Icma.az
close
up
RU
Evliliklə bağlı yeni təklif: Onlar rüsumlardan azad edilə bilər

Evliliklə bağlı yeni təklif: Onlar rüsumlardan azad edilə bilər

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkəmizdə boşanmalar zaman məhkəmədə qaldırılan iddiaların böyük hissəsini əmlak bölgüsü və aliment məbləğinin təyinatı təşkil edir.
Bu kimi məsələlərin məhkəmədə deyil, tərəflər arasında həll edilməsi üçün isə Azərbaycan Respublikasının qanunvericiliyində nikah müqaviləsi sazişi  nəzərdə tutulub. Məcburi olmasa da, bu müqavilənin nikahdan öncə və nikah dövründə bağlanması tərəflərin müəyyən vəzifə və öhdəliklərini müəyyənləşdirmək üçün əhəmiyyətli hesab olunur. Yuxarıda qeyd etdiyimiz kimi, xüsusilə, boşanma halları zamanı nikah müqaviləsinin öncədən olması tərəflər arasındakı bir çox ziddiyyətli məsələni həll etməyə daha əlverişli imkan yaradır.
Maraqlıdır ki, bu sazişin məcburi qaydada icrası mümkündürmü?
Milli.Az xəbər verir ki, Bizim.Media-ya açıqlamasında hüquqşünas Ruslan Mustafayev bildirib ki, dünya təcrübəsində nikah sazişinin  bağlanması könüllülük əsasında aparılır və şəxslər buna məcbur edilmir:
"Azərbaycan Respublikasının qanunvericiliyində nikah müqaviləsinin bağlanması nəzərdə  tutulsa da, bu, məcburi deyil. Çünki Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə görə, müqavilənin bağlanması iradə ifadəsidir. Yəni, heç bir heç kəs bu müqavilənin bağlanmasına məcbur edilə bilməz. Ümumiyyətlə, dünya təcrübəsində belədir ki, nikah sazişinin  bağlanması könüllülük əsasında aparılır və şəxslər buna məcbur edilmir.
Əslində, nikahdan əvvəl nikah müqaviləsinin bağlanması gələcəkdə nikah ləğv olunduqda boşanan zaman yaranan problemlərin həllini asanlaşdırır. Ancaq təcrübədə vətəndaşlar ailə quran zaman nikah müqaviləsinin bağlanmasına meyil göstərmirlər".
Onun sözlərinə görə, məcburi qaydada deyil, təşviqedici addımlarla bu istiqamətdə nəticə əldə etmək olar:

"Digər tərəfdən, nikah müqaviləsi barədə əksəriyyət o qədər məlumatlı deyil. Məlumatlı olanlar isə sazişin bağlanmasını təklif etməkdə çəkinir və ya utanır. Düşünürlər ki, heç kim ailə quran zaman boşanma haqda fikirləşmir. Bu da nikah müqaviləsinin bağlanmasına mane olan haldır.

Ümumiyyətlə, nikaha daxil olan şəxslər bu barədə bilgiləndirilməlidirlər. Cütlükləri nikah müqaviləsinə təşviq etmək lazımdır. Məsələn, nikah müqaviləsi bağlayan şəxslərin nikah zananı rüsumların müəyyən hissəsindən azad olunması təşviqedici addım ola bilər. Çünki bu gün isə nikah müqaviləsinin bağlanmaması əmlak və aliment məsələlərinin məhkəmədə həll olunmasına gətirib çıxarır".

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 İyun 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri