Icma.az
close
up
RU
Əyilən baş sindromu nədir və necə qurtulmaq olar? Həkim danışdı

Əyilən baş sindromu nədir və necə qurtulmaq olar? Həkim danışdı

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Yaponiyada 25 yaşlı gəncin davamlı olaraq telefonuna baxması nəticəsində yaranan sağlamlıq problemi tibb aləmində böyük əks-səda doğurub.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 6 ay davam edən şiddətli ağrılardan sonra gənc əməliyyat olunub.

Bu vəziyyət isə tibb dünyasında yeni olan “əyilən baş sindromu”dur.

Türkiyəli fiziki müalicə və reabilitasiya mütəxəssisi Dr. Yıldız Qonca Doğru deyib ki, problem davamlı olaraq mobil telefona baxmaqdan qaynaqlanır.

Sözügedən yapon gəncə tibbi müdaxilələr yetərsiz qaldığından əməliyyatla boynuna metal çubuqla yerləşdirilib.

Bu hadisə onu göstərir ki, rəqəmsal cihazlardan şüursuz və uzun müddət istifadə ciddi fiziki deformasiyalara səbəb ola bilər.

“Text neck” adlnanan bu vəziyyət başın daim önə əyilməsi və boyun onurğalarının deformasiyaya uğraması nəticəsində yaranır. Xüsusilə gənclər və ofis işçiləri arasında getdikcə daha çox yayılır. Baş irəli əyildikdə boyun fəqərələrinə yük artır. Normalda 4,5-5,5 kilo ağırlığında olan baş 60 dərəcə irəli əyildikdə onurğaya 27 kiloqrama qədər ağırlıq verir.

Bu, boyun əzələlərində gərginliyə, onurğanın düzgün düzülməməsinə və uzun müddət ərzində boyun yırtıqlarına, kanalların stenozuna və nəticədə xroniki ağrılara səbəb ola bilər.

Əyilən baş sindoromunuzun olduğunu necə bilmək olar?

Sindromun əsas əlamətləri boyun, çiyin və bel ağrıları, baş ağrısı, boyun hərəkətlərinin məhdudlaşdırılması, əzələlərin sərtliyi və gərginliyi, duruş pozğunluğudur.
Bu xəstəliyin əsas səbəbi başın əyri tutulmasıdır.

Buna görə də, kompüter, telefon və ya planşetdən istifadə edərkən göz səviyyəsində saxlayın və boynunuzu əyməkdən çəkinin, hər 20 dəqiqədən bir qısa fasilələr verin və sadə dartınma məşqləri edin. 

Boyun və kürək əzələlərini gücləndirən gündəlik məşqlər, yoqa və pilates kimi duruşu düzəltmək üçün fəaliyyətlərlə məşğul olun.

Şiddətli ağrı və ya məhdud hərəkət halında mütəxəssis həkimdən dəstək almaq çox vacibdir. Səhv yerinə yetirilən məşqlər xəstəliyi həll etmək əvəzinə vəziyyəti daha da pisləşdirə bilər. Buna görə də fiziki tibb və reabilitasiya mütəxəssisindən dəstək istənilməlidir.

Billurə Yunus
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 May 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri