlilikdən əvvəl psixoloji uyğunluğunu necə müəyyən etmək olar?

- Cütlüklərin psixoloji uyğunluğunu müəyyən etmək üçün ilk olaraq emosional ehtiyaclar və şəxsi sərhədlər müəyyən edilməlidir. Fərdi dəyərlər, həyat məqsədləri və münasibətdən gözləntilər haqqında səmimi söhbətlər aparmaq lazımdır. Bu uyğunluğu təsdiq etmək üçün psixoloji testlər və anketlərdən istifadə edilməlidir. Şəxsiyyət tipləri və emosional halları ölçən psixodiaqnostik testlər keçirərək, cütlüklərin münasibətlərini dəyərləndirmək olar. Cütlüklərin münaqişə zamanı davranışları, stresə reaksiyaları və qərar vermə prosesləri müşahidə edilməlidir.
Birlikdə vaxt keçirmək və müxtəlif çətin situasiyalarda bir-birilərinə necə dəstək olduqlarını təhlil edərək, uyğunsuzluqlar aşkara çıxa bilər. Tərəflər psixoloji travmalarını paylaşaraq bir-birini daha yaxşı tanımalıdır. Eyni zamanda, münasibətin hər iki tərəfə emosional təhlükəsizlik və dəstək verdiyinə əmin olmaq lazımdır. Cütlük terapiyasına müraciət etməklə gələcək münaqişələri əvvəlcədən müəyyən etmək və sağlam münasibətlər qurmaq olar.
Uyğunluq yalnız oxşarlıqlarda deyil, fərqlərin hörmətlə qarşılanması ilə tənzimlənir. Psixoloji uyğunluq, cütlüklərin birgə həyatdakı çətinliklərə qarşı mübarizə üçün təməl yaradır.

- Mübahisələri necə konstruktiv şəkildə həll etmək olar?

- Mübahisələri konstruktiv şəkildə həll etmək üçün ilk addım, hər iki tərəfin bir-birini dinləməyə hazır olmasıdır. Münasibətləri dialoq sağlamlaşdırır. Aktiv dinləmə zamanı tərəflər bir-birinin hisslərini və fikirlərini qəbul etdiklərini göstərməlidirlər. Problemləri təhlil edərkən, ittiham və ya qərəz dilindən uzaq durmaq vacibdir. Cütlüklər öz hisslərini empatiya quraraq ifadə etməkləri daha faydalıdır. "Sən həmişə belə edirsən" əvəzinə, "Bu vəziyyətdə özümü narahat hiss edirəm" demək daha doğrudur. Mübahisələrin məqsədi həll yolu tapmaq olmalıdır, qalib və məğlub axtarmaq deyil.
Tərəflər, emosional reaksiyalarını idarə edə bilmədikləri hallarda qısa fasilə vermək və sakitləşmək üçün zaman ayıra bilərlər. Kompromis mədəniyyətini inkişaf etdirmək və hər iki tərəfin maraqlarına cavab verən ortaq qərarlar qəbul etmək mübahisələri müzakirələrlə əvəz edir. Problemləri şəxsləşdirməmək vacibdir. Mübahisələrdən sonra bir-birindən üzr istəmək və hər iki tərəfin hisslərini müzakirə etmək əlaqəni gücləndirir.

- Cütlüklər evlilikdən əvvəl stres və gərginliyin öhdəsindən necə gələ bilərlər?

- Stres və təzyiqlərlə başa çıxmaq üçün cütlüklər açıq və səmimi ünsiyyət qurmalıdırlar. Hər iki tərəf bir-birinin stres mənbələrini başa düşməli və bunları aradan qaldırmaq üçün dəstək göstərməlidir. Stresi idarə etmək üçün birlikdə zaman keçirmək faydalıdır. Prioritetləri düzgün müəyyən etmək və birgə planlama aparmaq, cütlüklərin stressi azaldaraq idarə etməsinə kömək edir. Cütlüklərin fərdi olaraq emosional sağlamlıqlarını qorumaq üçün fərdi terapiya və psixoloji seanslar almağı vacibdir. Cütlüklərin bir-birinə empatiyası münasibətləri möhkəmləndirir.
Streslə bağlı məsələləri müzakirə etməkdən çəkinməmək vacibdir, çünki susqunluq problemləri daha da dərinləşdirə bilər. Ailədə susmaq yox, paylaşmaq lazımdır. Stresli vəziyyətlərdən sonra birgə vaxt keçirmək və əlaqəni gücləndirən jestlər etmək münasibətə müsbət təsir göstərir. Cütlüklərin streslə mübarizədə psixoloji dəstək almaqlarına ehtiyac varsa, təxirə salmaq olmaz.

- Cütlüklərin fərqli həyat tərzləri münasibətə necə təsir edə bilər?

- Fərqli həyat tərzləri münasibətə həm müsbət, həm də mənfi təsir edə bilər. Müxtəlif dünyagörüşləri münasibəti zənginləşdirə, lakin anlaşılmazlıqlara səbəb ola bilər. Cütlüklərin psixoloji uyğunsuzluğunda müşahidə olunan hal olaraq dəyərləndirilir. Cütlüklər bu fərqləri qəbul etməyi və bir-birinin seçimlərinə hörmət göstərməyi öyrənməlidirlər.
Həyat tərzlərinin uyğunlaşdırılması üçün açıq ünsiyyət və empatiya vacibdir. Evlilik öncəsi cütlüklər fərqlilikləri qəbul edib bu fərqləri münasibətlərinə necə uyğunlaşdıracaqlarına dair ortaq qərarlar verə bilərlər. Müxtəlif həyat tərzlərini münasibətə təhdid kimi deyil, inkişaf fürsəti kimi görmək önəmlidir. Cütlüklər ortaq dəyərlərini inkişaf etdirməlidirlər. Fərqliliklər üçün psixoloji dəstək və cütlük terapiyası alınmalıdır. Cütlüklərin fərqləri başa düşmək və psixoloji uyğunlaşmaqları münasibətlərini sağlam inkişaf etdirəcəkdir.

- Evlilikdən əvvəl bir-birlərinin ailəsi ilə münasibətləri necə tənzimləmək olar?

- Evlilikdən əvvəl ailələrlə münasibətlərin tənzimlənməsi üçün dəyər və hörmətli ünsiyyət əsasdır. Hər iki tərəf ailələrini bir-birinə tanıdaraq doğmalıq mühiti yarada bilər. Şəxsi sərhədləri qorumaq və ailələrin münasibətə həddən artıq müdaxiləsini məhdudlaşdırmaq vacibdir. Cütlüklər ailələrlə qarşılaşan problemləri birgə müzakirə edib ortaq həll yolları tapmalıdır. Münaqişələrin qarşısını almaq üçün hər iki tərəf ailələrin fərqli mədəniyyət və dəyərlərini başa düşməyə çalışmalıdır. Mühit və ailə gözləntilərinin başa düşülməsi münasibətlərin harmoniyasını artırır.
Cütlüklər öz aralarında razılığa gəlib ailələrlə necə davranacaqlarına dair strategiya qurmalıdırlar. Stresli vəziyyətlərdə sakit və hörmətli davranış göstərmək gərginliyi azaldır. Ailələrlə münasibətlərdə dürüstlük vacibdir. Cütlüklərin sağlam ailə münasibətləri dürüstlüklə tənzimlənməlidir.

- Evlilikdə şəxsi sərhədlərin qorunması nə dərəcədə önəmlidir?

- Şəxsi sərhədlərin qorunması sağlam və uzunmüddətli evlilik üçün vacibdir. Hər bir tərəfin öz maraqlarına, şəxsi vaxtına və fərdi azadlıqlarına hörmət edilməsi münasibətlərin balansını təmin edir. Şəxsi sərhədlər, cütlüyün bir-birinə qarşı güvən və hörmətini artırır. Cütlüklər bir-birinin fərqliliklərini qəbul etməlidirlər. Qəbullanmaq çətin deyil, amma əziyyətlidir. Burda psixoloji əziyyətdən söhbət gedir. Qəbullanmaq fədakarlıq tələb edir. Fədakarlıq edərkən sərhədlər pozulmamalıdır. Sərhədlərin pozulması cütlüklər arasında gərginlik yarada və emosional bağlılığı zəiflədə bilər. Açıq və səmimi ünsiyyət sərhədlərin müzakirəsində və müəyyən edilməsində əsas rol oynayır. Hər iki tərəf sərhədlərin nə olduğunu və niyə vacib olduğunu başa düşməlidir. Sərhədlərə hörmət göstərmək cütlüklərə daha güclü emosional bağ yaratmağa kömək edir. Fərdilik fərqlilik yarada bilər, amma ailədə fərqlilik sağlam düşüncədir. Ailə "mən" düşüncəsi ilə başlayır, "biz" ifadəsi ilə davam edir.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Dekabr 2024 01:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see291

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see274

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see271

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see266

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see259

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see245

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see240

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see240

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see236

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see234

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see230

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see224

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see221

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see217

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see214

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see210

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see203

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see202

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see191

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri