Icma.az
close
up
RU
Əzmin və istedadın mükafatı Gənc Rəssam Fuad Musayev Prezident təqaüdçüsü oldu

Əzmin və istedadın mükafatı Gənc Rəssam Fuad Musayev Prezident təqaüdçüsü oldu

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Ziyarət Cabarova-Qəhrəmanova
Sənətşünas, kurator,
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi,
ARİ-nın “Gənc Sənətşünaslar” bölməsi üzrə prezident təqaüdçüsü

Bəzən insanın eşitmədiyi səslər onun yaratdığı rəsmlərdə, rənglərdə, naxışlarda və obrazlarda daha aydın duyulur. Həyatın qarşıya çıxardığı maneələr heç də hər zaman yolu kəsmir, əksinə, iradə və əzm olduqda, həmin maneələr böyük uğurların başlanğıc nöqtəsinə çevrilir. Bu gün Azərbaycan təsviri sənətində gənc nəslin nümayəndələri arasında elə sənətkarlar var ki, onların yaradıcılığı yalnız estetik keyfiyyətləri ilə deyil, həm də həyat hekayəsinin daşıdığı mənəvi yük və nümunəvi məzmunu ilə diqqət çəkir. Bu baxımdan gənc rəssam Fuad Musayevin yaradıcılıq yolu xüsusi maraq doğurur. Onun incəsənətə, rəssamlığa münasibəti, seçdiyi istiqamətlər və əldə etdiyi uğurlar göstərir ki, yaradıcılıq insanın daxili gücüdür.
2001-ci ildə Bakı şəhərində anadan olan Musayev Fuad Nazir oğlu hələ erkən yaşlarından təsviri incəsənətə, rənglərə, bir sözlə rəssamlığa maraq göstərib. Bu maraq zamanla peşəkar istiqamətə çevrilərək onu əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Kollecinə, daha sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına gətirib çıxarıb. Dekorativ-tətbiqi sənət sahəsində aldığı akademik təhsil gənc rəssamın yaradıcılıq istiqaməti və özünəməxsus dəst-xəttinin formalaşmasında mühüm rol oynayıb.
Fuad Musayevin yaradıcılığını fərqləndirən əsas cəhətlərdən biri onun rəssamlığın müxtəlif sahələrini bir-biri ilə əlaqələndirməyi bacarmasıdır. Rəngkarlıq, keramika, xalça eskizi və qobelen onun fəaliyyətində paralel inkişaf edən istiqamətlərdir. Müəllif bu sahələrin hər birində milli ornamental düşüncədən, dekorativ tətbiqi sənətinin zəngin ənənələrindən özünəməxsus şəkildə istifadə edir. Onun yaratdığı keramika nümunələrində, xalça kompozisiyalarında və rəngkarlıq əsərlərində müşahidə olunan ritm, rəng həlli və istifadə etdiyi naxışlar istedadlı rəssamın milli irsə yaradıcı münasibətinin ən bariz göstəricisidir. Bu baxımdan Fuad Musayev ənənə ilə müasirlik arasında körpü yaradan gənc rəssamlardan biridir desək, yanılmarıq. Onun həyat yolunu daha dəyərli edən mühüm məqamlardan biri isə eşitmə və nitq məhdudiyyətli olmasına baxmayaraq, rəssamlıq sahəsində əldə etdiyi nailiyyətlərdir. Fuad qarşılaşdığı çətinlikləri hər zaman yaradıcılıq enerjisinə çevirməyi bacarıb. Daim yaradıcılıq axtarışında olan rəssamın əsərlərinə nəzər saldıqda hiss olunur ki, o, rənglər, formalar və kompozisiyalar vasitəsilə sözlərin ifadə edə bilmədiyi duyğuları tamaşaçıya çatdırmağa çalışır və bu məqsədinə böyük bir uğurla nail olur.
Bu gün o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keramist-rəssam müəllim kimi çalışır. Buradakı fəaliyyəti yalnız yaradıcılıqla məhdudlaşmır. Fuad Musayev öz təcrübəsini digər gənclərlə bölüşərək inklüziv mühitdə incəsənətin bütün imkanlarını nümayiş etdirir. Bu fəaliyyət sosial məsuliyyət və peşəkar missiyanın uğurlu vəhdəti kimi qiymətləndirilə bilər.
Fuad Musayevin yaradıcılığında müxtəlif mövzular yer alsa da, vətən mövzusu hər zaman xüsusi yer tutur. 2025-ci ilin iyul ayında Laçında təşkil olunan “Yurd çağırır məni” adlı fərdi sərgisi onun bu istiqamətdəki axtarışlarının nəticəsi idi. Sərgidə nümayiş olunan rəngkarlıq əsərləri, keramik kompozisiyalar, xalça eskizləri və “Qarabağ Xatunu” kolleksiyası müəllifin milli-mədəni dəyərlərə bağlılığını nümayiş etdirirdi. Xüsusilə “Qarabağ” mövzusuna müraciət etməsi onun yaradıcılığında yaddaş, milli kimlik və mənsubiyyət anlayışlarının mühüm yer tutduğunu göstərirdi.
2025-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunması gənc rəssamın incəsənət mühitində qazandığı etimadın göstəricisi oldu. Bu il onun yaradıcılıq fəaliyyətinin ən mühüm hadisələrindən biri isə Azərbaycan Rəssamlar İttifaqının “Gənc Rəssamlar” bölməsi üzrə Prezident təqaüdünə layiq görülməsidir. Bu mükafat yalnız istedadın deyil, uzun illərin zəhmətinin, yaradıcılıq axtarışlarının, peşəkar inkişafın və ixtisasına olan sədaqətin yüksək qiymətləndirilməsidir desək, yanılamarıq.
Bu gün Fuad Musayev yalnız perspektivli gənc rəssam deyil. O, iradənin, məqsədyönlülüyün və yaradıcılıq əzminin real təcəssümüdür. Onun uğurları bir daha sübut edir ki, incəsənətə olan sevgi qarşısında fiziki məhdudiyyət anlayışı öz əhəmiyyətini itirir. İstedad, zəhmət və davamlı inkişaf arzusu olduqda yaradıcı insan öz yolunu tapmağı bacarır. Fuad Musayev bu gün yalnız uğurlu gənc rəssam deyil, həm də öz həyat hekayəsi ilə yüzlərlə gəncə ilham verən yaradıcı şəxsiyyətdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 İyun 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri