Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Icma.az, Marja.az saytına istinadən bildirir.
(®) Expressbank – sosial məsuliyyətinə sadiq maliyyə qurumu olaraq ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslərlə çıxış etməyə davam edir.
Ümumdünya Ətraf Mühit Günü münasibətilə “Təbiətə qayğı – Gələcəyə miras” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində keçirilən növbəti aksiya zamanı Bankın baş ofis və Mingəçevir filialının əməkdaşları Mingəçevir su anbarı hövzəsində yerləşən çimərlik ərazisində təmizlik işləri həyata keçiriblər.
Aksiya “Şəhərsalma və Memarlıq İli”nin məqsəd və prioritetlərinə uyğun olaraq, ölkənin strateji əhəmiyyətli şəhərlərindən biri olan Mingəçevirdə ekoloji tarazlığın qorunması və daha dayanıqlı, yaşayış üçün əlverişli mühitin formalaşdırılmasına dəstək məqsədi daşıyıb.
Expressbank dayanıqlı inkişaf prinsiplərini fəaliyyət strategiyasının əsas istiqamətlərindən biri kimi qiymətləndirərək bu sahədə ardıcıl sosial layihələr həyata keçirir. Xatırladaq ki, Bankın ötən ilki analoji təmizlik aksiyası Xəzər dənizi sahilində baş tutmuşdu.
Qeyd edək ki, Expressbank 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə bağlı sizə ən yaxın filialdan, www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Baxış sayı:140
Bu xəbər 08 İyun 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















