Icma.az
close
up
RU
Əziz qardaşım , Dostluq körpüsü , tarixi bağlar: Azərbaycan İran münasibətlərində yeni SƏHİFƏ

Əziz qardaşım , Dostluq körpüsü , tarixi bağlar: Azərbaycan İran münasibətlərində yeni SƏHİFƏ

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk dəfə rəsmi səfər etməsi həm ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həm də regional əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlər mühüm prioritetlərdən biridir. Bu siyasətin əsas məqsədi bölgədə sabitliyi və təhlükəsizliyi təmin etmək, qarşılıqlı iqtisadi və siyasi maraqları qorumaq, regional əməkdaşlıq imkanlarını genişləndirməkdir.

Buna nümunə kimi, 2021-ci il iyunun 16-da Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini, 2022-ci il fevralın 22-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni, Gürcüstanla strateji tərəfdaşlığı, eləcə də İranla əlaqələrin möhkəmləndirilməsi və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxması üçün hər hansı maneənin olmamasını göstərmək olar.

Bu, Azərbaycanın qonşu ölkələrlə münasibətlərə önəm verdiyinin göstəricisidir. Bu baxımdan, İran Prezidenti Məsud Pezeşkianın 28 aprel 2025-ci ildə Azərbaycana rəsmi səfəri 2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsindən sonra İranın yeni rəhbərliyinin Azərbaycanla münasibətləri yenidən qurmaq və inkişaf etdirmək istiqamətində atdığı ilk mühüm addımdır. Səfər əməkdaşlıq sahələrinin genişləndirilməsi və regional təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu konteksdə Azərbaycan və İran prezidentlərinin bir-birinə "əziz qardaşım" deyə xitab etməsi də iki ölkə arasında mövcud olan tarixi, mədəni və dini bağların göstəricisidir. Bu da əlaqələrin gələcək inkişafı üçün əlverişli şəraitin yaradılmasına töhfə verir.

Pezeşkianın "Azərbaycanı yad ölkə saymıram, burada özümü qərib hiss etmirəm" kimi ifadələri, Azərbaycan-İran biznes forumunda ənənəsinə sadiq qalaraq Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasından bir parça oxuması yalnız şəxsi münasibətləri deyil, həm də iki ölkə arasında əlaqələrin yeni bir mərhələyə qədəm qoyduğunu və qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında inkişaf edəcəyini göstərir.

Qeyd etmək yerinə düşər ki, İran-Azərbaycan əlaqələrinin qurulmasında Ulu öndər Heydər Əliyevin rolu fundamental əhəmiyyət daşıyır. Ümumilli liderin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra, İranla münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. 1994-cü ildə Heydər Əliyevin İrana rəsmi səfəri, İran prezidenti Haşimi Rəfsəncani ilə rəsmi görüş, Azərbaycan-İran arasında əməkdaşlığın inkişafı haqqında danışıqlar və rəsmi sənədlərin imzalanması iki ölkə arasında münasibətlərin yaxşılaşmasına təkan verdi. Bu münasibətlər Prezident İlham Əliyev tərəfindən dünyada və regionda yaranmış yeni siyasi-iqtisadi gerçəkliklər nəzərə alınaraq uğurla davam etdirilib. Son dövrlərdəki yüksək səviyyəli görüşlər, o cümlədən İran prezidentinin Azərbaycana səfəri bu xəttin uğurla davam etdiyini göstərir.

Azərbaycan və İran arasında münasibətlərin möhkəmlənməsi hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir. Bu münasibətlərin inkişafı regional sabitlik və təhlükəsizliyi təmin etmək baxımından vacibdir. Buna görə də 3-cü dövlətlərin bu əlaqələrə müdaxiləsi yolverilməzdir. İki ölkənin öz arasında qarşılıqlı hörmət və beynəlxalq hüququn norma və prinsipləri əsasında qurduğu əlaqələrə xarici müdaxilə yalnız gərginliklə nəticələnə və regional sabitliyi təhdid edə bilər. Bu baxımdan, qeyd etmək yerinə düşər ki, İranın 12 dövlətlə quru sərhədləri olsa da, ən etibarlı sərhəd Azərbaycanladır. Müharibədən sonra Qarabağın azad edilməsi ilə regionda yeni güc balansı formalaşıb. Azərbaycan-İran sərhədi bərpa edilib. 2024-cü ilin 19 mayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi, həmçinin Prezident İlham Əliyevin Xudafərin körpüsünü "Dostluq körpüsü" adlandırması Azərbaycan üçün böyük bir zəfər simvolu olduğu qədər, həm də Azərbaycan və İran arasında dostluq və əməkdaşlıq perspektivlərini daha da möhkəmləndirən mühüm bir addım oldu. Çünki bu yanaşma Azərbaycan və İran arasında olan tarixi dostluğu, qarşılıqlı hörməti və əməkdaşlıq ruhunu simvollaşdırırdı.

Ümumiyyətlə, Azərbaycanın İrana münasibəti hər zaman xoşməramlı olub. Çünki rəsmi Bakının əsas yanaşması iki ölkənin bir-birinin daxili işlərə qarışmamaq, hər iki xalqın seçiminə hörmətlə yanaşmaq və mehriban qonşuluq siyasətinə söykənir. Bu yanaşma yalnız ölkələr arasında olan əlaqələri deyil, həm də regional və beynəlxalq təhlükəsizliyə dair böyük əhəmiyyət kəsb edir. Azərbaycanın Vətən Müharibəsindən sonra regional proseslərdə İranın yaxından iştirakını nəzərdə tutan 3+3 formatı təşəbbüsü bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Cənubi Qafqazda 6 ölkənin iştirakını nəzərdə tutan yeni əməkdaşlıq formatı­nın bir tərəfi Türkiyə, Rusiya və İran, digər tərəfi isə Azərbaycan, Gürcüstan və Ermənistandır. 3+3 formatı Cənubi Qafqazda yaranan yeni geosiyasi vəziyyətə uyğun olaraq, regional əməkdaşlığı və sabitliyi təşviq etmək üçün yaxşı bir təşəbbüsdür. Beləliklə, Azərbaycanın İranla əlaqələrinin gücləndirilməsi yalnız iki ölkə üçün deyil, həm də Cənubi Qafqazın və bütövlükdə bölgənin inkişafı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatları, Azərbaycanın xarici siyasətində mühüm yer tutan, regional və beynəlxalq səviyyədə strateji əlaqələri möhkəmləndirən və sabitliyi təmin edən mühüm təşəbbüslərdir. Prezident İlham Əliyev bu əməkdaşlıq formatlarının təşəbbüskarı kimi, həm regional təhlükəsizliyin, həm də iqtisadi inkişafın gücləndirilməsində başlıca rol oynayıb. 2016-cı ildə Bakıda və 2017-ci ildə Tehranda keçirilən Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşləri, bu əməkdaşlıq formatlarının inkişafı baxımından çox önəmli addımlar olub. Hər iki zirvə görüşü, regional məsələlərə dair geniş müzakirələrin aparıldığı və üç ölkənin arasında beynəlxalq hüquqa, suverenliyə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına yönələn təşəbbüslər təqdim edilib.

İranla Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq hər iki ölkənin regional və qlobal siyasətdəki mövqeyini gücləndirir. Məsələn, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), dünyanın ən böyük regionlararası beynəlxalq təşkilatlarından biridir və İslam ölkələrinin əməkdaşlığını təşviq edir. Azərbaycan və İran bu təşkilatın üzvü olaraq qarşılıqlı maraqlara uyğun bir çox sahədə əməkdaşlıq edirlər.

D8 təşkilatının əsas məqsədi isə üzv ölkələr arasında ticarət əlaqələrini artırmaq, iqtisadi inkişafı təşviq etmək və ortaq problemlərə qarşı kollektiv həll yolları tapmaqdır. Bu da Azərbaycan və İran arasında mövcud olan ticarət əlaqələrini daha da gücləndirir.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi, ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılmasıdır. Azərbaycan və İran bu təşkilat çərçivəsində də regional sabitlik və iqtisadi inkişaf məsələlərində birgə fəaliyyət göstərirlər.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Asiya ölkələri arasında qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsi məqsədini güdür. Azərbaycan və İran bu təşəbbüsdə də iştirak edərək, Asiya regionunda təhlükəsizlik, sosial və iqtisadi inkişaf məsələlərində birgə fəaliyyət göstərirlər.

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, ticarətin liberallaşdırılması və regiondaxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsi məqsədini güdür. Yəni, İranla Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq geosiyasi maraqların möhkəmləndirilməsinə, iqtisadi və təhlükəsizlik məsələlərinin həllinə, həmçinin mədəni mübadilə və insanlar arasında əlaqələrin inkişafına böyük təsir göstərir, hər iki ölkənin regional sabitlik və iqtisadi inkişaf sahəsində qarşılıqlı maraqlarını gücləndirir və daha geniş strateji tərəfdaşlıq imkanları yaradır.

Bir sözlə, İran-Azərbaycan əməkdaşlığı həm iki ölkənin, həm də bölgənin sabitliyini və rifahını təmin etmək baxımından olduqca vacibdir.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Aprel 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri