Icma.az
close
up
RU
Menu

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

PSJ yenidən vahid lider oldu

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

“AZƏRBAYCAN, QAZAXISTAN TƏHDİD ALTINDADIR...” “Bakı və Moskva arasında əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”

“AZƏRBAYCAN, QAZAXISTAN TƏHDİD ALTINDADIR...” “Bakı və Moskva arasında əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sərdar Cəlaloğlu:“NATO ilə Rusiya arasında birbaşa toqquşma mütləq olacaq... Bu, Putinin hakimiyyətdən getməsini labüd edir”

“Türk Dövlətləri Təşkilatı İslam xalqların maraqlarını müdafiə edən bir quruma çevrilsə, dünyanın ən böyük güclərindən biri olacaq”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu gündəmin aktual mövzuları ilə bağlı “AzPolitika”nın suallarını cavablandırıb.

Müsahibəni oxucularımıza təqdim edirik:

- Sərdar bəy, Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilmiş zirvə toplantısında Prezident İlham Əliyev birgə hərbi təlimlər keçirilməsini təklif etdi. Bu, ondan xəbər verir ki, Bakı bu təşkilatın gələcəkdə daha sıx inteqrasiyasını, hərbi-təhlükəsizlik sahəsində dərin əməkdaşlıq içərsində olmasını istəyir. Siz təşkilatın perspektivinə necə baxırsınız?

- Əvvəl onu deyim ki, Türk Dövlətləri Təşkilatı iqtisadi sferada müəyyən ortaq layihələr həyata keçirmək istəyirsə, ortaq maraqları müdafiə etmək üçün təbii ki, ortaq müdafiə gücü yaratmalıdır. Məncə, bir nömrəli vəzifə budur. Bu gün dövlətlərin hamısı üçün xarici təhdid var: Rusiya Özbəkistanı təhdid edir, Azərbaycan, Qazaxıstan təhdid altındadır, Türkiyəyə müəyyən təhdidlər var. Bu o deməkdir ki, bu dövlətlər üçün ən vacib məsələ hərbi təhlükəsizliyin təmin edilməsidir. Təbii ki, ayrı-ayrı dövlətlər, Türkiyə istisna olmaqla, qeyri-adi bir güc ortaya qoya bilməzlər. Amma bu dövlətlər öz güclərini və potensiallarını bir araya gətirdikdə, dünyada ikinci, üçüncü hərbi güc mərkəzinə çevrilə bilərlər. Bu da o deməkdir ki, həmin hərbi güc mərkəzinin təsiri altında olan ərazilərdə daha yaxşı iqtisadi layihələr həyata keçirmək, daha müasir kommunikasiya imkanlarından istifadə etmək mümkün olacaq. Yəni, bütün digər məsələlərin təminatı da bu gücün mövcudluğundan asılıdır.

Ona görə də birinci vəzifə hərbi gücün - kollektiv təhlükəsizliyin təmin edilməsidir. Baxın, Avropa Birliyi yaranmamışdan qabaq nə yaranmışdı? NATO. NATO nə vaxt yarandı? Müharibə qurtaran kimi. Sonra iqtisadi birliklər, Avropa Şurası, ondan sonra ATƏT. Amma birinci nə yarandı? NATO. Dədə Qorqudun bir sözü var: “Bir torpağı qoruya bilməyəcəksənsə, onu əkib-becərməyə ehtiyac yoxdur”. Yəni bu, bir nömrəli vəzifə olmalıdır.

Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin xarici təhdidlərdən effektiv qorunma mexanizmləri işlənməlidir. Bu gün dünyada çox ciddi bir problem də var, o da dünyanın silahlanmasıdır. İkinci Dünya müharibəsindən bu günə qədər Avropada silahlanma demək olar ki, 100 dəfə artıb. Amerika silahlanır, bütün ölkələr silahlanır, hamı hansısa üçüncü dünya müharibəsi təhdidinə hazırlaşır. Bu faktor da məcbur edir ki, ya türk dövlətləri ayrı-ayrılıqda öz hərbi potensiallarını artırsınlar, ya da ümumi, kollektiv şəkildə imkanlarını gücləndirsinlər. Buna görə də hesab edirəm ki, vahid hərbi gücün yaradılması – istər “Türk NATO-su”, istərsə də “birləşmiş hərbi güc” adlandırılsın, çox vacib məsələdir.

- Bu təklifə, yəni perspektivdə hərbi birliyin yaradılmasına Rusiyanın, Çinin və Avropanın hansı münasibət göstərəcəyi maraqlıdır. Çünki Rusiya TDT-nin bəzi üzvləri ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunur...

- Bunu açıq şəkildə Kremlin baş ideoloqu Aleksandr Duqin də deyib: Türk Dövlətləri Təşkilatı rus dövlətinin maraqlarına ziddir. Bundan əvvəl isə Lavrov demişdi ki, biz də bu təşkilatda təmsil olunmaq istəyirik. Sual yaranır: niyə Rusiya orada təmsil olunmaq istəyir? Çünki Rusiya istəyir ki, Türk Dövlətləri Təşkilatının içərisində olsun, beləliklə, təşkilatın qərarvermə imkanına nəzarət etsin. TDT üçün ikinci ciddi məsələ ondan ibarətdir ki, təşkilat müəyyən gücə çevrildikdən sonra dünya türklərinin hüquqlarını qorumağa məcbur olacaq. Çünki dünyada asılı vəziyyətdə olan türklərin ən çox yaşadığı ölkə Rusiyadır. Deməli, Türk Dövlətləri Təşkilatı real gücə çevrildiyi halda, bütün türk dünyasının birləşməsi üçün əsas hədəf Rusiya olacaq. Həmçinin, təşkilata daxil olan bütün türk dövlətlərinin (Türkiyə istisna olmaqla) keçmiş SSRİ respublikaları olması baxımından, Rusiya bu qurumun güclənməsinin əleyhinədir.

Çinin isə mövqeyi bir qədər ikilidir. Bir tərəfdən, “Orta Dəhliz” layihəsinin işləməsi üçün belə bir təşkilatın mövcudluğu onun maraqlarına uyğundur. Digər tərəfdən, Çinin öz ərazisində də ciddi türk problemi var. Biz çox vaxt uyğurlardan danışırıq, amma Çində 150 milyonadək qeyri-uyğur türk də yaşayır. Tarixən də türkləri Çin özü üçün ən böyük təhlükə hesab edib. Buna görə də Çin bu təşkilatın yaranmasında tam şəkildə maraqlı deyil. Pakistanın da bu strukturda yer alması mümkündür. Lakin Pakistan Çinin strateji müttəfiqi olduğuna görə, Türk Dövlətləri Təşkilatına münasibətdə müəyyən fərqli mövqe nümayiş etdirə bilər. Geopolitik baxımdan isə Çin razı olmaz ki, onun sərhədlərində nəhəng bir güc formalaşsın. Çünki əgər türk dövlətləri birləşərsə, onların hərbi potensialı Çinin gücünü neytrallaşdıra biləcək səviyyəyə çatar. Pakistan da bu birliyə qoşulsa, artıq bu güc Çinə bərabər olacaq. Çin hazırda Asiyada hegemon mövqeyə sahibdir və Hindistanla rəqabət aparır. Bu rəqabətin əsas səbəbi də Asiyada hegemonluq uğrunda mübarizədir. Hegemonluq, onsuz da, Çinin xarici siyasətinin “qırmızı xətti”dir.

- Bəs Avropa və ABŞ?

- Rusiya və Çini neytrallaşdırmaq məqsədilə ABŞ Türk Dövlətləri Təşkilatının yaranmasında maraqlı ola bilər. Həmçinin, “Orta Dəhliz”in effektiv işləməsi üçün də bu birlik Amerikanın maraqlarına uyğundur. Amma Türk Dövlətləri Təşkilatı hərbi baxımdan qlobal siyasi gücə çevrilsə, Avropa bunun irəli getməsinə tam razılıq verməz. Amerikanın mövqeyinə gəlincə, o, nə qədər güclənsə də, nəticə etibarilə bu prosesə qarşı çıxmayacaq. Türk Dövlətləri Təşkilatının güclənməsi, Rusiyanın və Çinin təsirinin azalması baxımından ABŞ-nin maraqlarına uyğundur. Əgər öz strateji maraqlarını düzgün hesablasa, ABŞ Türk Dövlətləri Təşkilatına əsaslı şəkildə dəstək verə bilər. Amerikanın Zəngəzur dəhlizinə nəzarət etməsi də təsadüfi deyil. Bu, həm də TDT-nin əlaqələrinə nəzarət etmək deməkdir. Çünki Türkiyənin Orta Asiya ilə birləşməsi üçün Ermənistan və Zəngəzur dəhlizi olduqca vacibdir.

- Təbii ki, İran da seyirçi qalmayacaq...

- Əlbəttə, İranın hansı mövqe tutacağı da nəzərə alınmalıdır. İran bu təşkilatın yaranmasında maraqlı deyil, çünki əhalisinin 50–60 faizi türklərdir. Qonşuluqda nəhəng bir türk birliyi formalaşarsa, Cənubi Azərbaycanın siyasi aktivliyi indikindən on qat artacaq. Hindistan da, təbii ki, Pakistan amilinə görə, bu birliyin əleyhinə olacaq. Avropa dövlətləri isə, yəqin ki, vahid mövqedən çıxış edəcəklər. Hələlik görünən odur ki, Türk Dövlətləri Təşkilatının inkişafına yalnız Amerika nisbətən loyal münasibət göstərir. Qalan böyük güclər isə türk dövlətlərinin vahid birliyə çevrilməsini istəməyəcəklər.

TDT-nin birliyə çevrilməsinin əsas səbəbi isə Ərdoğanın dediyi “Dünya beşdən böyükdür” ifadəsində əksini tapır. Türk dünyası “altıncı güc” olmaq istəyir. İkinci Dünya müharibəsindən sonra Fransa, Böyük Britaniya, Hindistan və Braziliya kifayət qədər gücləniblər və indi onlar da bu iddianı daşıyırlar. Əgər Türk Dövlətləri Təşkilatı İslam dünyasının diqqətini cəlb edə bilsə və bu xalqların maraqlarını müdafiə edən bir quruma çevrilsə, dünyanın ən böyük güclərindən birinə çevriləcək. Yəni, məqsəd budur və bu istiqamətdə gedilir.

– Rusiyanın TDT-nin hərbi güc kimi formalaşmasına qarşı əsas ölkə olduğunu vurğladınız. Amma nəzərə alaq ki, Rusiyanın çox ciddi problemləri var. Xüsusilə Ukrayna müharibəsinin necə bitməsi onun regiondakı mövcudluğunu müəyyənləşdirən faktordur. Bu barədə sizin müşahidələriniz nədən ibarətdir?

– Onu deyim ki, ruslar müharibənin üç günə bitəcəyini düşündüklərinə görə bütün potensiallarını və hərbi sənaye sistemlərini ona uyğun qurmuşdular. Yəni hər şey “üç günlük əməliyyat” üçün planlaşdırılmışdı. Amma o “üç gün” artıq üç ilə çevrildi. Rusiyanın bu vəziyyətə düşməsinin əsas səbəbi də budur. Rusiyanın düşüncəsində hər şey qısa müddətli idi: “Üç günə Kiyevi alacağıq, bizi gül-çiçəklə qarşılayacaqlar”. Amma indi vəziyyət tam fərqlidir. Tramp hakimiyyətə gələndə bir müddət Rusiya yeni əraziləri işğal etdi, böyük iddialar irəli sürdü, danışıqlar çətinləşdi. Amma mən o vaxt demişdim ki, Tramp çox qəribə siyasət aparır: əvvəl xoş münasibət göstərdiyi qüvvələrə sonradan ən sərt zərbəni vurur. Yadınızdadırsa, Tramp Putinə qarşı əvvəllər xoş bəyanatlar səsləndirirdi. Amma bir müddət sonra Amerika Ukraynanın əli ilə Rusiyanı faktiki diz çökəcək vəziyyətə gətirdi. Hazırda Rusiyanın siyasəti nədən ibarətdir? Rusiya anlayır ki, əgər Ukraynada məğlub olsa, gələcək dünya düzənində onun yeri qalmayacaq. Buna görə də elə bir vəziyyət yaratmaq istəyir ki, hamı onun məğlubiyyətinə haqq qazandırsın.

- Daha böyük güclə qarşıdurmaya getmək?

- Bəli. Hazırda Rusiyanın Avropada müxtəlif ölkələrdə yaratdığı təxribatlar, ABŞ-nin strateji maraqlarına qarşı çıxması, Trampı təhqir etməsi, nüvə silahı ilə hədələməsi – bütün bunlar eyni məqsədə xidmət edir: Qərbi qorxutmaq və özünü hələ də güclü göstərmək. Bu o deməkdir ki, Avropa Birliyi və Amerika artıq bu müharibədə Rusiya üçün sadəcə rəqib yox, faktiki qarşı tərəfdir. Gözlənilir ki, yaxın gələcəkdə Rusiya hansısa insident yaradacaq - məsələn, Finlandiya və ya Polşa istiqamətində. Ondan sonra danışıqlar artıq Ukrayna ilə yox, birbaşa ABŞ, Avropa və Rusiya arasında aparılacaq. Yəni, Ukrayna məsələsi arxa plana keçəcək. Putin müharibənin ilk günündən deyirdi ki, “biz NATO ilə vuruşa bilmərik, onlar bizdən güclüdür”. Amma indi elə vəziyyət yaranıb ki, faktiki NATO da bu müharibənin içindədir. Bu, Rusiyada daxili auditoriya üçün yaradılmış yanlış təəssüratı düzəltmək cəhdidir.

- NATO ilə Rusiya arasında birbaşa toqquşma yaxın zamanlarda baş verə bilər?

- Bu, sadəcə zaman məsələsidir. Amma mütləq olacaq. Başqa çıxış yolu yoxdur. Ukraynadan çıxmaq Rusiyanın məğlubiyyəti deməkdir. Çünki Ukrayna cəbhəsindəki vəziyyət Rusiyanın gələcəkdə dünya düzənində tutacağı yeri müəyyənləşdirəcək. Əgər Rusiya Ukraynada uduzarsa, sabah Fransa, İngiltərə, ABŞ kimi dövlətlər qarşısında da müqavimət göstərə bilməyəcək.

– Bəs Ukraynanın taleyi necə olacaq?

– Ukrayna indi çox ciddi maliyyə borcu içindədir və böyük dağıntılarla üzləşib. Yaxın 50 ildə Ukrayna Avropa dövlətləri üçün heç bir təhlükə yaratmayacaq. Əksinə, Avropaya daxil olacağı təqdirdə potensialı ilə bəzi dövlətləri narahat edə bilər.

Fransa və Almaniya Avropa Birliyinin aparıcı dövlətləridir, amma digər üzv ölkələrin nə iqtisadi gücü, nə əhali sayı, nə də hərbi potensialı Ukraynanın səviyyəsində deyil. Ukrayna həm hərbiləşmiş xalqdır, həm təxminən 40 milyon əhalisi var, həm də zəngin və strateji baxımdan üstün mövqeyə malik ərazidir.

Bu potensialla Ukrayna Avropa Birliyinə daxil olarsa, qısa müddətdə Avropada söz sahibi ölkələrdən birinə çevriləcək.

- Müharibə bitərsə, Rusiya Ukrayna ərazisini tərk edəcək?

- Rəqibini əgər nifrət saçan düşmənə çevirsən, o, sənin üçün daha təhlükəli düşmənə çevrilər. Vaxtilə türklər yunanlara qalib gələndə, Atatürk dərhal sülh müqaviləsini imzaladı. O baxır ki, yunan generalı başıaşağı vəziyyətdədir. Gülə-gülə onlara deyir ki, bəzən müharibədə zəif tərəfin qalib olması da mümkündür, burada qeyri-adi heç nə yoxdur. Yunanlar bir-birinə gülümsəyirlər, bundan sonra isə Türkiyə ilə Yunanıstan arasında çox xoş münasibətlər formalaşır.

Yəni, Rusiyanı elə məğlub etmək lazımdır ki, sonradan o, onu məğlub edən qüvvələrə qarşı qisas hissi ilə yaşamasın. Amerika Prezidenti Eyzenhauerin bir fikri var idi: “Məğlub dövlət iki cür olur - biri dost edilən, digəri isə düşmən kimi saxlanılan”. Amerika həmişə çalışıb ki, məğlub etdiyi dövlətlərə dostluq təklif etsin. Bu, həmin dövlətlərin məğlubiyyət kompleksindən xilas olmasına kömək edib. Amerika öz uzaqgörən siyasəti ilə bunu dəfələrlə sübut edib.

Müharibə bitəndən sonra qalib və ya məğlub olmasından asılı olmayaraq, qarşı tərəflə sülh imzalanır, münasibətlər bərpa olunur. Mən niyə Ermənistan məsələsində fərqli mövqe nümayiş etdirirəm? Çünki hesab edirəm ki, erməniləri qisasçıya çevirmək olmaz. Onların məğlubiyyəti üzərindən qalibin üstünlüyünü göstərmək yox, əksinə, dostluq təklif etmək lazımdır ki, onlar bu məğlubiyyəti həzm edə bilsinlər. Eyni vəziyyət Rusiyaya da aiddir. Əgər gələcəkdə kiçik bir güzəşt edilərsə, bu, həm regionun, həm də beynəlxalq sabitliyin qorunması üçün vacib olacaq. Rusiya bu müharibədən çox şey itirib. Məsələn, Alyaska vaxtilə dəyər-dəyməzə satılmışdı, halbuki o, iki Ukrayna boydadır. Bu gün Ukraynada təxminən bir milyon rus əsgəri ölüb, Rusiya ordusunun yarısı artıq sıradan çıxıb. Yəni, bu müharibə Rusiyaya çox baha başa gəlib. Halbuki, Rusiyanın torpağa ehtiyacı yoxdur, dünya üzrə ən böyük əraziyə malik dövlətdir. Onun ehtiyacı ağıllı, məsuliyyətli insanlaradır. Amma Rusiya cəmiyyətində korrupsiya, dələduzluq və oğruluq dərin kök salıb. Buna görə də Rusiya artıq əvvəlki kimi güclü dövlət statusunu itirib.

Putin bu müharibə ilə əslində NATO-nun genişlənməsinə şərait yaratdı. Bu gün NATO sərhədləri üç dəfə böyüyüb və Rusiya ətrafında hərbi güc formalaşıb. Rusiya Suriyada, İraqda, Afrikada, Qafqazda və Orta Asiyada uduzub. Yəni faktiki olaraq uduzmaqlar silsiləsi yaşayan dövlətə çevrilib. Gələcək dünya nizamında Rusiya artıq sovet dövründəki kimi rol oynaya bilməyəcək. SSRİ vaxtı dünya iki güc – Rusiya və Amerika arasında bölünmüşdü. Amma indi Rusiya bu statusu tamamilə itirib. Əgər bu müharibə baş verməsəydi, bəlkə də çoxları hələ də Rusiyanı SSRİ kimi güclü hesab edərdi. Lakin indi artıq aydındır ki, Rusiya beynəlxalq siyasətdə əvvəlki kimi hesablaşılan tərəf olmayacaq.

– Rusiyanın daxili vəziyyəti necə olacaq?

– Mənə elə gəlir ki, Putindən sonra hakimiyyətə ona yaxın bir şəxs gətiriləcək. Bu da ölkədə müəyyən dərəcədə qisasçılıq və repressiya meyllərinin olmamasına səbəb olacaq.

– Yaxın perspektivdə?

– Dəqiq demək çətindir, amma təxminən bir-iki, bəlkə üç il ərzində Rusiyada yumşaq bir dəyişiklik ola bilər. Yəni rəhbərlik səviyyəsində dəyişiklik baş verəcək, lakin sistem dəyişməyəcək. Sadəcə, yeni rəhbər kim olacaq və Avropanın bu prosesə təsiri nə qədər güclü olacaq – bu, hələ aydın deyil. Amma bir şey dəqiqdir: Ukrayna müharibəsi Putinin hakimiyyətdən getməsini labüd edir. Bu müharibə ilə Putinin iqtidarda qalması artıq mümkün deyil.

– Bəs Azərbaycan–Rusiya münasibətləri necə olacaq?

– Əslində, Rusiyanın son addımlarına baxsaq, görərik ki, münasibətlərdə əvvəlki istilik artıq yoxdur. Belə hallar siyasətdə baş verir. Məncə, Rusiya Azərbaycanla bağlı İlham Əliyevin bəzi şərtlərini yerinə yetirib. Amma bir məsələ aydındır: Bakı və Moskva arasında əvvəlki münasibətləri bərpa etmək artıq mümkün deyil. Nə Putin buna gedər, nə də İlham Əliyev bundan sonra Rusiyaya tam güvənər. Rusiya göstərdi ki, onun üçün “dost” və “düşmən” anlayışı bir o qədər də sabit deyil.

– Azərbaycan daxilində hansı dəyişikliklər gözləyirsiz?

– Təəssüf ki, proseslər yaxşı istiqamətdə getmir. Azərbaycanda hakimiyyətə real müxalifət gücü yoxdur. Qarabağ müharibəsi bir müddət xalqı birləşdirdi, amma sonrakı mərhələdə korrupsioner məmurlar öz mövqelərini daha da gücləndirdilər.

Hazırda xarici siyasət ön plandadır, daxili siyasət isə ikinci dərəcəyə keçib. Sosial-iqtisadi vəziyyətin ağırlaşması gözlənilir.

E.Rüstəmli

E.Bəyməmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Oktyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see430

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see299

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see197

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see165

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see153

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see152

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see150

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see149

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see137

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see137

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see135

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see134

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see133

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

11 Oktyabr 2025 20:50see132

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see128

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see124

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

11 Oktyabr 2025 17:55see123

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see122

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see121

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

11 Oktyabr 2025 23:03see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri