Icma.az
close
up
RU
Faiq Hacıyev: “Oyunumuz da inkişaf hiss edilir”

Faiq Hacıyev: “Oyunumuz da inkişaf hiss edilir”

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Turan Tovuz”un futbolçusu Faiq Hacıyev Apasport.az saytına müsahibə verib.

- Artıq Türkiyə toplanışı başa çatdı. Maraqlıdır, hər şey tam olaraq istədiyiniz kimi alındı, yoxsa nədənsə narahat qaldınız?
- Bəli, Türkiyə toplanışını başa vurduq. Hər şey məşqçinin planlaşdırdığı kimi bitdi. Şükür Allaha, ciddi zədə alan futbolçumuz olmadı. Artıq çempionatı düşünüb, ona hazırlaşırıq.

- Məsələn, Kurban Berdiyevin sizdən narazı qaldığı əsas məqam hansı oldu? Hər halda, məşqlərdə bunu görməmiş olmazsınız. Əsas tələbi nə idi?
- Narazı məqamları əlbəttə ki, oldu. Bunların da üzərində çalışıb, səhvlərimizi biz də azaltmağa çalışırıq. Ötən mövsüm bizim üçün təcrübə oldu. Allah qoysa, bu mövsüm eyni səhvləri təkrar etməməyə çalışacağıq.

- Yoxlama görüşlərində təbii ki, nəticə əsas olan məsələ deyil. Amma heç bir görüşdə qalib gələ bilməməyiniz sizi narahat edir, yoxsa qətiyyən buna fikir vermirsiz?
- Düzdür, biz də qələbə qazanmaq istəyirdik. Amma əsas olan hər bir futbolçunun oyunlarda forma geyinməsi, çempionata hazır olması bizim üçün daha vacibdir. Nəticədən razı olmasaq da, oyunumuz da inkişaf hiss edilir.

- Artıq uzun müddətdir ki, komandadasan. Necə düşünürsən, bu yeni mövsüm üçün yığılan heyət əvvəlkilərdən nə ilə fərqlənir və daha güclü görünürmü?
- Əlbəttə ki, “Turan Tovuz”da oynayan hər bir futbolçu bu komanda üçün vacib oyunçu sayılır. Bu mövsümkü heyət də onlardan biridir. Əlimizdən gələni edib istədiyimiz nəticəyə çatacağımızı düşünürəm. 

- İlk turdakı rəqibiniz “İmişli”dir. Heç onlarla maraqlanmısan, oyunlarına baxmısan? Təqvim sizin üçün uyğundur?
- Əlbəttə ki, maraqlanırıq. “İmişli” yeni yığılan komanda ola bilər. Amma bizi çətin oyunun gözlədiyini bilirik. Buna uyğun hazırlaşmağa çalışırıq.

- “Turan Tovuz” ev oyunlarını “Azərsun Arena”da keçirəcək. Bunun hansı mənfi və ya müsbət tərəfləri var, azarkeş sarıdan problem çəkməyəcəksizki? Hər halda, Tovuz səfəri rəqiblər üçün əsas problemlərdən biri idi..
- Tovuzda oynamaq əlbəttə ki, bizim üçün üstünlük təşkil edirdi. Azarkeşlərimiz gözəl atmosfer yaradırdı. Allah qoysa, tez bir zamanda stadionumuz düzələr və rəqibləri yenə də öz doğma məkanımızda qəbul edərik.
Ancaq yenə də düşünmürəm ki, “Azərsun Arena”da oynamaq bizim üçün bəhanə sayılsın. Azarkeşlərimizin bizi orada da tək qoymayacağını bilirik.

- Ötən mövsüm avrokuboklara yaxın olsanız da, bunu reallaşdıra bilmədiz. Yəqin ki, bu mövsüm əsas məqsəd avrokuboklara düşmək olacaq və bunun uğrunda oynaycaqsız?
- Əlbəttə ki, hər zaman məqsədimiz yuxarı pillələrdən birini tutmaqdır. Bu dəfə də belədir. Əlimizdən gələni edəcəyik. Allah qoysa, mövsümün sonunda buna nail ola bilərik.

Misli Premyer Liqası: Yeni mövsümün ilk turunun oyun cədvəli bəlli olub “Zirə” “Şamaxı” ilə qarşılaşacaq “İmişli”dən daha bir hücumçu transferi Ehtiram Quliyev: “Yüksək səviyyədə hazırlıq keçdik” - VİDEO “Çelsi”dən “Börnli”yə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://apasport.az
archiveBu xəbər 09 Avqust 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see268

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see244

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see235

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see233

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see226

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see208

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see201

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see197

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see189

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see186

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see185

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see181

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see177

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see172

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see166

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see165

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see158

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see158

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see156

Avropa münaqişələrə hazır deyil

02 Oktyabr 2026 23:35see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri