Icma.az
close
up
RU
Depozit, xidmət haqqı, “çaypulu”: Restoran və kafelərdə soyğunçuluğuna kim son qoyacaq?

Depozit, xidmət haqqı, “çaypulu”: Restoran və kafelərdə soyğunçuluğuna kim son qoyacaq?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Türkiyədə restoran, kafe, şirniyyat mağazası, eləcə də, digər qida və içki müəssisələrində istehlakçılardan xidmət haqqı, masa haqqı, örtük haqqı və ya oxşar adlarla əlavə ödənişlərin tələb edilməsi qadağan olunub. 

Bu qərar Türkiyə Ticarət Nazirliyi tərəfindən hazırlanmış “Qiymət etiket qaydalarında dəyişiklik edilməsinə dair Qayda”nın qüvvəyə minməsi ilə rəsmiləşib. Yeni qaydalara əsasən, Türkiyədə fəaliyyət göstərən qida və içki müəssisələri menyuda göstərilən qiymətlərdən əlavə olaraq istehlakçılardan heç bir məcburi ödəniş tələb edə bilməz. 

Dəyişiklik qiymət şəffaflığının artırılmasını və istehlakçı hüquqlarının daha effektiv qorunmasını məqsəd qoyur. Qaydalara əməl etməyən müəssisələr barəsində mövcud qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görüləcək.  Qeyd edək ki, Azərbaycanda da kafe və restoranla, qida və içki obyektlərində müxtəlif əlavə ödənişlər tələb edilir. 

Belə ki, bir sıra restoranlar müştəridən “depozit”, eləcə də menyudan əlavə xidmət haqqı tələb edir. Həmin iaşə müəssisələrinə daxil olan müştərilərin mütləq əlavə vəsaiti olmalıdır ki, hesabı tam ödəyə bilsin. İaşə obyektlərində bu sahədə vəziyyət nə dərəcədə qanunauyğundur və bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır? 

Məsələ ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, Türkiyədə əlavə servis haqqı, əlavə ödənişlər məsələsi ləğvi  çox əhəmiyyətlidir: 

“Bizə bu barədə oradakı həmkarlarımız məlumat veriblər. Bu, çox vacibdir. Əgər istehlakçının istifadə etdiyi otaqda multimedia, əlavə avadanlıqlardan istifadə edirsə, ola bilər ki, bu, menyuya yazılsın. Türkiyədə menyuya yazılmayanlardan əlavə haqqın alınması qadağan edilib. 

Ancaq Azərbaycanda bu bəla sürətlə irəliləyir. Azərbaycan hökumətinin biznes qurumları üçün yaratdığı toxunulmazlıq şəraitindən sui-istifadə olunur”. 

Ekspert bildirib ki, artıq bu qanunsuzluq, istehlakçı hüquqlarının pozulması bir normaya çevrilib:

“Ümumiyyətlə, hər hansı bir qanun, hüquq pozuntusunun qarşısı alınmazsa, cəza olmazsa, sonra o, normaya çevrilir və cəmiyyətdə yaşayır. 

Ancaq inanmıram ki, Azərbaycanda yaxın 1 ildə belə bir qərar qəbul edilsin. Buna mən inana bilmirəm. Çünki ölkədə istehlakçı hüquqlarının qorunması çox pis, çox aşağı səviyyədədir. 

Ona görə də inanmıram ki, Azərbaycanda bu dəyişiklik olsun. Bu vəziyyət Azərbaycanda turizmin inkişafına böyük bir zərbə endirir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Açar sözlər: Depozit Eyyub Hüseynov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Yanvar 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri