Icma.az
close
up
RU
Famil Xəlilov: “Hədəfimiz Azərbaycanı layiqincə təmsil etməkdir”

Famil Xəlilov: “Hədəfimiz Azərbaycanı layiqincə təmsil etməkdir”

Icma.az, Apasport saytına istinadən bildirir.

FIFA U-15 dünya çempionatı və festivalında iştirak edəcək Azərbaycanın U-16 milli komandasının baş məşqçisi Famil Xəlilov turnirlə bağlı gözləntilərini açıqlayıb.

Apasport.az xəbər verir ki, mütəxəssis yığmanın açıq məşqindən sonra jurnalistlərin suallarını cavablandırıb.

O, hazırlıq prosesinin plan üzrə davam etdiyini və komandanın son mərhələyə yaxınlaşdığını bildirib:

“Hazırlığımız plan üzrə davam edir. Artıq son mərhələyə yaxınlaşmışıq. Məqsədimiz futbolçuları oyunlara qədər hazır vəziyyətə gətirməkdir. Turnirin formatı yeni olduğu üçün rəqiblər haqqında kifayət qədər məlumatımız yoxdur. Əlimizdə olan məhdud informasiyalar əsasında işləyirik. Əsas məqsədimiz öz oyun planımıza sadiq qalmaqdır”.

Baş məşqçi turnirdə qarşıya qoyulan hədəflərdən də danışıb:

“İlk növbədə, Azərbaycanı layiqincə təmsil etmək istəyirik. Həmçinin futbolçularımızın inkişafı əsas hədəflərimizdəndir. Yaxşı çıxış etməyi, maksimum mübarizə aparmağı və ən yaxşı nəticəni göstərməyi qarşıya məqsəd qoymuşuq”.

Famil Xəlilov oyunların Bakıda keçirilməsinin komandaya əlavə motivasiya verdiyini söyləyib:

“Təbii ki, bu, bizim üçün əlavə motivasiyadır. Futbolçulara bu məsuliyyəti dərk etməyə çalışdıqlarını izah etmişik. İnanıram ki, bunun öhdəsindən gələcəyik”.

Mütəxəssis turnirdəki oyunların sayı və heyətin 14 futbolçudan ibarət olması ilə bağlı mümkün çətinliklərə də toxunub:

“Bu məsələni nəzərə almışıq. Futbolçuların fiziki cəhətdən yüklənmə ehtimalı yüksəkdir. Lakin oyun formatı tez-tez əvəzetmələr etməyə imkan verir. Bu amili nəzərə alaraq vəziyyəti tənzimləməyə çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi yarış çərçivəsində ilk oyununu oktyabrın 24-də saat 19:30-da “Crystal Hall”da Timor-Leste yığmasına qarşı keçirəcək.

Yığmamız oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya ilə qarşılaşacaq. Oktyabrın 26-da isə millimizi saat 11:30-da İsrail, saat 18:15-də Haiti ilə görüşlər gözləyir. Bu oyunlar Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

AFFA-dan “Qarabağ” və “Araz-Naxçıvan”ın futbolçuları üçün maarifləndirici sessiyalar I Liqa: VI tura start verilib - YENİLƏNİB Ayxan Abbasov U-16 millisi ilə görüşüb Əvəzedicilər Liqası: VII turun təyinatları açıqlanıb “Sabah” “Borussiya” ilə bacarmadı - YENİLƏNİB
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://apasport.az
archiveBu xəbər 22 Oktyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri