Əzmkarlıq və intizam məni qane etdi Rəşad Sadıqov
Icma.az bildirir, Fanat portalına istinadən.
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XXV turunda "Karvan-Yevlax"a qarşı keçirdikləri səfər matçından sonra mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, o, 1:0 hesablı qələbəni şərh edib:
"Bizim üçün kifayət qədər çətin qarşılaşma oldu. Komandamın nümayiş etdirdiyi əzmkarlıq və intizam məni qane etdi. Bu gün qalib gəlməsəydik belə, yenə eyni fikirləri səsləndirərdim. Yevlaxda "Karvan-Yevlax"a qarşı oynamağın nə qədər mürəkkəb olduğunu bir daha hiss etdik. Rəqib son turlarda oyununu xeyli inkişaf etdirib. Çoxlu qol imkanları yaratdıq, amma bu qədər şansı dəyərləndirə bilməyəndə qələbə qazanmaq çətinləşir. Bir ara oyunun heç-heçə bitəcəyini düşündüm. Lakin futbolçular sona qədər inamlarını itirmədilər, mübarizəni davam etdirdilər və nəticədə çox önəmli 3 xal qazandıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 19 Mart 2026 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















