Icma.az
close
up
RU
Əziz Ələkbərli: XI Bakı Beynəlxalq Kitab Sərgisində gənclərin fəal iştirakı diqqət çəkir

Əziz Ələkbərli: XI Bakı Beynəlxalq Kitab Sərgisində gənclərin fəal iştirakı diqqət çəkir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 oktyabr, AZƏRTAC

XI Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Sərgidəki insanların sıxlığından da görmək olur ki, bu tədbirə maraq böyükdür. Sərginin ölkəmizdə kitab təbliğatı baxımından böyük əhəmiyyəti var.

Bunu AZƏRTAC-a müsahibəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, sərgi mədəniyyətlərin, ideyaların və biliklərin paylaşım meydanıdır. “Burada yerli və xarici nəşriyyatların bir araya gəlməsi oxu mədəniyyətinin inkişafı, yeni ədəbi trendlərin tanıdılması baxımından çox vacibdir. Sərgi çərçivəsində müəlliflərlə görüşlər, imza günləri, panel müzakirələr, uşaqlar üçün xüsusi proqramlar keçirilir. Hər il olduğu kimi, bu il də on minlərlə ziyarətçi sərgiyə qatılıb, xüsusilə gənclərin fəal iştirakı diqqət çəkir”,- deyə deputat əlavə edib.

Əziz Ələkbərli sərgidə həmmüəllifi olduğu nəşrin - Qərbi Azərbaycan İcmasının “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimatı ilə bağlı da fikirlərini bölüşüb: “Kitab iki hissədən ibarətdir. Birinci hissədə hesabatın məqsədi, tədqiqatın predmeti və metodologiyası açıqlanır. İkinci hissədə isə Qərbi Azərbaycanın hər bir rayonu üzrə qruplaşdırılmış qəbiristanlıqların yerləşdiyi kəndlərin tarixi inkişafı, demoqrafik göstəriciləri, toponimik və inzibati dəyişiklikləri, əhalinin köç və deportasiya prosesi, habelə qəbiristanlıqların və digər mədəni irs abidələrinin hazırkı vəziyyəti sistemli şəkildə təqdim olunub. Bu kitab Qərbi Azərbaycan həqiqətlərini ortaya qoymaq, dünyaya çatdırmaq və beynəlxalq hüquqi məsuliyyət məsələsini gündəmə gətirmək baxımından mühüm mənbədir. XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində belə bir əsərin təqdim olunması həm tədbirin dəyərini artırır, həm də Azərbaycan ictimaiyyətinin milli yaddaşın qorunmasına göstərdiyi diqqəti nümayiş etdirir”.

Sonda AZƏRTAC-ın sərgidə yer alan stendini ziyarət edən Əziz Ələkbərliyə hədiyyə təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see186

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see162

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see134

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see127

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri