Britaniya və Fransa NATO nun müdafiəsi üçün desant əməliyyatı keçirib
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Britaniya və Fransanın 2,5 mindən çox hərbçisi Almaniyada keçirilən "Rhino Titan” təlimlərində iştirak edib.
Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadən "Rapporteur” nəşri məlumat yayıb.
Almaniyanın Zennelaqer təlim mərkəzində yeddi həftə davam edən təlimlərdə Britaniyanın 16-cı Hava-Hücum Briqadası iştirak edib. Ölkənin qlobal operativ reaksiya qüvvələrinə daxil olan briqadanın əməliyyatlarına Almaniya logistika dəstəyi göstərib.
Briqada komandiri Ed Kartvayt bildirib ki, hərbçilərin qarşısına NATO ərazisini müdafiə etmək və müasir döyüş meydanında istifadə olunan dronlara, eləcə də radioelektron mübarizə vasitələrinə qarşı mübarizə aparmaq vəzifəsi qoyulub.
Təlimlər zamanı təxminən 600 desantçı Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus dörd A400M "Atlas” nəqliyyat təyyarəsindən bir neçə dalğa şəklində əraziyə endirilib. Hərbçilərlə yanaşı, avadanlıq və ehtiyatlar da daşınıb.
Təlimlərdə Britaniyanın Paraşüt Alayının 3-cü batalyonu və Fransanın Dəniz Piyadaları Paraşüt Alayının 3-cü alayına məxsus bir bölük də iştirak edib. Üç "Chinook” helikopteri əməliyyata dəstək verib, o cümlədən tibbi qəbul məntəqəsinin daşınmasını təmin edib.
Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq bildirib ki, XXI əsrdə üzləşilən təhdidlər müharibəyə müasir yanaşma tələb edir. Onun sözlərinə görə, Fransa və Almaniya ilə birgə keçirilən təlimlər NATO ərazisinin müdafiəsi üçün böyük hava-desant qüvvələrinin qısa müddətdə lazımi yerə yerləşdirilə biləcəyini nümayiş etdirib.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 25 Oktyabr 2026 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















