Liqa 1: “Monako” 10 nəfərlə qalan “Lill”ə qalib gələ bilmədi
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransa Liqa 1-in səkkizinci turunda “Monako” doğma meydanda “Lill”lə 1:1 hesablı heç-heçə edib.
İdman.Biz xəbər verir ki, “İkinci Lui” stadionunda keçirilən qarşılaşmanı Fransua Leteksye idarə edib.
Görüşdə hesab 24-cü dəqiqədə açılıb. Qonaqların heyətində Kilian Mbappenin kiçik qardaşı Etan Mbappe Soriba Diaunenin ötürməsindən sonra fərqlənib.
İlk hissə “Lill”in 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra meydan sahibləri hücumlarını artırıblar.
66-cı dəqiqədə qonaqlar azlıqda qalıblar. Tanqi Nyanzu birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Say üstünlüyündən yararlanan “Monako” 74-cü dəqiqədə tarazlığı bərpa edib. Edan Diopun qolu qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib - 1:1.
“Monako”nun yarımmüdafiəçisi Aleksandr Qolovin görüşü əvəzlənmədən keçirib, lakin məhsuldar göstərici ilə yadda qalmayıb.
Bu nəticədən sonra hər iki komandanın hesabında 15 xal var. “Lill” turnir cədvəlinin birinci, “Monako” isə ikinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, növbəti turda “Lill” oktyabrın 30-da “Lans”ı qəbul edəcək. “Monako” isə noyabrın 1-də səfərdə “Paris”lə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 25 Oktyabr 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















