ExxonMobil və Chevron dan üçrəqəmli mənfəət artımı
Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
"ExxonMobil" və "Chevron"dan üçrəqəmli mənfəət artımı.
Banco.az xəbər verir ki, ABŞ-ın enerji şirkətləri "ExxonMobil" və "Chevron" 2026-cı ilin aprel–iyun dövrünə aid maliyyə nəticələrini açıqlayıblar.
Məlumata görə, "ExxonMobil"in xalis mənfəəti ikinci rübdə illik müqayisədə 105,1 faiz artaraq 14,5 milyard dollara yüksəlib. Şirkət 2025-ci ilin eyni dövründə 7,1 milyard dollar mənfəət açıqlamışdı.
"ExxonMobil"in hər səhmə düşən xalis mənfəəti də ötən ilin ikinci rübündəki 1,64 dollardan bu ilin eyni dövründə 3,48 dollara yüksəlib.
"Chevron"un xalis mənfəəti isə ikinci rübdə illik müqayisədə 384,8 faiz artaraq 12,1 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 2,5 milyard dollar mənfəət əldə etmişdi.
"Chevron"un hər səhmə düşən xalis mənfəəti də ötən ilin ikinci rübündəki 1,45 dollardan bu ilin ikinci rübündə 6,11 dollara yüksəlib.
Yaxın Şərqdə artan geosiyasi risklər və Hörmüz boğazı kimi strateji dəniz nəqliyyatı marşrutlarında yaranan fasilələr neft təchizatının azalmasına səbəb olub. Bu isə qlobal enerji qiymətlərinin yüksəlməsi ilə nəticələnib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 02 Avqust 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















