Əyləc sistemi sıradan çıxdı, 21 nəfər qəzada öldü
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Nigeriyada 21 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.
Modern.az xarici KİV-ə istinadla bildirir ki, qəza Plateau ştatındakı Xavan-Kibo yolunda baş verib. Hadisə yük maşını, avtobus, minik avtomobili və motosikletin iştirakı ilə olub.
Qeyd olunur ki, qəza zamanı nəqliyyat vasitələrində ümumilikdə 25 nəfər varmış.
İlkin məlumatlar göstərir ki, yük maşınının əyləc sistemi sıradan çıxıb. Nəqliyyat vasitəsi idarəetmədən çıxaraq qarşısında hərəkət edən avtomobillərə çırpılıb. Zərbə o qədər güclü olub ki, sərnişin avtobusu yanıb.
Nəqliyyat vasitəsində sıxılıb qalanlar arasında 18, motosikletdə olanlar arasında isə iki nəfər həlak olub. Sonradan ölənlərin sayı 21-ə yüksəlib.
Yol xidməti əməkdaşları yolun hərəkət hissəsini təmizləyib, xəsarət alanların və həlak olanların cəsədlərinin ərazidən çıxarılmasını təşkil ediblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 04 Oktyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















