Fahriye Evcenden 40 cı doğum günü FOTOLARI
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Türkiyəli məşhur aktrisa Fahriye Evcen 40 yaşını qeyd edib.
Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, sosial mediadan aktiv istifadə edən Evcen doğum günü ilə bağlı paylaşım edib.
O, dostları ilə yaxtada keçirdiyi doğum günü fotolarını “Çəhrayı rəngli kombin və çəhrayı çiçəkli tort. 40 ildir ki, bu çiçək açır” başlığı ilə paylaşıb. Onun paylaşımına izləyicilərdən çox sayda bəyənmə və şərh gəlib. Burak Özçivit isə həyat yoldaşının fotosuna “Qəlbim” şərhini yazıb.
Qeyd edək ki, Burak Özçivit və Fahriye Evcen 2013-cü ildə “Çalıkuşu” serialının çəkiliş meydançasında başlayan münasibətlərini 2017-ci ildə evliliklə rəsmiləşdiriblər.
Məşhur cütlüyün 2019-cu ildə ilk övladları Karan, 2023-cü ilin yanvar ayında isə ikinci oğulları Kerem dünyaya gəlib.
Sosial mediada aktiv olan məşhur aktrisanın 13,7 milyon izləyicisi var. Hazırda hər hansı bir layihədə yer almayan aktrisa sosial media paylaşımları ilə böyük maraq qazanır.
Baxış sayı:164
Bu xəbər 09 İyun 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















