Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

BALLICAYA QAYITMAQ ONLARA YENİ HƏYAT VERDİ

BALLICAYA QAYITMAQ ONLARA YENİ HƏYAT VERDİ

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Deyirlər ki, dünyada Vətəndən şirin şey yoxdur. Təbii ki, bu deyimdə böyük həqiqət var. Vətənin  şirinliyini bəlkə də orada  yaşayanda çoxları hiss etmir, bilmir. Vətəndən ayrılanda adamın başına hava gəlir və qürbət eldə günün cənnətə dönsə belə sənin  üçün çox ağır və cansıxıcıdır. Ən azından ona görə ki, üstündə durduğun, gəzdiyin torpaq, havasını udduğun məkan sənin vətənin deyil, yəni bura  yad  bir eldir, qürbətdir, uzaq məkandır.Onu da deyirlər ki, dərdli dərdlini başa düşə bilər. Dərdi olmayanlar heç vaxt həmin adamı başa düşə bilməz.  Vətənsiz insanları da ancaq Vətənini  itirən adamlar anlaya bilər. Çünki onların dərdləri eynidir. Üzləri gülsə də ürəkləri, qəlbləri qan ağlayır və rahatlıq tapmır. Mənim özüm də Füzuli işğal olunanda doğmalarımın  nələr keçirdiyini  çox yaxşı bilirəm. Onlar uzun müddət bu ayrılığa dözməyi bacardılar. Bu mənada Xocalıdan, daha doğrusu, onun yaşayış sahələrindən biri olan Ballıcadan ayrı düşənlərin də kədərini və dərdini hiss etməmək mümkün deyildi. 

Xocalı erməni faşistləri tərəfindən işğal olunanda onun yaşayış yerləri, qəsəbələri də ermənilərin əsarəti altına keçdi. Onlar Xocalının özündə olduğu kimi, kəndlərində və qəsəbələrində də çox böyük  vəhşiliklər törətdilər, evləri-eşikləri yandırdılar. Əsir götürdükləri mülki əhaliyə – qadına, uşağa, qocaya heç kimə rəhm eləmədilər. Bir çox döyüşçülərimizi əsir götürəndən sonra ağaca bağlayıb üstünə benzin səpib od vurdular. Bu səhnəni isə həmin insanların doğmaları  gözləri ilə görür, bəzilərinin  vəhşiliyə ürəkləri tab gətirməyərək ürəyi partlayır, bəziləri isə  huşunu  itirirdi. Heç bu zülmü alman faşistləri Avropanı və SSRİ-ni işğal edəndə eləməmişdilər. Amma ermənilər  elədilər. Nə qocaya rəhmləri gəldi, nə xəstəyə, nə də körpəyə. Vəhşilikləri ilə dünya tarixinə bir qanlı səhifə  yazdılar. O qanlı səhifənin adı Xocalı oldu, Ballıca oldu və digər işğal olunmuş yerlərimiz oldu.  Vəhşiləşmiş və it kimi qudurmuş ermənilər əsirlərimizlə də vəhşicəsinə davrandılar. Onları ya acından öldürdülər, ya döyməklə ağır xəsarət yetirdilər, ya da  min bir əzab  verdilər. Bu əzaba hər insan dözə bilməzdi.  İnsanlıqdan və bəşəri dəyərlərdən məhrum olan erməni faşistləri  bax, Xocalıda, Ballıcada belə qətllər törətdilər.

Ballıcalılar düz 32 ildən çox bu  yerə, doğma  yurdun ayrılığına çətinliklə də olsa dözməyi  bacardılar, amma dözməyənlər də oldu. Xəstə, ürəyi zəif, doğma balasını itirmiş neçə-neçə Ballıca sakini bu dərdə dözməyib məcburi köçkünlük  dövründə dünyasını dəyişdi. Düzdür, onlar nə vaxtsa Ballıcaya gələcəkləri günə inanırdılar. İnanırdılar ki,  Allahın, Azərbaycan prezidenti İlham Əliyevin və Ordumuzun köməkliyi ilə bu torpaqlar azad olunacaq, onlar doğma yurda dönəcəklər.

İstər 44 günlük İkinci Qarabağ savaşında, istərsə də antiterror  əməliyyatında ballıcalılar çox böyük sevincli anlar yaşadılar. Onların  Vətənə  qayıtma ümidləri  daha da artdı. Və Azərbaycan prezidenti İlham Əliyevin  böyük  şücaəti və qəhrəmanlığı ilə işğaldan azad olunmuş  bütün rayonlarımızda, eləcə də Xocalıda, Ballıcada yenidənqurma işlərinə başlanıldı.  Bir neçə ilin içində həm Xocalıda, həm də Ballıcada yeni binalar, yaşayış evləri, sosial obyektlər, məktəblər, uşaq bağçaları inşa edildi. Bir sözlə, hər cür infrastruktur yaradıldı. Yəni burda insanların yaşaması, işləməsi  üçün gözəl  asfalt yollar  çəkildi, işıq, qaz, su xətləri istismara verildi. 

Bir neçə ay bundan əvvəl isə Ballıcaya ilk köç oldu. Və bu ilk köç ballıcalıların 32 illik həsrətinə son qoydu. Vətənə qayıtmaqdan, Vətənə dönməkdən, onun torpağının  üstündə gəzməkdən, havasını udmaqdan, suyunu içməkdən gözəl heç nə ola bilməz. Bəli, onlarla sakin ailəsi ilə birlikdə doğma yurda qayıtdılar. Onların arasında Nəzirə Əhmədova da vardı. Nəzirə xanım deyir ki, bu gün  həm kədərlənirəm, həm də sevinirəm. Ona görə kədərlənirəm ki, bu torpaqda doğmalarımız, əzizlərimiz şəhid oldu  və Vətənə döndülər. Sevinirəm ki, indi biz ailəmizlə doğma kəndimizdəyik. Bununla yanaşı, şəhidlərimizin, əzizlərimizin də ruhu sevinir. Balaca qızım Lalə  Xocalıdan 3 yaşında çıxmışdı. İndi kəndə qayıdanda  qucaqlayıb torpağı öpür, Təkcə Lalə  öpmür torpağı, mən də, yoldaşım Arif də, oğlum Rafiq də iməkləyə-iməkləyə torpağı qucaqladıq, bağrımıza basdıq, hönkür-hönkür ağladıq. Dedik ki, nə yaxşı, ölmədik, bu günü də gördük. Bizə bu anı  nəsib edən prezident İlham Əliyevə və Ordumuza minnətdarıq. Şəhidlərimizə, qazilərimizə və qaliblərimizə alqışlar deyirik. Onların  hər addımda, hər yerdə səsi, ruhu hiss olunur.

Vətənə qayıdanlar arasında Adil Məmmədov da var. Adil qardaşımız deyir ki, 32 il  qərib yerdə yaşamaq elə də asan deyil. Nə yasımızın rahatlığı vardı, nə də toyumuzun sevinci. Rəhmətə gedənlərimizi dəfn edəndə elə onlarla birlikdə biz də ölürdük. Sözün açığı, bütün ümidlərim qırılmışdı. Heç Ballıcaya qayıtmağa ümidim belə yox idi. Amma tez-tez bu yerləri, bu gözəllikləri, bu məkanları yuxumda görürdüm. Yuxumda görürdüm ki, ermənilər evlərimizə od vurub yandırıb, qəbiristanlıqlarımızı dağıdıb, hündür-hündür çinar, palıd, qoz ağaclarımızı, hər cür bar verən meyvə ağaclarımızı qırıblar. Yuxudan qalxanda göz yaşları  içində qalxırdım. Allaha and olsun, sən demə, Allahın möcüzəsi varmış. Sadəcə olaraq, mən bu möcüzəyə inanmırdım. Bu da mənim günahımdı, Allah istəsə insanın  üzünə  bütün bağlı qapıları aça bilər və bizə də belə bir  sevinc, sevgi qismət elədi. Vətənimizə döndük, özümüzü yurd yerində daha xoşbəxt, daha rahat hiss etdik.

Ballıcanın Vətənə qayıdan sakinlərindən kiminlə söhbət elədiksə hamısı bu xoşbəxt an üçün Allaha dua elədilər. Dedilər ki, onların çəkdiyi  zülmü torpağından  didərgin düşmüş bütün  insanlar yaşayıblar. Amma bu qədər əzab-əziyyətdən, ayrılıqdan, ölüm-itimdən, kədərdən sonra yurda qayıtmağın, Vətənə dönməyin özgə bir gözəlliyi var. Bunun üçün biz hamımız Azərbaycan prezidenti İlham Əliyevə və əsgərlərimizə minnətdarıq. Onlar bizi bu Vətənə qaytarıblar. Ballıcaya  qayıtmağımız bizə yeni bir həyat bəxş elədi. Allah bu həyatı bizə çox görməsin!

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Aprel 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see461

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see430

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see307

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see304

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see298

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see255

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see243

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see238

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see228

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see220

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see214

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see212

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see211

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see210

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see208

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see199

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see196

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see193

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri