Icma.az
close
up
RU
Facebook”, “Google”dan mükafatlar aldı İsrail, ABŞ şirkətlərinə haker hücum etdi

Facebook”, “Google”dan mükafatlar aldı İsrail, ABŞ şirkətlərinə haker hücum etdi

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yasamal Rayon Məhkəməsində “Zeromap” MMC-nin icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. MMC direktoru Şəmkir sakinidir, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs olunub. Onun istintaqa cəlb olunmasının ilginc səbəbləri var.

Bakıvaxtı.az musavat.com-a istinadən xəbər verir ki, məlum olub ki, Tural Əliyev 2021-2024-cü illərdə mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən proqramları əldə edərək tətbiq etməkdə, habelə nəhəng yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etməkdə ittiham olunur. İstintaqla müəyyən olunub ki, o, 2021-ci illərdə kompüter texniki avadanlıqlarından istifadə edərək yerli və xarici fiziki, hüquqi şəxslərin mobil telefonlarına müdaxilə edib. Hətta ABŞ və İsrail şirkətlərinə məxsus, hamıya açıq olmayan məlumatlara belə giriş əldə edib.

Kompüter sistemlərinə qanunsuz müdaxiləyə görə istintaqa cəlb olunan Tural Əliyevə Cinayət Məcəlləsinin 271.2.1-ci (kompüter sisteminə qanunsuz daxil olma – təkrar törədildikdə), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham elan olunub.

Məhkəmədə ifadə verən Tural Əliyev ittiham üzrə özünü qismən təqsirli bilib. Deyib ki, əvvəllər əhəmiyyətli mühüm layihələr üzərində çalışıb, vəzifəsi informasiya texnologiyaları üzrə mütəxəssis (İT) olub:

“Proqramların qurulması işləri üzərində işləmişik. Hər hansı telefonlara daxil olaraq izləmələr olmayıb. Bu proqramları şəxsən özüm üçün yoxlamışam”.

Təqsirləndirilən bildirib ki, peşəkar haker sistemləri qurub, özünün yaratdığı casus proqramlarından istifadə edib:

“Mən ABŞ-yə aid olan şirkətin sisteminə qanunsuz daxil olmuşam. Bunu nüfuz qarşılığında etmişəm, kiçik məbləğlərdə də pul almışam. Amerika saytına girməkdə məqsədim sistemi yoxlamaq olub. Müdaxilə qanunsuz olub”.

Tural Əliyev əlavə edib ki, yaratdığı həmin proqramları dövlət orqanlarına vermək niyyəti olub:

“Lakin həmin proqramlar sınaqdan keçirilməli idi. Çünki kiməsə təqdim edəndə sınaqdan keçməyən proqramı qəbul etmir. Bu məqsədlə də Azərbaycanda olan bir şirkətin kompüter proqramına daxil olmuşam. Amma heç bir əməliyyat keçirməmişəm. Mən “Facebook”, “Google” və digər sosial şəbəkələrdə boşluqlar tapmışam. Bunun qarşılığında da mükafatlar almışam”.

Təqsirləndirilən şəxs söyləyib ki, İsrail şirkətinə məxsus sistemə daxil olub, oradan əldə etdiyi məlumat kodlarını nüfuz əldə etmək üçün müəyyən yerlərdə paylaşıb. Onun sözlərinə görə, həmin şirkət İsrailə aid olsa da, Belarusda yerləşir.

Növbəti proses martın 18-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Mart 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri