Eyni anda 3 klubdan təklif aldı
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Turan Tovuz”un hücumçusu Otto Con birdən-birə Premyer Liqanın 3 klubundan təklif alıb.
Gununsesi.info xəbər verir ki, 2023-cü il iyulun 1-dən Azərbaycanda çıxış edən nigeriyalı “Neftçi”, “Sumqayıt” və “Zirə”nin transfer siyahısında yer alıb.
Maraqlıdır ki, afrikalı legioner ona dəvət göndərənlərin hamısıyla eyni vaxtda danışıqlar aparır.
O üzdən “Turan Tovuz” rəhərliyinin “kefinə soğan doğrayıb”. Müqaviləni 2 illik uzatmaqla bağlı təklifi əlinin arxasıyla geri itələyib.
Aylardan bəri Tovuzdan ayrılmağın yollarını axtaran, ötən müddətdə dəfələrlə “getmək istəyirəm” çağırışı ilə idarəçilərin qapısını döyən hücumçu Premyer Liqanın digər təmsilçilərindən, həmçinin Avropa və Asiyadan onunla yaxından maraqlanan klubların olmasını bildirərək, “Turan Tovuz” yönəticilərinin əlini sıxmayıb.
O, bu komandaya 2023-cü il iyulun 1-də “Dukagini”dən (Kosovo) keçib. Buna qədər isə “Lion (Nigeriya), “Skenderbeu” (Albaniya), “Trepça” və “Priştina”da (hər ikisi Kosovo) oynayıb.
Adıçəkilən forvardın “Turan Tovuz”la kontraktı müddəti 2025-ci il iyunun 30-na qədərdir. (sportinfo.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 25 Yanvar 2025 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















