Icma.az
close
up
RU
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub

Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikri tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, türkoloq-alim, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının birinci cildi “Elm və təhsil” nəşriyyatında yenidən işıq üzü görüb.
Newscenter.az xəbər verir ki, üç cilddə nəşri planlaşdırılan kitabın 1-ci cildində milli ideologiya problemi bütün aspektləri ilə tədqiqata cəlb edilmişdir. Burada öncə milli ideologiya ilə bağlı etnos, millət, milliyyət, xalq, milli mənəvi dəyər, milli ideya və digər anlayışların şərhləri veril­miş­dir. Eyni zamanda kitabda Azərbaycan xalqının formalaşması, etnogenezi, dini-fəlsəfi dünyagörüşü, dili, “Azərbaycan” sözünün tarixi-coğrafi və siyasi-ideoloji mənası geniş şəkildə tədqiq olunmuşdur.
İlk dəfə 2011-ci ildə yayınlanan bu kitabın təkrarnəşri ilə bağlı Faiq Ələkbərli mətbuata verdiyi açıqlamasında bildirib ki, “Milli ideologiya prob­le­mi­nə tarixi-fəlsəfi baxış” adlı kitablarının ilk iki cildini yenidən yayınlamaqla yanaşı, üstəlik üçüncü cildini də yazaraq bu mövzunu davam etdirmək fikri təsadüfən meydana çıxmamışdı: “Məqsədimiz milli ideyalarımızı (azərbaycançılıq, türkçülük) yer kürəsində təqribən 60 milyona yaxın əhalidən ibarət Azərbaycan xalqına, Azərbaycan türklərinə, bütövlükdə 300 milyondan çox Türk xalqlarına həm yenidən çatdırmaq, təbliğ etmək, həm də dünyada və regionda baş verən mühüm dəyişikliklər fonunda Azərbaycan Respublikasının bölgənin və Türk Dövlətləri Təşkilatının (TDT) lider dövlətlərindən biri kimi əhəmiyyətini ortaya qoymaqdır. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni milli ideya axtarışı ilə bağlı tezisləri, o cümlədən Azərbaycanın dünyada yeganə ailəsinin Türk dünyasının, yəni Türk ailəsinin olması ilə bağlı mülahizəsi milli ideologiya probleminin bir daha aktuallığını ifadə etməkdədir”. Müəllif onu da qeyd edib ki, ilk iki cilddə milli ideologiya, milli ideya ilə bağlı hələ də aydınlığa qovuşmamış, mübahisəli qalan məsələləri 3-cü cilddə yenidən dəyərləndirib əsaslandırmağa çalışacaqdır.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Sentyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri