Icma.az
close
up
RU
Facebook bu hesabları silir

Facebook bu hesabları silir

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Sosial şəbəkələrdə uzun müddət aktiv olmayan, illərlə giriş edilməyən Facebook profillərinin aqibəti tez-tez müzakirə olunur. Bir çox istifadəçi belə hesabların avtomatik olaraq bağlanıb-bağlanmadığı ilə maraqlanır. Bəs “ölü hesablar” hansı hallarda silinir?

Metbuat.az-ın məlumatına görə, mövcud qaydalara əsasən, “Facebook” qeyri-aktiv profilləri təkcə istifadə olunmadığı üçün silmir. “Facebook”un istifadə şərtlərinə görə, hesabın illərlə aktiv olmaması, paylaşım edilməməsi və ya istifadəçinin uzun müddət platformaya daxil olmaması profilin avtomatik silinməsi üçün hüquqi əsas yaratmır. Həmin hesablar “Facebook” tərəfindən saxlanılır və sistemli şəkildə təmizlənmir.

“Facebook” hesabının tam silinməsi yalnız müəyyən konkret hallarda mümkündür. Məsələn, profil sahibi “Hesabı sil” funksiyasından istifadə etdikdə və 30 gün ərzində hesaba yenidən daxil olmadıqda, hesab geri dönüş imkanı olmadan tam silinir. Bundan başqa, istifadəçinin vəfatı ilə bağlı yaxın qohumlar və ya hüquqi nümayəndələr tərəfindən rəsmi müraciət və müvafiq sənədlər təqdim edildikdə hesab ya xatirə (memorial) hesabına çevrilə bilər, ya da ailənin tələbi ilə tamamilə silinə bilər.

Profil saxta şəxsiyyət kimi tanındıqda, spam və ya fırıldaqçılıq məqsədilə istifadə edildikdə, həmçinin təhlükəsizlik riskləri yaratdıqda “Facebook” hesabı deaktiv edə və ya silə bilər. Bu halda silinmənin səbəbi qeyri-aktivlik deyil, qayda pozuntusu hesab olunur.

Həmçinin məhkəmə qərarı və ya səlahiyyətli dövlət qurumlarının rəsmi müraciəti olduqda da “Facebook” hesabın bağlanması və ya silinməsi ilə bağlı tədbir görə bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Fevral 2026 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see233

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see183

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see182

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see181

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see180

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see176

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see176

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see176

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see176

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see175

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see172

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see171

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see165

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see161

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see158

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see157

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see156

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see154

Markinyos dünyanın ən çox titul qazanan ikinci oyunçusu olub

14 Avqust 2026 03:15see153

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri