Icma.az
close
up
RU
Express Experience Yay Təcrübə Proqramı UĞURLA BAŞA ÇATIB

Express Experience Yay Təcrübə Proqramı UĞURLA BAŞA ÇATIB

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Expressbankın gənclərin peşəkar inkişafına və bank sektorunda praktiki təcrübə qazanmasına dəstək məqsədilə həyata keçirdiyi “Express Experience” Yay Təcrübə Proqramı başa çatıb.

Proqrama müraciət edən 2 000 namizəd arasından seçim mərhələlərini uğurla keçən 22 gənc təcrübə proqramına cəlb olunub. İştirakçılar proqram müddətində bankın müxtəlif istiqamətlərində fəaliyyət göstərərək nəzəri biliklərini real iş mühiti ilə birləşdirmək, peşəkar bacarıqlarını inkişaf etdirmək və bank sektorunun iş prinsiplərini yaxından öyrənmək imkanı əldə ediblər.

Təcrübə müddətində gənclər Expressbankda real iş mühitini yaxından tanıyıb, müxtəlif layihə və tapşırıqların icrasında iştirak edib, bankın peşəkar əməkdaşlarının təcrübəsindən faydalanıblar. Proqram çərçivəsində iştirakçılar komanda işi, effektiv ünsiyyət, analitik düşüncə, təşəbbüskarlıq və digər peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

Təcrübə müddətində fəallığı, peşəkar yanaşması və fəaliyyət nəticələri ilə seçilən bir neçə iştirakçı artıq Expressbankda işlə təmin olunaraq komandaya qoşulub. Daha 6 iştirakçı isə öz istəkləri əsasında təcrübə müddətini davam etdirir. Sözügedən iştirakçılar bankda müvafiq vakansiya yarandığı təqdirdə işə qəbul üçün dəyərləndirilə bilərlər.

Beləliklə, “Express Experience” proqramı gənclər üçün yalnız praktiki təcrübə qazanmaq imkanı deyil, həm də bank sektorunda öz potensiallarını sınamaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və gələcək karyera imkanlarına bir addım daha yaxınlaşmaq üçün mühüm platforma olub.

Expressbank gənclərin inkişafına və potensialının kəşf olunmasına, həmçinin praktiki bilik və bacarıqlarının artırılmasına, eləcə də maliyyə sektorunda karyera qurmaq imkanlarının genişləndirilməsinə yönəlmiş siyasətini gələcəkdə də davam etdirəcək.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

‹›1 / 10

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Sentyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see348

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see304

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see303

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see294

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see245

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see240

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see240

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see234

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see221

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see220

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see214

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see210

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see208

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see208

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see205

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see204

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see204

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see201

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see196

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri