Icma.az
close
up
RU
Fahrettin Altun: Beynəlxalq sistem bu günün mürəkkəb çətinliklərinin öhdəsindən gəlməkdə yetərsizdir AZƏRTAC

Fahrettin Altun: Beynəlxalq sistem bu günün mürəkkəb çətinliklərinin öhdəsindən gəlməkdə yetərsizdir AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

İstanbul, 19 noyabr, Günel Karatepe, AZƏRTAC

Hazırda dünya ciddi bir böhranlar girdabındadır. Dünyanın bir çox yerində aclıq, quraqlıq, vətəndaş müharibəsi və soyqırımları kimi təhdidlər davam edir. Mövcud nizama qarşı çıxma potensialına malik texnologiya, süni intellekt və kriptovalyutalar kimi yeni fenomenlər üzərində nəzarət qurmaq mübarizəsi getdikcə daha da şiddətlənir. Sabit bir dünya vəd edən beynəlxalq sistem bu günün mürəkkəb çətinliklərinin öhdəsindən gəlməkdə yetərsiz qalır. Münaqişə və müharibələrin minimuma endirilməsi, qlobal fəlakətlərin qarşısının alınması, hər növ böhran qarşısında həmrəylik, iqtisadi və sosial ədalətsizliklərin aradan qaldırılması kimi prinsipləri əhatə edən qlobal sistem, təəssüf ki, bu hədəflərdən həmişəkindən daha çox uzaqlaşmış vəziyyətdədir. Yalnız müəyyən ölkələrə və maraq qruplarına maksimum fayda təmin edən bir qlobal nizamsızlıq halı sistemin yeni normasına olmağa yaxınlaşır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Fahrettin Altun mətbuata açıqlamasında ifadə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” və “Daha adil bir dünya mümkündür” şüarlarını xatırladaraq, daha ədalətli bir dünyaya bu gün hər zamankindən daha çox ehtiyac duyulduğuna vurğulayan F.Altun deyib: “Super güclərin xüsusilə son 25 ildəki ikili standartları, ayrı-seçkilik və münaqişələri qızışdıran hərəkətləri onları yeni dünya nizamında önəmli rol oynamaq legitimliyindən də məhrum edib. Həmçinin ölkələrin və xalqların əksəriyyətinin bu super güclərin maraq və faydaları üçün istismar edildiyi bir dünya nizamı qəbul oluna bilməz. Mövcud sistemdə xüsusi mövqeyə sahib olan beynəlxalq təşkilatlar və dövlətlər əvvəlcə bu həqiqəti anlamalı, yeni dövrə uyğun strategiyalarını buna görə tənzimləməlidir”.

Türkiyənin dünyada sülhün bərqərar olması kontekstində üzərinə düşən konstruktiv rolu vurğulayan F.Altun ölkəsinin Rusiya-Ukrayna münaqişəsində atəşkəsin təmin edilməsi üçün üzərinə götürdüyü vasitəçilik rolunun və Qara dəniz taxıl razılaşmasının qurulmasına yönələn təşəbbüslərinin, qlobal ərzaq böhranının qarşısının alınmasında həyati əhəmiyyət daşıdığını xatırladıb.

Son illərdə müharibə cinayətləri, kütləvi qırğınlar və soyqırımları ört-bas etmək üçün ən çox istifadə olunan vasitənin dezinformasiya olduğunu vurğulayan F.Altun deyib: “Haqq mübarizəsi ədalət mübarizəsi kimi bütün bəşəriyyətin ortaq məsələsidir və beynəlxalq əməkdaşlıq tələb edir. Həqiqət böhranının yeni norma halına gəldiyi bu şərtlərdə doğru məlumata və şəffaflığa əsaslanan rasional bir qlobal iqtisadi sistemin qurulması mümkün deyil”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see254

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see216

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see214

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see201

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see182

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see148

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see142

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see137

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see132

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see131

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see129

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see128

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see127

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see127

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see126

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see126

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see125

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see125

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see123

Misli Premyer Liqası: “Araz Naxçıvan” “Sabah”la üz üzə

25 Oktyabr 2025 09:32see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri