Icma.az
close
up
RU
Əziz Ələkbərli: Türk Dövlətləri Təşkilatı ən böyük mənəvi sərvətimiz və gələcəyimizin qarantıdır ŞƏRH

Əziz Ələkbərli: Türk Dövlətləri Təşkilatı ən böyük mənəvi sərvətimiz və gələcəyimizin qarantıdır ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 oktyabr, AZƏRTAC

XXI əsrin siyasi mənzərəsi sürətlə dəyişən proseslər və yeni geosiyasi çağırışlarla səciyyələnir. Bu şəraitdə Türk Dövlətləri Təşkilatı (TDT) təkcə ortaq etnik və mədəni köklərə söykənən birlik deyil, eyni zamanda, siyasi suverenliklərin uzlaşdırıldığı, iqtisadi sinerjinin gücləndirildiyi və təhlükəsizlik sahəsində strateji koordinasiyanın qurulduğu mühüm platforma kimi formalaşır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləyib.

Deputat qeyd edib ki, qədim və zəngin tarixi ilə seçilən Qəbələnin oktyabrın 6-7-də türk dünyasının diqqət mərkəzinə çevrilməsi təsadüfi deyil. TDT-nin Zirvə Toplantısı artıq formal protokol görüşü olmaqdan çıxaraq, türk dünyasının gələcək inkişaf istiqamətlərinin, ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyənləşdirildiyi mühüm tarixi mərhələyə çevrilir.

Ə.Ələkbərlinin sözlərinə görə, Xarici İşlər Nazirləri Şurasının iclasından başlayaraq Dövlət Başçılarının əsas toplantısınadək bütün mərhələlər yeni təşəbbüslərin irəli sürülməsi və inteqrasiya istiqamətində mühüm müzakirələr üçün geniş imkanlar yaratdı. Zirvə Görüşünün sonunda sədrliyin Qırğızıstandan Azərbaycana keçməsi ölkəmizin təşkilatdakı liderlik rolunun təsdiqi və yeni dinamik mərhələnin başlanğıcıdır. Bu, Zirvə Görüşünün Bəyannaməsində də əksini tapmaqla, TDT-nin siyasi və institusional inkişafında yeni bir mərhələnin rəsmi təsdiqi kimi dəyərləndirilir.

Deputat bildirib ki, Prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır” bəyanatı Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən parlaq ifadəsidir. Dövlətimizin başçısının təşəbbüsləri nəticəsində TDT formal qurumdan real təsir gücünə malik beynəlxalq təşkilata çevrilib. Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü və qəbul edilmiş Qarabağ Bəyannaməsi Türk dövlətlərinin həm sülh, həm də çətin dövrlərdə bir-birinə dəstək göstərən strateji tərəfdaşlar olduğunu nümayiş etdirib.

Prezident İlham Əliyevin Bişkek və Budapeştdə səsləndirdiyi “XXI əsr Türk dünyasının inkişaf əsri olmalıdır” hədəfi bu birliyin qarşısına qlobal miqyasda tarixi vəzifə qoyur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qardaş ölkələrlə birgə həyata keçirilən infrastruktur layihələri bu həmrəyliyin real fəaliyyət müstəvisinə çevrildiyini sübut edir.

Son illərdə Özbəkistanın üzvlüyü, eləcə də Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusu ilə TDT-nin sürətli genişlənməsi onu ənənəvi regional bloklardan fərqləndirir. Artıq təşkilatın gündəliyində mədəni əməkdaşlıqla yanaşı enerji təhlükəsizliyi, kibermüdafiə, kosmik tədqiqatlar və beynəlxalq ticarət yollarında strateji mövqelər kimi məsələlər də yer alır.

Gələcəkdə birgə hərbi təlimlər, müdafiə sənayesi əməkdaşlığı və strateji informasiya mübadiləsi kimi mexanizmlərin yaradılması Türk dünyasının tarixi irsini müasir güc platformasına çevirməyə imkan verəcək. Bakıda fəaliyyət göstərən TÜRKPA və Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumlar vasitəsilə mədəniyyət, təhsil və informasiya sahəsində əməkdaşlığın genişlənməsi isə TDT-nin təməlini daha da möhkəmləndirir.

Əziz Ələkbərli vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı bu gün siyasi həmrəylik platforması, sabah isə qlobal güc mərkəzidir. Qəbələ Zirvəsi bu baxışın reallaşmasının başlanğıcıdır. XXI əsr şübhəsiz ki, türk dünyasının inkişaf əsri olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see185

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see174

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see146

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see144

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri