Icma.az
close
up
RU
Fars dilində oxunan şeirə Səməd Vurğunun cavabı nə oldu? Güney Azərbaycanın Yumruğ u

Fars dilində oxunan şeirə Səməd Vurğunun cavabı nə oldu? Güney Azərbaycanın Yumruğ u

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün yazıçı Mirzə İbrahimovun doğum günüdür.

Kulis.az şair Balaş Azəroğlunun "Mirzə İbrahimov haqqında xatirə" yazısını təqdim edir.

1944-cü il idi, Böyük Vətən müharibəsinin ən qızğın dövrü.

Cənubi Azərbaycanda yeni bir cəmiyyət yarandı - "Antifaşist" cəmiyyəti.

Mərkəzi Təbrizdə olan bu cəmiyyətin Urmiya, Zəncan, Ərdəbil və Astarada da şöbələri təşkil olundu. Təbrizdə cəmiyyətin sədri şair Məhəmməd Biriya, Ərdəbildə isə mən seçildim.

Təbrizdə cəmiyyətin "Yumruq" adlı qəzeti nəşr olmağa başladı. Biz də Ərdəbildə belə bir qəzet çıxarmaq istədik, ancaq mümkün olmadığına görə, mən Təbrizə getməli oldum. Təbrizdə Məhəmməd Biriya və "Yumruq" qəzetinin redaktoru Mir Rəhim Vilayi ilə görüşüb ehtiyacımızı dedim. Vilayi bizə qəzet üçün kağız, həm də şrift verəcəyini vəd etdi. Mən Təbrizdə olmağımdan istifadə edərək "Vətən yolunda" qəzetinin redaksiyasına da getdim. Çünki 1942-ci ildən bu qəzetdə şeirlərim nəşr olunurdu. Qəzetin ilk redaktoru Mirzə İbrahimov, sonra Həsən Şahgəldiyev, daha sonra isə Rza Quliyev oldu. Redaksiya heyətinə Azərbaycanın görkəmli yazıçılarından Ənvər Məmmədxanlı, Qılman Musayev(İlkin), Əvəz Sadıq, Seyfəddin Abbasov (Dağlı), İsrafil Nəzərli, Qulam Məmmədli və Qafarlı daxil edilmişdilər. Qəzetin redaktor müavini ədəbiyyatşünas Cəfər Xəndan idi. Görüş zamanı Cəfər Xəndan mənə dedi ki, görkəmli yazıçımız Mirzə İbrahimov Təbrizdədir, о səninlə görüşmək istəyir.

Axşam saat 8-də redakiyaya gələcək, yaxşı olar ki, Ərdəbilə getməmişdən qabaq sən də gəlib onunla görüşəsən. Mən axşam redaksiyaya gedib redaktorun otağında Mirzə müəllimlə görüşdüm. O, hərbi paltarda idi. Məni çox mehribanlıqla qarşıladı və gülə-gülə. Bizdə "igidin adını eşit, üzünü görmə" - deyirlər. Məncə, düz deyil. Biz şairin şeirlərini oxumuşduq, indi də özü ilə görüşdük. Sonra mənim şeirlərim haqqında xoş sözlər dedi və onlardan bəzilərinin "Vətən yolunda"dan götürülüb Bakıda çıxan qəzetlərdə də çap olunduğunu əlavə etdi. Axırda Təbrizə nə üçün gəldiyimi soruşdu. Mən də Ərdəbildə "Yumruq" qəzeti çıxarmaq üçün bəzi ehtiyaclarımız olduğunu dedim. O, bir az fikrə gedəndən sonra: - Olarmı iki gün Təbrizdə gözləyəsən, görək sənə nə köməklik edə bilirik? - dedi.

Razılaşdıq, mən iki gündən sonra Rza Quliyevin yanına getdim. O mənə şad xəbər verib dedi:

- Sizin üçün kağız, şrift və bir çap maşını ayrılıb, Ərdəbilə göndəriləcək.

Biz həmin avadanlıqla Ərdəbildə "Yumruq" qəzetini 1945-ci ilin may ayına qədər çap etdik. Qələbədən sonra "Yumruq" dayandı, əvəzində Azərbaycan dilində "Cövdət" qəzeti nəşr olunmağa başladı. Mən Mirzə müəllimi bir də 1945-ci il aprel ayının 28-də Bakıda gördüm. Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyi münasibətilə Bakıda keçiriləcək bayram şənliklərində iştirak etmək üçün Tehrandan və Təbrizdən qonaqlar dəvət olunmuşdu. Onların içərisində 5 nəfər də şair var idi: Məhəmməd Biriya, Əli Fitrət, Mir Mehdi Cavuşi, Quluxan Borçalı və Azəroğlu. Qonaqlar xüsusi qatarla aprel ayının 27-də Təbrizdən yola düşdülər. Axşamüstü qatar Culfa körpüsünü keçəndə demək olar ki, qatardakıların hamısı vaqonun pəncərəsindən bulana-bulana axan Araza tamaşa edirdi. Bu zaman ən qədim xalq mahnısı - "Köşkü balaban" yada düşdü, gözləri dolmuş şair Fitrət həmin mahnını uca səslə oxudu:

Köşkü balaban Araza baxar,
Arazın suyu gözlərdərı axar...

Həsrət dolu bu mahnının təsiri altında hamı susdu, elə bil hər kəs öz qəlbində Arazla danışırdı... Mənimsə Təbrizdən çıxanda Bakıda tanış küçələri, ayrılıb getdiyim məktəbli dostlarımı, müəllimlərimi görmək sevincimə Fitrətin oxuduğu "Köşkü balaban" kədəri qarışmışdı. Qatarımız aprelin 28-də, günorta vaxtı Bakıya çatdı. Bakılılar bizi orkestr və gül dəstələri ilə qarşıladılar. Vağzalda mitinq oldu, qonaqlar adından nümayəndə heyətinin başçısı, qocaman şair Səfvət danışdı. Sonra qonaqları maşınlarla Bakıda təzə tikilmiş "İnturist" mehmanxanasına apardılar. Mən Fitrətlə bir otaqda qalmalı oldum. Bir qədər şonra qapımız döyüldü, Mirzə İbrahimovla Sərnəd Vurğun içəri daxil oldular. Mirzə əvvəlcə Əli Fitrəti, sonra məni Səmədə təqdim etdi. Səməd adımı eşidən kimi əlimi əlində saxlayıb gülə-gülə dedi:

- Mən elə bilirdim sən də saçı-saqqalı ağartmısan? Sən ki cavansan.

Sonra şeirlərimi oxuduğunu, çox xoşuna gəldiyini dedi. Təbriz şairlərindən fərqli olaraq ərəb, fars sözləri işlətmədiyimi xüsusi qeyd etdi. Gedəndə gülə-gülə dedi:

- Mən burda, sən Cənubda Azərbaycan şeirini yüksəklərə qaldırmalıyıq.

Əlbəttə, bu zarafat idi. Nahar zamanı Səməd Vurğun məni çağırıb öz yanında oturtdu ki, cənubluların fars dilində çıxışlarını ona tərcümə edim, ancaq belə olmadı. Qonaqlardan Səfvət və Seyid Cəfər Pişəvəri Azərbaycan dilində, təkcə Məlikül-Şəа Bahar fars dilində danışdı, onu özünün xahişinə görə Pişəvəri tərcümə etdi.

...Şeir qurtaran kimi hamı S.Vurğuna baxdı, çünki Səməddən cavab gözləyirdilər. Səməd ayağa qalxıb ağayi Bahara təşəkkür edəndən sonra ona şeirlə cavab verdi. Şeirin məzmunu təqribən belə idi; Qızıl ordunun qələi labüd idi, çünki o, həm qəhrəman, həm də xilaskar ordudur.

Bayram şənlikləri 10 gün davam etdi, qonaqlar Bakıdan böyük təəssüratla Vətənə qayıdırdı. Mənimsə içimdə yenidən ayrılıq, həsrət hissi baş qaldırmışdı...

Sahil boyu şütüyən qatarın pəncərəsindən gözümü sahil boyu axan Arazdan çəkə bilmirdim. İçimdə gələcəkdə yazacağım "Bakı səfəri"poemasının misraları yaranırdı.

1948-ci ildə həmişəlik Bakıya gəldim. Bakıda olduğum zaman Mirzə müəllimlə tez-tez görüşürdük. O, həmişə Yazıçılar İttifaqına gələndə məni, Əli Tudəni, Mədinə Gülgünü, Hökümə Büllurini çağırıb görüşür, yaşayışımız, dərslərimiz ilə maraqlanırdı. Mən universiteti qurtarandan sonra dissertasiya müdafiə edib filologiya elmləri namizədi adı aldım. Bu о zaman idi ki, Mirzə İbrahimov Akademiyanın Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri idi. Mən elmi işimi davam etdirmək üçün о şöbəyə getdim və bir il də orada elmi fəaliyyətimi davam etdirdim...

1981-ci ildə Azərbaycan yazıçılarının qurultayında Mirzə müəllim Yazıçılar İttifaqının sədri və beş nəfər katib seçildi. Katiblikdə mənə Cənubi Azərbaycan ilə əlaqə şöbəsi tapşırıldı. Bu о zaman idi ki, İranda 1979-cu il inqilabı qələbə çalmışdı, şahlıq üsulu süqut etmişdi, nisbətən azadlıq yaranmışdı. Cənubi Azərbaycanda ana dilində mətbuata imkan yaranmışdı. Bakı ilə Təbrizin arasında mətbuat mübadiləsi başlanmışdı. Bu işə Mirzə müəllim şəxsən rəhbərlik edirdi. O, "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" və "Bakı" axşam qəzetində Cənubda çıxan kitabların təbliği ilə əlaqədar məqalələr çap etdirirdi. Onun başladığı bu xeyirxah işə Azərbaycanın görkəmli alimlərindən Həmid Araslı, Mirzəağa Quluzadə, Məmməd Cəfər, Abbas Zamanov da qoşulmuşdu. Mirzə ibrahimovun yaradıcılığında da Cənubi Azərbaycanda gedən milli-azadlıq hərəkatı əsas yer tutur. Xüsusilə onun "Gələcək gün", "Tonqal başında", "Fədailər", "Qarı iman gətirdi" kimi bədii əsərləri Cənubi Azərbaycanda gedən azadlıq hərəkatının bədii inikasıdır.

Mirzə İbrahimov sözün həqiqi mənasında ensiklopedik bir yazıçı idi. O, istər bədii əsərlərində, istərsə də nəzəri-tənqidi məqalələrində dövrün ən mühüm hadisələrindən danışmış və hadisələri müasirlik baxımından qiymətləndirmişdir. Bu, bir həqiqətdir ki, Mirzə İbrahimov xalqımızın tarixində XX əsrin ən böyük yazıçılarından biri kimi qalacaq, gələcək nəsil də onun əsərlərinə dönə-dönə müraciət edəcəkdir.

Ah Muhsin Ünlü: "Kitablarım balkonda çürüyür..." - Müsahibə İsrail çıxarılsa, Avstriya “Avroviziya”ya ev sahibliyi etməyəcək Xalq artisti Ramiz Quliyev vəfat etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://kulis.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see221

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see208

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see191

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see166

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see159

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see147

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see146

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see136

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see134

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see126

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see122

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri