Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Ezoterik Əshabi Kəhf sirləri İtin bu hekayədə nə işi var?

Ezoterik Əshabi Kəhf sirləri İtin bu hekayədə nə işi var?

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Yunis Xəlilovun “Sirius” ulduzuna uzanan ezoterik "Əshabi-Kəhf" sirləri” yazısını təqdim edir.

Simvolik anlam daşıyan məqamları özündə ehtiva edən hadisələrin ruhi-mənəvi dərketmə üsullarından biri ezoterikadır.
Bu, bir çox hekayə, nağıl və rəvayətlərin batini xarakterini əks etdirir. Qədim tarixə malik və dövrümüzədək gəlib çatan bir sıra hekayə, nağıl və rəvayətlərdə təsvir olunan məlumatların gizli şəkildə nəsildən-nəsilə ötürülməsinin sirri artıq açılmaqdadır.
Belə hekayələrdən biri də "Əshabi-Kəhf" haqqındadır. Bu hekayədə simvolik anlama malik olan çoxlu ezoterik terminlərlə rastlaşmaq olur. Məsələn, "mağara", "yeddi rəqəmi", "üç yüz doqquz il", "it", "yatmaq", "sağ tərəfə və sol tərəfə çevirmək" və sair.
Bəs "Əshabi-Kəhf"lə bağlı hadisə hansı mənbələrdə əks olunub? Hamımızın ağlına gələn ilk mənbə təbii ki, Qurani-Kərimin "Kəhf" surəsidir (9-26-cı ayələr).
Hökmdar zülmündən qaçıb mağaraya sığınan və orada uzun illər yatdıqdan sonra oyanan bir qrup insanın və onları müşayiət edən “Qitmir” adlı bir itin başına gələn hadisəni əks etdirən bu hekayə Qurani-Kərimin nazil olmasından çox əvvəllər bir sıra başqa xalqların mədəniyyətlərində və başda xristinalıq olmaqla digər dini mənbələrdə də yer alıb.
Hələ Hindistanın sanskrit dilində yazılmış olan "Mahabharata" dastanının 17-ci kitabı olan "Mahaprasthanika Parva"da sözügedən əhvalat var. Xristianlıq inancına gəldikdə isə, bu hekayənin ən qədim variantının itmiş bir yunandilli qaynaqdan gəldiyi söylənilən suryani rahib Suruçlu Yaquba aid olduğu bildirilir.
Hekayə eyni zamanda keşiş Diyakoz Paulun (720-796, 797, 798 və ya 799) "Historia Langobardorum" ("Lombardların tarixi") adlı əsərində təsvir edilir. Bundan başqa, həmin hekayənin ən populyar versiyalarından birinə italyan katolik keşişi Yakopa da Varazzenin (1230-1298) "Legenda Aurea" ("Qızıl əfsanə") adlı əsərində də yer verilir. "Əshabi-Kəhf" hekayəsinin analoji variantları çoxsaylı başqa mənbələrdə də vardır.
Gələk, bu hadisənin harada baş verməsi məsələsinə. "Əshabi-Kəhf" hekayəsinin hansı ərazidə "yaşanılması" bu gün birmənalı qəbul edilmir.
Hazırda bu mistik bölgənin Azərbaycanla (Naxçıvan bölgəsi) yanaşı, Türkiyə, İordaniya, Hindistan, İspaniya, Misir, Suriya, Əfqanıstan, Əlcəzairdə və digər ölkələrdə olmasına dair mülahizələr mövcuddur və bu hadisənin "yaşanıldığı" yerə dair abidələrə (mağaralara) həmin ölkələrdə rast gəlmək mümkündür. Lakin haqqında söhbət açdığımız məsələni araşdıran tədqiqatçı və mütəxəssislərin böyük əksəriyyətinin fikrincə, "Əshabi-Kəhf" Azərbaycanın Naxçıvan bölgəsindədir.
Bu barədə görkəmli islam alimi Fəxrəddin Razi "Mefatih-ül-Qeyb" adlı əsərində yazır ki, "Doğrusu, "Əshabi-Kəhf"in nə zamanını, nə yerini ağıla gətirə bilməyə imkan yoxdur, lakin şühbə yoxdur ki, bu mağara Naxçıvan ərazisindədir".
Orta əsrlərdə Avropada çap edilmiş, fransızların məşhur "Qrand" Ensiklopediyasında "Sert Dormans" ("Yeddi yatmışlar") adı ilə dərc olunan yazıda "Əshabi-Kəhf" hadisənin tarixi keçmişi və bu hadisənin cərəyan etdiyi ərazi ilə bağlı məlumatlar əksini tapıb. Orada da sözügedən bölgənin məhz Azərbaycan ərazisində olması ehtimalı yürüdülüb.
Bir sıra alimlər (Əbu Həyyan, Əbdürrəşid Əl-Bakuvi, Bertran Rassel və b.), eləcə də hökmdarlar (Bizans imperatoru II İohan və digərləri) "Əshabi-Kəhf" mağarasının Naxçıvan ərazisində olmasını qeyd ediblər.
"Əshabi-Kəhf" mağarasının Naxçıvanda olmasını təsdiq edən onlarla başqa faktları da qeyd etmək olar. Lakin biz bu siyahını uzatmadan keçək sözügedən hekayədə adı keçən "Qitmir" adlı itlə bağlı bəzi məqamlara.
Ümumiyyətlə, itin bu hekayədə nə işi var? Başqa sözlə, hekayədəki itin batini anlamı nədir və o, nəyə işarə edir? "İt" sözünün ezoterik anlamı müxtəlif cür izah edilir. Belə ki, bu sözün batini mənası "insana yaxın", "sədaqətli", "aqressiv", "sahibini o biri dünyada qorumaq", "ruha səyahətində işıq yolu tutmaq" deməkdir.
Qədim Misir mifologiyasında Set və Neftisin oğlu olan itbaşlı axirət dünyası tanrısı (ölüm tanrısı, məzar tanrısı) Anubis ölüləri axirət dünyasına yola salmağı ilə tanınır. Sonralar Set tərəfindən öldürülən Osirisi mumyaladığı üçün o, mumyalama tanrısına çevrilir.
Anubis əlində Anx xaçı (yuxarısı üzük nişanlı Misir xaçı) tutmuş formada təsvir olunub. Bu xaçın mənasını izah edən çoxsaylı izahlar var. Fikrimcə, bu izahlar içərisində ən ağlabatan olanı budur: "Yüksəliş və keçidlərdə gərəkli qapıları açmağa kömək edəcək, fərdləri sirrə aparacaq sehrli açar".
Ümumiyyətlə, analoji məqsədlərə xidmət edən it simvoluna başqa mədəniyyətlərdə də rast gəlinir. Məsələn, qədim meksikalılar ölümdən sonrakı dünyaya yolçuluq edərkən müşayiət etməsi üçün sahibləri ilə birlikdə itləri də basdırıblar.
Kanar adalarında yaşayan "Guanche" yerliləri (e.ə. 3000-ci illər) də ölülərini itlərlə birlikdə dəfn ediblər. Belə bir davranış mayyalılar, asteklər, Afrika yerliləri, Qədim İran, Hindistan, Anqoladakı Bantu qəbilələri arasında və ümumiyyətlə, Asiyanın demək olar ki, bütün qədim cəmiyyət və mədəniyyətlərində geniş yayılıb.
Elə buradaca "Sirius" ulduzu haqqında məlumat verməyin vaxtıdır. "Bunun mətləbə nə dəxli var?" deyə bilərsiniz. Məsələyə aydınlıq gətirək. Qurani-Kərimin "Nəcm" surəsində ərəb dilində "Şira" deyilən "Sirius" ulduzundan bəhs olunur.
Alimlər gecələr göydə görünən ən parlaq ulduz olan "Sirius"un hərəkətindəki nizamsızlığa əsaslanaraq onun bir cüt ulduz olduğunu kəşf etmişdilər. Beləliklə, Sirius "Sirius A" və "Sirius B" kimi ifadə edilən iki ulduzdan meydana gələn bir cüt ulduzdur.
Ən köhnə astronomik mənbələrdə adı keçən Sirius, qədim Misirdə Sopdet adlı tanrı olaraq maddiləşdirilib. Bir sıra qədim Misir məbədi Sirius ulduzuna istiqamətlənmiş şəkildə inşa edilmişdi. Məsələn, Xeops piramidasının firon otağının divarında açılan bir kanal Sirius ulduzunu görmək üçün nəzərdə tutulubmuş.
Maraqlıdır ki, Sirius ulduzunun içində olduğu bürcə "Böyük it bürcü" (latınca "Canis Major") adı verilib. Sirius ulduzunun digər adı da "İt ulduzu" adlanır. Nəyə görə? Çünki əksər mədəniyyətlərdə (Qədim Çin, İran və yunan mifologiyasında) adı çəkilən ulduz klasteri (ulduz çoxluğu) itlə əlaqələndirilir.
İndi isə məsələnin düyün nöqtəsinə toxunaq. Qədim Misir inancına görə, bədən öldükdə ruhlar Siriusa yolçuluq edir.
Ezoterizmdə Sirius "qalaktik idarə mərkəzi" hesab edilir. “Əshabi-Kəhf" sözündəki "kəhf" sözünə gəlincə isə, bu söz ərəbcə "mağara" anlamını daşıyır.
Ezoterizmdə "mağara" simvolundan ana bətnini ifadə etmək məqsədilə istifadə olunur. Eyni zamanda ezoterik mətnlərdə məzarlar da simvolik olaraq ana bətnini ifadə edir və ölüb-dirilmə inisiasiya mərasiminin izahı belə açıqlanır: ölülər torpaq ananın bətninə qoyulur və üzərinə su tökülür ki, ruh gedəcəyi yerə salamat çatsın.
Yuxarıda deyilənləri ümumiləşdirsək, "Əshabi-Kəhf" hekayəsinin ezoterik anlamının "mağara" simvolu ilə kodlaşdırılan ölüb dirildikdən sonra saflaşan və kamilləşən ruhların "it" simvolu ilə kodlaşdırılan Sirius ulduzuna yolçuluq etməsi" mənasına uyğun gəldiyini deyə bilərik.
Göründüyü kimi, dərin mətləblərdən bəhs olunan bu hekayəyə hərfi və bəsit yanaşmaq olmaz.
Elmi araşdırmalar "Əshabi-Kəhf" mağarası ilə bağlı da ictimaiyyət üçün o qədər də geniş məlum olmayan maraqlı fikirləri və məqamları ortaya çıxarır. Məsələn, bəzi mənbələrdə bildirilir ki, tarixin müəyyən dövrlərində "Əshabi-Kəhf" mağarasında İsa peyğəmbərin yaxın əshabəsi tərəfindən qələmə alınmış İncil kitabı, İsa peyğəmbərə aid bir neçə əşya, eləcə də qədim əlyazmalar, İsa peyğəmbərin hesab edilən su dolçası, onun əl ağacı, ölüb-dirildikdən sonra əynindəki paltar və dünya tarixini dəyişə biləcək müəyyən sirli kitablar mühafizə olunub.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev hələ 2018-ci ildə dərc olunan "Tampliyerlər, "sirr bəkçi"ləri və bektaşilərin qoruduğu Əshabi-kəhf" adlı məqaləsində son dərəcə maraqlı məqamlardan bəhs edərək vurğulayır ki, Naxçıvanda bir neçə ailə bu mağaranın yerini və sirrini qoruyub saxlamaq üçün seçilmişdi. Müəllif həmin yazısında daha sonra bildirir ki, Osmanlı-Səfəvi dövründə Şah İsmayıl bu yerin mühafizə olunmasını Qaramanlı tayfasına tapşırmışdı. Onun yanına gələn Vatikan elçilərinin xahişini yerə salmayan Şah Muğanlı Sarı Əlinin nəslindən olan Novruz Ağa Əlini bura mühafiz təyin edir.
Məqalə müəllifinin yazdıqlarına görə, "Türkmənçay müqaviləsindən sonra buranı işğal edən ruslar ətrafda qazıntı işləri zamanı böyük miqdarda qızıl olan xəzinə aşkar edirlər. Bundan sonra qazıntını genişləndirmək qərarına gəldikdə yerli sakinlərin etirazı ilə qarşılaşırlar. Onlara dəstək vermək üçün erməni dəstələri də gəlir. Mağaraya yol axtaran ruslara ermənilər yol göstərirlər. Bu döyüşlərdə iştirak etmək üçün tampliyerlər, İrandan batini bəgləri, yəni "sirr bəkçi"ləri və Türkiyədən bektaşilər gəlirlər. Rus və ermənilərə qarşı savaşda onlar da iştirak edirlər və qələbə qazanandan sonra tamamilə mağaraya gedən yolları, bu yolları bilənləri məhv edirlər. Naxçıvanda mağaranı qorumaq üçün seçilən ailələrə isə zamanı gələnə qədər buranı qorumaq həvalə edilir".
Batini alimi, misirşünas Firudin Gilar Bəgin fikrincə, "bu mağara haqqında söz demək üçün qədim yazıların batini mənalarını açmaq lazımdır".
Misirşünas alimin daha maraqlı fikirlərinə gəlincə, müəllifə görə,"Sufi-batinilərdə "Əshab" rəmzi - "Sahu-Ba" kimi açılır ki, buradakı "Sahu" rəmzi qədim Misir yazılarında, insan öləndən sonra bədənindən çıxan ruhunu bildirirdi. "Ba" rəmzi isə bu fəlsəfədə, insan ruhunun ilkin materiya ilə vəhdəti, yəni ölümsüzlük qazanmış ruhları, Misir Allahları demək idi. Batinilərdə "Kəhf" sözünün Kufə-Qaf rəmzləri ilə eyni mənalı olduğunu dilə gətirən F.G.Bəgin düşüncəsinə görə, "Əshabi-Kəhf" dedikdə sufilər, ölümsüzlük qazanaraq Allaha çevrilmiş insanları nəzərdə tuturlar ki, onların cəsədləri də məhz Qaf dağındakı "Əshabi-Kəhf" mağarasında gizlədilib.
Ümidvarıq ki, mütəxəssis alimlərimizin gələcəkdəki elmi araşdırmaları haqqında söhbət açdığımız mövzunun batini anlamlarını daha dərindən izah etməyə geniş imkanlar yaradacaq.

1 milyon illik alətlər: Hobbitlərin qonşuları ortaya çıxdı Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film Oljas Süleymenov: " Bu bilgilər xalqlarımızın daha dərindən özünüdərkinə vəsilə olacaq..." - Müsahibə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:562
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Avqust 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see461

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see334

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see322

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see307

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see306

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see302

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see277

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see263

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see261

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see240

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see233

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see224

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see223

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see221

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see212

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see209

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see206

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see205

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see201

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri