Əvvəldən alınan avtomobillər 2026 cı ilin yanvarından sonra yeni qaydalarla hesablanacaq? VİDEO
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avtomobillərin ölkəyə idxalı zamanı yeni aksiz dərəcələri ilə bağlı təkliflər Vergi Məcəlləsinə dəyişiklik layihəsində öz əksini tapıb.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, dəyişiklik qüvvəyə mindikdən sonra 7 ildən çox istehsal tarixi olan avtomobillərə tətbiq ediləcək vergi yükü ciddi şəkildə artacaq.
Məsələn, bu gün 2 min kubsantimetr mühərrikli benzin avtomobili üçün tətbiq edilən aksiz dərəcəsi yanvardan etibarən 1,5 əmsalla hesablanacaq. Dizel mühərrikli avtomobillərdə isə bu göstərici ikiqat artırılacaq.
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, məsələ yalnız yeni qanunun məzmunu ilə bitmir, onun tətbiq vaxtı da mühümdür. Onun sözlərinə görə, həm fərdi şəxslər, həm də biznes mühiti üçün ortamüddətli və qısamüddətli dövr proqnozlaşdırılan olmalıdır. Başqa sözlə, aidiyyəti qurumlar bu cür qanun layihələri təklif edən zaman adaptasiya dövrü olaraq biznes və vətəndaş üçün müəyyən dövr tanınmalıdır. Xüsusilə bu dəyişikliklər xərclərin artımı istiqamətindədirsə.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 10 Noyabr 2025 08:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















