Icma.az
close
up
RU
“Əvvəllər ermənilər bizim adımızı eşidəndə tir tir əsirdilər, indi isə...” Əməkdar məşqçi

“Əvvəllər ermənilər bizim adımızı eşidəndə tir tir əsirdilər, indi isə...” Əməkdar məşqçi

Fanat saytına istinadən Icma.az xəbər verir.

Son vaxtlar Azərbaycan boksunda baş verənlər, nəticələrin zəifləməsi boks ictimaiyyətində haqlı iradlara səbəb olur. Məşqçilər, idmançılar və veteranlar bu idman növündə ciddi islahatlara ehtiyac olduğunu vurğulayırlar. Belə fikirdə olan mütəxəssislərdən biri də əməkdar məşqçi Rasim Məmmədovdur. 

O, Fanat.Az-a müsahibəsində Azərbaycan boksunun keçmiş uğurlarından, hazırkı problemlərindən və çıxış yollarından danışıb.

– Rasim müəllim, son zamanlar Azərbaycan boksu ilə bağlı tənqidlər səslənir. Ümumilikdə, boksun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
– Təəssüf ki, vəziyyət yaxşı deyil. Məsələn, bu gün dünya çempionatında iştirak edən iki boksçumuzun hər ikisi legionerdir. Bu, artıq Azərbaycan boksunun düşdüyü durumun göstəricisidir. Halbuki keçmişdə bizim öz yetirmələrimiz dünya çempionu olublar. Bu gün isə məşhur boksçularımızdan biri olan Məmmədrəsul Cəfərov – özü də legioner, dağıstanlı – üç dəfə dünya çempionu olub. Amma görün, nə qədər az hallarda belə uğurlar əldə edirik. Belə idmançılar sonradan unudulur, heç bir yerdə yada salınmır, salam da verən olmur.


– Sizcə, səbəb nədir?
– Səbəblər çoxdur. Məsələn, Ağacan Abiyev vaxtilə boksa böyük töhfələr verib. Sağ-salamatdır, evində-eşiyində oturur, amma nə yarışlara dəvət edilir, nə ad günü xatırlanır. Halbuki Azərbaycan boksunun bu günə gəlməsində onun böyük rolu olub. İndi hər gələn deyir ki, “boksu düzəltdik”. Axı hardadır nəticələr? Heç olmasa bir dünya çempionu verəydilər. İndi nə qalıbsa, keçmişdən miras qalıb. 300-400 nəfər boksçu qeydiyyatdan keçir, sonra bir nəfər də gözə dəymir. Niyə yoxa çıxırlar?

– Sizcə, bu problemin arxasında nə dayanır?
- Boksun inkişafı üçün məşqçilər savadlı olmalıdır, maddi-texniki baza möhkəmləndirilməlidir. Klublar, məşqçilər, xüsusən də rayonlardakılar dəstəklənməlidir. Elə rayonlar var ki, cəmi bir məşqçi çalışır. Bir nəfərlə bu işi aparmaq mümkün deyil. Məşqçi yalnız idmançını yetişdirməklə kifayətlənməməlidir, özü də daim inkişaf etməlidir. Mən yığmada işləyəndə bölgələrdən məşqçiləri dəvət edirdim, onlardan tələb edirdim ki, idman formasında məşqlərdə iştirak etsinlər. Bu həm onların inkişafı, həm də milli komandanın işi üçün vacibdir.


– Təlim-məşq toplanışlarında vəziyyət necədir?
– Təəssüf ki, bəzi hallarda məşqçiləri təlim-məşq toplanışlarından uzaqlaşdırırlar, guya mane olurlar. Halbuki bu yanlış yanaşmadır. Onlara imkan yaradılmalıdır ki, həm öyrənsinlər, həm də öyrətsinlər. Bu, federasiyanın birbaşa marağında olmalıdır. Milli komandanın məşqçiləri təkbaşına hər şeyin öhdəsindən gələ bilməz. Mən yığmada işləyərkən məşqçiləri təlim-məşq toplanışlarına çağırırdım. Özü də onlardan tələb edirdim ki, məşqə idman formasında gəlsinlər. 
Məşqçilərin təlim-məşq toplanışlarına dəvət olunması vacibdir. Bu onların inkişafı üçün zəruridir. 

– Bəziləri nəticələrin olduğunu deyir, amma legionerlər ön plana çıxır. Bu barədə nə düşünürsünüz?
– İndi deyirlər ki, 5-6 nəfər nəticə verir, onların hesabına institutlara qəbul olurlar. Amma bu, sistemli inkişaf deyil. Əvvəllər belə deyildi. Ermənilər bizim adımızı eşidəndə tir-tir əsirdilər. İndi isə bizi udurlar. Bu, çox ciddi problemdir. Bunu yığmanın məşqçilərindən soruşmaq lazımdır ki, niyə ermənilərə uduzuruq?


– Boksun inkişafını ləngidən əsas səbəb nədir?
– Əsas problem savadsızlıq və sistemsizlikdir. Klublar zəifdir. Əvvəllər “Rabitə” kimi güclü idman klublarımız vardı. Bizimlə “Neftçi” və “Sədərək” ayaqlaşırdı. Sonradan “Rabitə” dağıldı. Digər klublar da ziflədi. Bundan başqa, təcrübəli  insanlar isə kənarda qalıb. Təsəvvür edin, 70 yaşlı bir kubalını baş məşqçi təyin etmişdi. diblər. Onun vaxtında Kubada başq məşqçi olanda 40 ildə birinci dəfə idi ki, kubalı boksçular medal qazana bilmədi. Belə bir adamı məşqçi təyin etmişdilər. Azərbaycan boksu bu sayaq inkişaf edə bilməz axı. 
Bir problemi diqqətə çatdırım. Söhbət püşkatmadan gedir. Püşkatmanı necə istəyirlər elə də düzüb-qoşurlar. Monitor yoxdur. Kimi kiminlə istəyirlərsə rəqib salırlar. Bütün bunlar əlbəttə ki, boksun inkişafına ciddi təsir edir.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://fanat.az
archiveBu xəbər 02 Oktyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri