Fahişəliklə məşğul olmaq qadağan olunmur, fahişəliyə cəlbetmə qadağan olunur Ekspert
Icma.az, Unikal.az saytına istinadən bildirir.
"Cinayət Məcəlləsinə insan alveri ilə bağlı fəsil əlavə olunmalıdır. Bizdə fahişəliklə məşğul olmaq qadağan olunmur, fahşəliyə cəlbetmə qadağan olunur. Bu necə ola bilər?".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumat”ı ilə bağlı çıxışı zamanı “Polisə Dəstək” İctimai Birliyinin sədri, ekspert Şəmsəddin Əliyev deyib.
"Digər müşahidə etdiyim məsələ odur ki, hotellərdə müəyyən mənada insan alveri üçün dəhlizlər var", - deyə Ş.Əliyev bildirib.
Parlamentin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Miryaqub oğlu Seyid bununla bağlı qeyd edib:
"Şəmsəddin müəllim dedi ki, qanunvericilik fahişəliyi təbliğ edir. Həm Cinayət Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində bu əmələ görə sanksiyalar nəzərdə tutulur. Yəni, bunlar cəzalandırılır. Təbliğ yox, əksinə onun qarşısının alınması üçün müəyyən tədbilər nəzərdə tutulub".
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 08 May 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















