Icma.az
close
up
RU
“ƏVVƏLKİ DİNAMİKAYA QAYITMAQ MÜMKÜN DEYİL...” Bakı Moskva münasibətlərində yeni dönəm

“ƏVVƏLKİ DİNAMİKAYA QAYITMAQ MÜMKÜN DEYİL...” Bakı Moskva münasibətlərində yeni dönəm

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan və Rusiya münasibətlərində əvvəlki dinamikaya qayıtmaq artıq mümkün deyil”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Rusiya - Azərbaycan münasibətlərinin indiki durumu və perspektivlərini şərh edərkən bildirirb.

Ekspert hesab edir ki, AZAL təyyarəsinin vurulması və Moskvanın reaksiyası əlaqələrdə ciddi deqradasiyaya səbəb olub: “Əvvəllər Azərbaycan və Rusiya liderləri ildə bir neçə dəfə görüşür, yüksək səviyyədə əlaqələri operativ şəkildə koordinasiya edirdilər. Xarici siyasət baxışları bir-birinə uyğun idi, beynəlxalq arenada qarşılıqlı təzyiqlərdən qaçılırdı. İqtisadi əlaqələr strateji layihələr (Şimal-Cənub dəhlizi, energetika) və qarşılıqlı investisiyalar üzərində qurulmuşdu. VTS əməkdaşlığı mövcud olsa da, 2022-ci ilin fevralından sonra praktiki olaraq dayandırıldı.

Humanitar sahə – rusların Azərbaycandakı mövcudluğu, azərbaycanlıların Rusiyadakı vəziyyəti və rus dilinin rolu – münasibətləri emosional baxımdan gücləndirirdi”.

Mövcud durum barədə danışan ekspert qeyd edib ki, hazırda yüksək səviyyəli siyasi dialoq yoxdur, son altı ayda liderlər yalnız bir dəfə təbrikləşiblər: “Yüksək səviyyəli dialoq yalnız vitse-prezidentlər və hökumətlərarası komissiyalar çərçivəsində baş verir. Yeni normanın formalaşması bu səviyyədə gedir, yəni siyasi və humanitar sahələrdə avtonomiya yaradılmalıdır”.

Politoloq bildirib ki, 7 oktyabr – Rusiya Prezidentinin doğum günü Azərbaycan tərəfi üçün test olacaq, Prezident İlham Əliyev hər il adət üzrə zəng edir, bu il vəziyyət necə olacaq, görünəcək.

Gələcək perspektivlər barədə danışan Fərhad Məmmədov hesab edir ki, xarici siyasət baxışları artıq avtomatik uyğunlaşmayacaq. Onun sözlərinə görə, Şimal istiqamətinin rolu azalır, yeni əlaqələr əsasən Azərbaycan Xarici İşlər Nazirliyi vasitəsilə qurulacaq. “İqtisadiyyat əsas sahə olacaq, çünki burada həm Bakı, həm Moskva üçün maraqlar və qarşılıqlı fayda var”, - o əlavə edib.

Fərhad Məmmədov qeyd edib ki, humanitar sahə deqradasiyaya uğrayıb: “Burada müsbət dinamika yaratmaq çətindir. Rusiyada azərbaycanlılara qarşı təzyiqlər ticarət və investisiyalara mənfi təsir göstərə bilər”.

Fərhad Məmmədov heab edir ki, strateji layihələr - Şimal-Cənub dəhlizi və Zəngəzur koridoru həm Bakının, həm də Moskvanın marağındadır və onlar davam etdiriləcək.

Onun sözlərinə görə, AZAL təyyarəsinin vurulması məsələsində ilin sonuna qədər aydınlıq yaranacaq: “Moskva Bakının gözləntilərinə uyğun qərar qəbul edərsə, böhranın kökü aradan qalxacaq; əks halda beynəlxalq məhkəmə prosesləri gündəmə gələcək”.

Politoloq hesab edir ki, yeni norma iqtisadi əlaqələrin davam etməsi ilə, lakin siyasi dialoq və xarici siyasət sahəsində minimal uyğunlaşma ilə mümkün ola bilər. Onun sözlərinə görə, humanitar sahədəki risklər isə diqqətlə idarə edilməlidir.

O əlavə edib: “Profil strukturlar iqtisadiyyatın siyasətdən və humanitar təzyiqlərdən avtonomiyasını təmin edə bilsə, yeni normalar daha davamlı olacaq. Əsas odur ki, qarşılıqlı gözləntilər yeni çərçivədə möhkəmlənsin”.

Rasim

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Sentyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri