Icma.az
close
up
RU
Əzmin və istedadın mükafatı

Əzmin və istedadın mükafatı

Icma.az bildirir, Modern.az portalına istinadən.

Gənc Rəssam Fuad Musayev Prezident təqaüdçüsü oldu

Bəzən insanın eşitmədiyi səslər onun yaratdığı rəsmlərdə, rənglərdə, naxışlarda və obrazlarda daha aydın duyulur. Həyatın qarşıya çıxardığı maneələr heç də hər zaman yolu kəsmir, əksinə, iradə və əzm olduqda, həmin maneələr böyük uğurların başlanğıc nöqtəsinə çevrilir. Bu gün Azərbaycan təsviri sənətində gənc nəslin nümayəndələri arasında elə sənətkarlar var ki, onların yaradıcılığı yalnız estetik keyfiyyətləri ilə deyil, həm də həyat hekayəsinin daşıdığı mənəvi yük və nümunəvi məzmunu ilə diqqət çəkir. Bu baxımdan gənc rəssam Fuad Musayevin yaradıcılıq yolu xüsusi maraq doğurur. Onun incəsənətə, rəssamlığa münasibəti, seçdiyi istiqamətlər və əldə etdiyi uğurlar göstərir ki, yaradıcılıq insanın daxili gücüdür.

2001-ci ildə Bakı şəhərində anadan olan Musayev  Fuad Nazir oğlu hələ erkən yaşlarından təsviri incəsənətə, rənglərə, bir sözlə rəssamlığa maraq göstərib. Bu maraq zamanla peşəkar istiqamətə çevrilərək onu əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Kollecinə, daha sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına gətirib çıxarıb. Dekorativ-tətbiqi sənət sahəsində aldığı akademik təhsil gənc rəssamın yaradıcılıq istiqaməti  və özünəməxsus dəst-xəttinin formalaşmasında mühüm rol oynayıb.

Fuad Musayevin yaradıcılığını fərqləndirən əsas cəhətlərdən biri onun rəssamlığın müxtəlif sahələrini bir-biri ilə əlaqələndirməyi bacarmasıdır. Rəngkarlıq, keramika, xalça eskizi və qobelen onun fəaliyyətində paralel inkişaf edən istiqamətlərdir. Müəllif bu sahələrin hər birində milli ornamental düşüncədən, dekorativ tətbiqi sənətinin zəngin ənənələrindən  özünəməxsus şəkildə istifadə edir.  Onun yaratdığı keramika nümunələrində, xalça kompozisiyalarında və rəngkarlıq əsərlərində müşahidə olunan ritm, rəng həlli və istifadə etdiyi naxışlar istedadlı rəssamın milli irsə yaradıcı münasibətinin ən bariz göstəricisidir. Bu baxımdan Fuad Musayev ənənə ilə müasirlik arasında körpü yaradan gənc rəssamlardan biridir desək, yanılmarıq. Onun həyat yolunu daha dəyərli edən mühüm məqamlardan biri isə eşitmə və nitq məhdudiyyətli olmasına baxmayaraq, rəssamlıq sahəsində əldə etdiyi nailiyyətlərdir. Fuad qarşılaşdığı çətinlikləri hər zaman yaradıcılıq enerjisinə çevirməyi bacarıb. Daim yaradıcılıq axtarışında olan rəssamın əsərlərinə nəzər saldıqda hiss olunur ki, o, rənglər, formalar və kompozisiyalar vasitəsilə sözlərin ifadə edə bilmədiyi duyğuları tamaşaçıya çatdırmağa çalışır və bu məqsədinə böyük bir uğurla nail olur.

Bu gün o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keramist-rəssam müəllim kimi çalışır. Buradakı fəaliyyəti yalnız yaradıcılıqla məhdudlaşmır. Fuad Musayev öz təcrübəsini digər gənclərlə bölüşərək inklüziv mühitdə incəsənətin bütün imkanlarını nümayiş etdirir. Bu fəaliyyət sosial məsuliyyət və peşəkar missiyanın uğurlu vəhdəti kimi qiymətləndirilə bilər.

Fuad Musayevin yaradıcılığında müxtəlif mövzular yer alsa da, vətən mövzusu hər zaman xüsusi yer tutur. 2025-ci ilin iyul ayında Laçında təşkil olunan “Yurd çağırır məni” adlı fərdi sərgisi onun bu istiqamətdəki axtarışlarının nəticəsi idi. Sərgidə nümayiş olunan rəngkarlıq əsərləri, keramik kompozisiyalar, xalça eskizləri və “Qarabağ Xatunu” kolleksiyası müəllifin milli-mədəni dəyərlərə bağlılığını nümayiş etdirirdi. Xüsusilə “Qarabağ” mövzusuna müraciət etməsi onun yaradıcılığında yaddaş, milli kimlik və mənsubiyyət anlayışlarının mühüm yer tutduğunu göstərirdi.

2025-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunması gənc rəssamın incəsənət mühitində qazandığı etimadın göstəricisi oldu. Bu il onun yaradıcılıq fəaliyyətinin ən mühüm hadisələrindən biri isə Azərbaycan Rəssamlar İttifaqının “Gənc Rəssamlar” bölməsi üzrə Prezident təqaüdünə layiq görülməsidir. Bu mükafat yalnız istedadın deyil, uzun illərin zəhmətinin, yaradıcılıq axtarışlarının, peşəkar inkişafın və ixtisasına olan sədaqətin yüksək qiymətləndirilməsidir desək, yanılamarıq.

Bu gün Fuad Musayev yalnız perspektivli gənc rəssam deyil. O, iradənin, məqsədyönlülüyün və yaradıcılıq əzminin real təcəssümüdür. Onun uğurları bir daha sübut edir ki, incəsənətə olan sevgi qarşısında fiziki məhdudiyyət anlayışı öz əhəmiyyətini itirir. İstedad, zəhmət və davamlı inkişaf arzusu olduqda yaradıcı insan öz yolunu tapmağı bacarır. Fuad Musayev bu gün yalnız uğurlu gənc rəssam deyil, həm də öz həyat hekayəsi ilə yüzlərlə gəncə ilham verən yaradıcı şəxsiyyətdir. 

Ziyarət Cabarova-Qəhrəmanova

Sənətşünas, kurator,

Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi,

ARİ-nın “Gənc Sənətşünaslar” bölməsi üzrə prezident təqaüdçüsü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyun 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri