Əvvəlcə atəşkəs, sonra isə seçkilər Zelenski
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Ukraynada prezident seçkilərinə yalnız atəşkəs elan edildikdə və hərtərəfli təhlükəsizlik zəmanətləri təmin edildikdə başlamaq olar".
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında yazıb.
O, paylaşımında seçki cədvəlinin 24 fevralda, Rusiyanın işğal cəhdinin ildönümündə açıqlanacağı ilə bağlı iddiaları da təkzib edib.
Ukrayna lideri, bu tarixin simvolik əhəmiyyətini vurğulayaraq bildirib ki, "Seçkiləri irəli aparmaq üçün bir niyyət və ya addım olsa belə, belə bir gündən siyasi hesablamalar üçün istifadə etmək məntiqli olmazdı. 24 fevral heç bir seçki elanı üçün istifadə edilə bilməz".
Zelenski seçki məsələsinin bəzi beynəlxalq tərəfdaşlar tərəfindən qaldırıldığını bildirib və Ukraynanın bu mövzunu özü başlatmadığını vurğulayıb.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 12 Fevral 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















