Icma.az
close
up
RU
Əzmkar mübarizə aparacağıq ki, layiqli qələbə qazana bilək

Əzmkar mübarizə aparacağıq ki, layiqli qələbə qazana bilək

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

"Əvvəlcə hamınızı salamlayıram. Artıq 5 gündü ki, Qəbələdə təlim-məşq toplanışındayıq. Estoniya ilə matç bizim üçün çox vacibdi. Oyuna həm taktiki, həm də psixoloji baxımdan hazırlaşırıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İstəyirik ki, mübarizə aparaq və yaxşı nəticə qazanaq".

"Football-plus.az" xəbər verir ki, bu sözləri millimizin üzvü Musa Qurbanlı Millətlər Liqasının 5-ci turunda sabah Estoniyaya qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, görüş haqqında fkirlərini bölüşdükdən sonra jurnalistlərin suallarını cavablandırb.
- Millimiz qələbə qazanmasa, artıq D Liqasına düşə bilər. Komanda bunun fərqindədimi?
- Əlbəttə ki, fərqindəyik. Bu oyunun bizim üçün nə qədər vacib olduğunu dərk edirik. Yalnız qələbəyə köklənmişik. Əzmkar mübarizə aparacağıq ki, layiqli qələbə qazana bilək.
- Bu mövsüm hələ də qol vura bilməməyinin səbəbi nədi?
- Mövsümün əvvəlində zədələndim, əməliyyat olundum. Hələ təzə-təzə oynamağa başlamışam. Çalışıram ki, optimal formamı bərpa edim. Ondan sonra hər şey özü yerini tapacaq.
- Fernando Santuş milliyə baş məşqçi təyin olunandan sonra nəticələr dəyişmədi. Komanda yenə uduzur. Bəs sizcə Santuşun gəlişi yığmada nəyi dəyişib?
- Hər məşqçinin öz fəlsəfəsi var. Fernando Santuş böyük məşqçidi, nailiyyətləri göz qabağındadı. Bu, mənim onunla ilk təlim-məşq toplanışımdı. Onun öz düşüncələri var. Biz isə oyunçular olaraq lk növbədə buna öyrəşməli, alışmalıyıq. Fernando Santuşun fəlsəfəsini meydanda 100 faiz həyata keçirməliyik. Düşünürəm ki, bunu edəndən sonra nəticələr daha da yaxşılaşacaq.
- "Yurqorden"də gözlənilən kimi oyun nümayiş etdirmədin. Azərbaycana gələndən sonra da zədələndin. Həmin dövr sənə travma yaşatdı, yoxsa hər şey qaydasındadı?
- Bunu normal qarşılayıram. Amma çətin oldu. Psixoloji baxımdan asan deyildi. Fərqindəydim ki, məndən gözləntilər böyükdü. Çünki gənc azərbaycanlı futbolu kimi Avropaya yollanmışdım. Özümün də özümdən gözləntilərim yüksək idi. Bir az çətinliklər oldu. Çalışıram ki, bunu müsbət tərəfə aparım. Hər futbolçunun karyerasında çətinliklər olur. Bu, normaldı. Çətinliklər olmasa, nailiyyətlər də böyük olmaz. Bundan nəticə, yaxşı mənada dərs çıxarmalıyam. Hər nə qədər çətin olsa da, bu, məni həvəsdən salmamalıdı. Hələ gəncəm, karyeramın əvvəlidi, 22 yaşım var. Hər şey düşündüyüm kimi olmasa da, fikrimcə, bu, mənim üçün yaxşı təcrübə idi. 1 il Avropada, ölkə xaricində futbol oynadım. Çalışacağam ki, dərs çıxarım və gələcəkdə hər şey daha yaxşı olsun.
- İsveç kimi rəqiblərin heyətində Avropada oynayan futbolçular var. Biz Estoniyaya da uduzmuşuq. Sabah yenə onlara qarşı oynayacağıq. Estoniya ilə yığmamızın heyətini müqayisə etsək, biz onlardan üstünük?
- Açığı, Estoniyanın futbolçularını, bir-bir tanımıram. Bilmirəm ki, hansı klublarda oynayırlar. Bu, mənim üçün çox da maraqlı deyil. Bəzən çox güclü komanda belə zəiflərə uduzur. Futbolda hər şey mümkündü. Öz oyunumuza köklənsək, öz oyunumuzu maksimum yaxşılaşdırsaq, rəqibi sadəcə taktiki cəhətdən analiz edərək qələbə qazana bilərik. Belə detallara çox fikir vermirəm. Çalışıram ki, meydana çıxıb öz işimi görüm.
- Bu mövsüm hələ zədə səbəbindən milliyə dəvət almamışdın. İndi yığmaya çağırılmağını özün üçün şans olaraq görürsənmi?
- Əlbəttə. Hər futbolçu millidə oynamaq üçün can atır. Başa düşürəm ki, zədədən təzə qayıtmışam. Bir o qədər oynamamışdım. Amma hər zaman millidə oynamağa hazıram. Baş məşqçi dəvət etdi, mən də çalışacağam ki, əlimdən gələni edim.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Noyabr 2024 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri