Icma.az
close
up
RU
Əvvəl 30 qəpik, indi 1 manat Limonun kəskin bahalaşmasının səbəbi BƏLLİ OLDU

Əvvəl 30 qəpik, indi 1 manat Limonun kəskin bahalaşmasının səbəbi BƏLLİ OLDU

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Son günlər ölkəmizdə limonun qiyməti artıb. İstər paytaxtda, istərsə də bölgələrdə limon əvvəlki aylarla müqayisədə kəskin bahalaşıb. İlin müxtəlif vaxtlarında kilosu 3-4 manata təklif edilən limonun indi dənəsi 1 manata satılır. Bu məhsula tələbatın böyük olduğunu nəzərə alsaq, bahalaşmanın ailə büdcəsinə təsirinin də ciddi olduğunu görə bilərik.
Bu bahalaşmanın səbəbi nədir?
 

MÖVZU İLƏ BAĞLI:
DİQQƏT – Limon hər zaman faydalı DEYİL


Mövzu ilə bağlı Bizim.Media-ya danışan kənd təsərrüfatı sahəsi üzrə ekspert Akif Nəsirli deyib ki, qiymət artımı idxal-ixrac balansı ilə bağlıdır:
“Limon qiymətinin artım səbəbləri əsasən qlobal təchizat problemləri və əsas istehsalçı ölkələrdəki azalma ilə bağlıdır. Çində ötən ilin mövsümündə istehsal təxminən yarıya enib. Türkiyədə həm məhsuldarlıq azalıb, həm də bir müddət limon ixracı qadağan edilib ki, bu da qiymətlərin sürətlə qalxmasına gətirib çıxarıb. Bu səbəbdən dünyada təchizat-tələb balansı pozulub və qiymətlər yüksəlib”.
O bildirib ki, səbəblərdən biri yüksək idxal logistika xərclərlə bağlıdır:
“Hazırda limonun böyük hissəsi idxal olunur və logistika xərcləri qiymətləri artırır. Bu isə yerli bazarlarda bahalaşmanın əsas səbəblərindən biridir. Azərbaycan əhalisinin ərzağa olan tələbatının yalnız 25%-ə qədərini yerli istehsal təmin edə bilir. Kənar ölkələrdə ərzaq qiymətləri artdıqca, bu, yerli bazarda da qiymətlərin artmasına səbəb olur. Ümumiyyətlə, ölkədə inflyasiya səviyyəsi artıq 14%-ə, ərzaq inflyasiyası isə 21%-ə yaxınlaşıb - bu da qiymət artımında özünü göstərir.
İdxal və ixrac limon qiymətinə çox ciddi təsir göstərir.
Azərbaycan limonu əsasən idxal edir və idxal bazarında baş verən hər hansı dəyişiklik birbaşa yerlidəki qiymətdə əks olunur. İdxal ölkələrində (Türkiyə, Cənubi Afrika) təchizatın azalması yerli bazara mənfi təsir”.
Günay Şahmar, Bziim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Avqust 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri