Icma.az
close
up
RU
Facebookda MÜHÜM YENİLİK Senzura azaldılır, “Faktyoxlama” LƏĞV OLUNUR” VİDEO

Facebookda MÜHÜM YENİLİK Senzura azaldılır, “Faktyoxlama” LƏĞV OLUNUR” VİDEO

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Meta”nın CEO-su Mark Zukerberq siyasi və ictimai şəraitdə baş verən dəyişikliklər fonunda şirkətin moderasiya siyasəti və yanaşmalarında ciddi dəyişikliklər edəcəyini elan edib.
Bizim.Media xəbər verir ki, Zukerberq bu barədə “Facebook” hesabında yaydığı müraciətdə məlumat verib.
Zukerberq bildirib ki, “Meta”nın fakt-yoxlama proqramı ləğv edilərək, X platformasının “Community Notes” (İcma Qeydləri) sisteminə bənzər bir sistemlə əvəz olunacaq.
“Bununla yanaşı, siyasi mövzular ətrafındakı məzmunun moderasiyası yenidən nəzərdən keçiriləcək və istifadəçi lentlərində siyasi məzmunun miqdarını azaltmaq üçün əvvəlki dəyişikliklər geri qaytarılacaq. Bu dəyişikliklər dünyanın milyardlarla istifadəçisi olan “Facebook” və “Instagram” kimi platformalarla yanaşı, “Threads” şəbəkəsini də əhatə edəcək.
“Köklərimizə qayıdırıq”
“Biz köklərimizə qayıdıb səhvləri azaltmağa, siyasətimizi sadələşdirməyə və platformalarımızda azad ifadəni bərpa etməyə fokuslanacağıq. Xüsusilə də, ABŞ-dan başlamaqla, fakt-yoxlama sistemini ləğv edib, onun yerinə İcma Qeydləri tətbiq edəcəyik” - deyə Zukerberq paylaşdığı video müraciətində bildirib.
O, ABŞ-dakı seçki dövrünü bu qərarın əsas səbəblərindən biri kimi göstərərək “hökumətlər və ənənəvi media orqanlarını” daha çox senzura tələbləri ilə çıxış etməkdə ittiham edib.
“Son seçkilər cəmiyyətdə yenidən söz azadlığına üstünlük verilməsi üçün bir mədəni dönüş nöqtəsi kimi hiss olunur. Bu səbəbdən biz səhvləri minimuma endirmək və azad ifadəni bərpa etmək üçün siyasətimizi dəyişdirəcəyik,” - deyə Zukerberq əlavə edib.
Zukerberq qeyd edib ki, şirkətin məzmun moderasiyası üçün yaratdığı mürəkkəb sistemlər çoxlu sayda səhvlərə yol açır:
“Biz narkotiklər, terrorizm və uşaqlara qarşı istismar kimi mövzuları aqressiv şəkildə moderasiya etməyə davam edəcəyik. Lakin sadə məzmunlar üçün mövcud sistemlərin mürəkkəbliyi qəbuledilməz sayda səhvlərə səbəb olur,” - deyə Zukerberq bildirib.
“Meta”da nəzərdə tutulan dəyişikliklərə aşağıdakılar daxildir:
Fakt-Yoxlamanın əvəzlənməsi: Mövcud beynəlxalq təşkilatlarla həyata keçirilən fakt-yoxlama sistemi ləğv ediləcək və yeni icma əsaslı platforma yaradılacaq.
 

Fokuslanmış moderasiya: Mühacirət, gender və digər mübahisəli mövzulardakı məzmun siyasətləri sadələşdirilərək, yalnız yüksək səviyyəli pozuntulara diqqət yetiriləcək.
Kaliforniyadan Texasa köç: Meta-nın etimad və təhlükəsizlik komandası Kaliforniyadan Texasa köçürüləcək.
Zukerberq sistemdə edilən dəyişikliklərin nəticəsində bəzi neqativ məzmunların nəzərdən qaça biləcəyini, lakin bununla yanaşı, haqsız yerə bloklanan və ya silinən hesabların azalacağını vurğulayıb. Zukerberq bildirib ki, yeni yanaşma daha az senzura və daha yüksək söz azadlığını təmin edəcək.
Qeyd edək ki, “Facebook”un fakt-yoxlama proqramı 2016-cı ildə işə düşmüşdü və məzmunları Beynəlxalq Fakt-Yoxlama Şəbəkəsi (IFCN) və Avropa Fakt-Yoxlama Standartları Şəbəkəsi tərəfindən təsdiqlənmiş tərəfdaşlar yoxlayırdı. ABŞ-da bu proqramın işinin təşkilində “PolitiFact”, FactCheck.org kimi qruplar iştirak edib.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Yanvar 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri