Fabianski karyerasını başa vurdu Polşalı qapıçı futbolla vidalaşdı
Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Polşa millisinin sabiq qapıçısı Lukaş Fabianski peşəkar futbolçu karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, 41 yaşlı qolkiper qərarını sosial şəbəkə hesabında açıqlayıb. O, mövsümün sonunda müqaviləsinin başa çatdığı "Vest Hem"dən ayrıldıqdan sonra karyerasını bitirməyə qərar verib.
Fabianski son mövsümdə London klubunun heyətində cəmi bir oyunda meydana çıxıb və həmin görüşdə bir qol buraxıb.
Qeyd edək ki, təcrübəli qolkiper karyerası ərzində "Lex", Varşava "Legiya"sı, "Arsenal", "Suonsi" və "Vest Hem"in formasını geyinib. O, klub karyerasında 516 matç keçirib, bunların 144-də qapısını toxunulmaz saxlayıb.
Fabianski "Vest Hem"lə UEFA Konfrans Liqasının, "Arsenal"la İngiltərə Kubokunun, "Legiya" ilə isə Polşa çempionatının qalibi olub. Polşa millisinin heyətində isə 57 oyuna çıxıb.
Niderland millisinin üzvü “Əl-Hilal”da Yoxlama matçı: "Qalatasaray" "Monza"ya məğlub olub Ukrayna Futbol Assosiasiyasının sabiq prezidenti saxlanılıb Sabiq “Arsenal”lı Almaniya millisində Belçika millisində yeni təyinat
Baxış sayı:176
Bu xəbər 25 İyul 2026 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















