Icma.az
close
up
RU
Faizə pul verənlərə XƏBƏRDARLIQ Bundan SONRA…

Faizə pul verənlərə XƏBƏRDARLIQ Bundan SONRA…

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Ali Məhkəmənin vətəndaşlar üçün hazırladığı hüquqi izahda bildirilib ki, Azərbaycan qanunvericiliyinə görə, fiziki şəxslər arasında faizlə borc verilməsi öz-özlüyündə qadağan deyil. Borc verən müqavilədə müəyyən edilmiş faizləri almaq hüququna malikdir.

Lakin şəxs müxtəlif insanlara davamlı və gəlir əldə etmək məqsədilə faizlə borc verirsə, bu artıq adi borc münasibəti deyil, kredit fəaliyyəti kimi qiymətləndirilə bilər. Belə fəaliyyət yalnız qanunla buna hüququ olan şəxslər tərəfindən həyata keçirilə bilər. Əks halda bu, qanunsuz sahibkarlıq kimi qiymətləndirilərək hüquqi məsuliyyət yarada bilər.

Faizlə borc münasibətləri yazılı müqavilə ilə rəsmiləşdirilməli, borcun məbləği, faiz dərəcəsi, ödəniş və qaytarılma şərtləri dəqiq göstərilməlidir. Pulun verilməsi və qaytarılması da sənədləşdirilməlidir. Əgər məhkəmə borc verənin fəaliyyətini qanunsuz hesab edərsə, onun faiz və digər gəlir tələbləri məhdudlaşdırıla bilər. Bu səbəbdən şəxsi vəsaitdən istifadə edilməsi belə, həmin vəsaitin sistemli şəkildə faizlə borc verilməsi üçün avtomatik hüquq yaratmır (Bakı-Xəbər).

Faizlə borc verməyin qanunsuz olduğu bildirilir. Çünki kredit vermək və bunun müqabilində faiz almaq hüququ qanunla müvafiq rəsmi qurumlara və kredit fəaliyyəti həyata keçirmək hüququ olan şəxslərə verilib.

Bəs vətəndaşlar arasında faizlə borc verilməsi necə müəyyən edilə və sübuta yetirilə bilər? Ali Məhkəmənin bu izahının praktiki əhəmiyyəti nədən ibarətdir? Bu açıqlama banklar üçün yeni imkanlar açırmı?

Bank məsələləri üzrə vəkil Əkrəm Həsənov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Mülki Məcəllənin 2022-ci ilin sonunda qüvvəyə minmiş "Öhdəlik borcu" fəsli məhz vətəndaşlararası borc münasibətlərini tənzimləyir. Alman professoru Peter Krebs ilə birgə müəllifi olduğumuz layihə qanunvericilik aktı kimi 2 il öncə qəbul edilib. Bir vətəndaş digərinə faizlə borc verə bilər. Bunu, əlbəttə ki, aralarında yazılı müqavilədə təsbit etməlidirlər. Əks halda, faizlə borc götürən şəxs sabah deyə bilər ki, heç bir faiz söhbəti olmayıb, sadəcə, borcu qaytaracaq. Xatırladıram ki, 3 min manata qədər olan borc müqaviləsi şifahi də ola bilər, 3 min manatdan yuxarı məbləğdə borc isə yazılı şəkildə rəsmiləşdirilməlidir.

Bu yaxınlarda Konstitusiya Məhkəməsi buna şərh də verdi. Bildirildi ki, “yazılı” heç də yalnız yazılı müqavilə demək deyil. Hətta, məsələn, WhatsApp yazışması da yazılı sübut hesab oluna bilər. Amma söhbət yenə də faizdən gedir. Bəli, bir-iki dəfə tanışa faizlə borc verə bilərəm. Amma mən bu fəaliyyətlə daimi və müntəzəm məşğulamsa və krediti qeyri-müəyyən şəxslərə verirəmsə, bu artıq sahibkarlıq fəaliyyətidir, kredit fəaliyyətidir. Kredit fəaliyyətini isə yalnız banklar və bank olmayan kredit təşkilatları həyata keçirə bilər. Bunun üçün Mərkəzi Bankdan lisenziya alınmalıdır. Məhz bu fəaliyyət qanunsuz sahibkarlıq hesab olunarsa, məbləğindən asılı olaraq, bu, ya inzibati xəta, ya da cinayət əməli hesab edilə bilər.

Yəni, lisenziya almadan müntəzəm şəkildə, qeyri-məhdud şəxslər dairəsinə kredit verməyə ixtiyarın yoxdur. Sən faktiki olaraq banklarla və bank olmayan kredit təşkilatları ilə qeyri-sağlam rəqabət aparırsan. Burada da prezumpsiya nədir? Bir var, mən bir-iki dəfə borc verirəm və böyük ehtimalla öz pulumu verirəm. Əgər mən belə fəaliyyətlə daimi məşğulamsa, böyük ehtimalla, öz pulumu vermirəm. Bir insanın nə qədər pulu ola bilər ki, davamlı olaraq borc versin? Deməli, mən özüm də borc alıram – ya banklardan, ya da digər şəxslərdən. Yəni, yalnız öz pulumla risk etmirəm, başqalarının pulu ilə də risk edirəm. Bu da yolverilməzdir”.

Vəkilə görə, kimsə bu fəaliyyəti göstərirsə, bilməlidir ki, məsuliyyətə cəlb oluna bilər:

“Bu gün belə şəxslər var, faizlə kredit verirlər. Hamı da bilir ki, gedib filankəsdən faizlə kredit götürmək olar. Həmin şəxs də fikirləşir ki, buna görə heç bir məsuliyyəti yoxdur. Var. Hətta sabah onun həmin faizi də qaytarılmaya bilər. Əgər məhkəmə hesab etsə ki, bu adam qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğuldur, deməli, onun bağladığı müqavilələr etibarsız hesab oluna bilər və o, faizi tələb edə bilməz, yalnız borcun qaytarılmasını tələb edə bilər. Üstəlik, dediyim kimi, dövlət də onu qanunsuz sahibkarlıq fəaliyyətinə görə məsuliyyətə cəlb edə bilər.

Sual verdiniz ki, bu necə sübut oluna bilər? Yazılı müqavilə ilə. Əgər müqavilədə faiz göstərilibsə, həmin faiz də görünməlidir. Yazılmayıbsa, o zaman həmin şəxs faizi tələb edə bilməyəcək. Ali Məhkəmənin bu qərarının, izahının praktiki əhəmiyyəti də məhz belə şəxslərə xəbərdarlıq etməkdir: bilin ki, buna görə məsuliyyət yarana bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Avqust 2026 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri