Icma.az
close
up
RU
Əziz Ələkbərli xarici parlamentləri Qərbi azərbaycanlılarla bağlı ədalətsizliyə qarşı mübarizəyə çağırıb

Əziz Ələkbərli xarici parlamentləri Qərbi azərbaycanlılarla bağlı ədalətsizliyə qarşı mübarizəyə çağırıb

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli xarici ölkə parlamentlərinin nümayəndələrini Ermənistandan didərgin salınan insanlarla bağlı ədalətsizliyə qarşı mübarizəyə çağırıb.

525.az “Report”a istinadən xəbər verir ki, Ə.Ələkbərli bu barədə 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Qlobal idarəçilikdə parlament diplomatiyası” mövzusunda paneldə danışıb.

O deyib ki, türk-müsəlman əhali XX əsrdə bir neçə dəfə sistemli şəkildə məcburi deportasiyaya məruz qalıb və hazırda Ermənistandakı dədə-baba torpaqlarında bir azərbaycanlı belə qalmayıb:

“1987-91-ci illərdə sonuncu deportasiya dalğasında 300 mindən çox Azərbaycan türkü öz ata-baba yurdundan məqsədyönlü şəkildə didərgin salındı, tarixi abidələrimiz, əcdadlarımızın qəbirləri məhv edildi. Bununla həm də bəşəriyyətin maddi-mənəvi irsinə külli miqdarda ziyan vuruldu".

Ə.Ələkbərli əlavə edib ki, Qərbi Azərbaycan problemi regional müstəvidən çıxıb.

"Biz silahlı münaqişə nəticəsində öz torpaqlarımızdan qovulduq. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsi təsdiq edir ki, hər insanın öz ölkəsinə qayıtmaq hüququ var. Amma Ermənistan bu qanunları pozur. Halbuki rəsmi Bakı vaxtilə ölkəmizdə yaşayan, vətəndaşımız olan ermənilərin qayıtma hüququnu tanıyır”, - o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Aprel 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see197

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see151

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see144

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri