Icma.az
close
up
RU
İKTA “Yay təcrübə proqramı” elan edir

İKTA “Yay təcrübə proqramı” elan edir

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi “Yay təcrübə proqramı” elan edir.

“Qafqazinfo” xəbər verir ki, proqram tənzimləmə, radiospektr idarəçiliyi, informasiya texnologiyaları, hüquq, xidmət bazarlarına nəzarət və istehlakçı hüquqları, ictimaiyyətlə əlaqələr istiqamətlərini əhatə edir.

Proqramda iştirak etmək üçün namizədlər yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsi, yaxud 1-ci və 2-ci kurs magistratura pilləsi üzrə təhsil almalı, magistratura pilləsində təhsil alan namizədlərin bakalavr pilləsi üzrə yekun ümumi orta müvəffəqiyyət göstəricisi 75-80 baldan yuxarı olmalıdır.

Təcrübə proqramına qoşulan tələbələr nəzəri biliklərini tətbiq etmək, telekommunikasiya sahəsində praktiki bilik və bacarıqların formalaşdırılması məqsədilə keçiriləcək təlimlərə qatılmaq imkanı əldə edəcəklər.

Proqramda iştirak etmək üçün Agentliyin rəsmi veb-saytının “Karyera” bölməsi vasitəsilə cari il 19 mayadək müraciət etmək mümkündür.

Proqrama seçim 3 mərhələdən ibarət olacaq:

- Sənəd qəbulu üzrə ilkin yoxlamanın aparılması;

- Müsahibə;

- Namizədlərin tapşırıq əsaslı qiymətləndirilməsi.

“Yay təcrübə proqramı” 1 iyuldan 29 avqustadək davam edəcək.

Qeyd edək ki, müraciətlər zamanı yaranan suallar [email protected] elektron poçt ünvanına göndərilə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Aprel 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see351

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see309

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see305

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see299

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see247

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see243

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see242

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see236

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see223

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see222

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see216

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see212

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see210

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see207

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see206

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see206

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see203

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see199

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see187

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri