NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan, 9 may, AZƏRTAC
Naxçıvan Dövlət Universitetin (NDU) Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrinin İğdır Universitetində keçdikləri təcrübə proqramı müvəffəqiyyətlə başa çatıb.
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, proqramın sonunda İğdır Universitetinin rektoru professor Ekrem Gürel təcrübəçi tələbələrlə görüşüb. Görüşdə Ziraət fakültəsinin dekanı professor İsa Özaydın və İğdır Universitetinin Heyvan Xəstəxanasının baş həkimi Gökhan Koçak da iştirak ediblər.
Ekrem Gürel çıxışı zamanı İğdır Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığın strateji əhəmiyyət daşıdığını vurğulayıb. Rektor NDU tələbələrinin İğdır Universitetində təcrübə keçmələrinin akademik əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib: “Universitetimiz Türk dünyası ilə elmi və humanitar əlaqələrin inkişaf etdirilməsini prioritet hesab edir. Qardaş Naxçıvan Dövlət Universitetindən gələn tələbələrimizin burada təcrübə keçməsi bu istiqamətin ən dəyərli və bariz göstəricilərindən biridir”.
Sonra tələbələrin təcrübə prosesi ilə bağlı fikirləri dinlənilib, onların əldə etdikləri bilik və praktik bacarıqlar barədə müzakirələr aparılıb.
Təcrübəçi tələbələr sertifikat, müəllimləri isə təşəkkürnamə ilə təltif olunublar.
Müxbir- Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:267
Bu xəbər 09 May 2026 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















