Icma.az
close
up
RU
Fars rejimi ideoloji və geosiyasi olaraq azərbaycanlıların güclənməsi məsələsində qorxu və təşviş içindədir

Fars rejimi ideoloji və geosiyasi olaraq azərbaycanlıların güclənməsi məsələsində qorxu və təşviş içindədir

Icma.az, Bizimyol saytına istinadən bildirir.

“İranın Ermənistanın ərazi bütövlüyünü dəstəkləməsinin əsas mahiyyəti budur ki, fars rejimi ideoloji və geosiyasi olaraq azərbaycanlıların güclənməsi məsələsində qorxu və təşviş içindədirlər. Yəni onlar düşünürlər ki, İran tərəfindən Güney Qafqaz siyasəti elə bir şəkildə qurulmalıdır ki, orada Azərbaycanın güclənməsinin qarşısı alınsın. Bu da onların vazkeçilməz yanaşmasıdır. Çünki belə düşünülür ki, Azərbaycan Respublikası yüksəlişə keçərsə və bölgədə söz sahibi olarsa, hegemon güc olaraq, Güney Qafqazda öz sözünü deyə bilərsə, bu da o deməkdir ki, Güney Azərbaycanda milli özünüdərk və milli azadlıq tələbləri güclənə bilər. Bu da İranın təhlükəsizliyinə təhlükə yaradır. Çünki onların apardığı ideoloji siyasət bundan ibarət olub ki, Azərbaycan türklərinin tarixi, dili, milli kimliyi təhrif olunsun və onlara deyilsin ki, "siz türk deyilsiniz, sizin diliniz bu deyil, siz fars olmalısınız" və s. Bütün bunların hamısı, necə deyərlər, məğlubiyyətlə qarşılaşan bir siyasətə çevrilir. Artıq görünür ki, bundan qaçış yolu yoxdur. İran Güney Azərbaycanda yaşayan milyonlarla Azərbaycan türkünün öz ana dilində təhsil öz tarixinin bərpası, öz milli kimliyinə sahib olması tələblərinə cavab verməyə məcburdur”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli açıqlamasında bildirib ki, bu məcburiyyətlər onu tamamilə başqa bir istiqamətə götürür və bu məcburiyyətləri yerinə yetirsə, İranın neçə yüz ildir apardığı fars kimliyi adı altındakı siyasətlərin hamısı mənasız olur: “Bu onların baxışında farsçılığın çöküşünə aparan bir prosesdir. Ona görə də Azərbaycan dövlətinə qarşı istənilən siyasəti aparmaq onlar üçün vazkeçilməz bir seçimdir ki, əllərindən gələni etməyə çalışırlar”.

Sadiq İsabəyli

Sadiq İsabəyli hesab edir ki, digər tərəfdən Türkiyə və türk ittifaqlarının yaranmasının qarşısını almağa çalışırlar.

“Bəziləri daha çox Türkiyənin mövqeyini daha güclü görürlər və deyirlər ki, əsasən Türkiyə dövlətinin rolu böyükdür. Bəli, o da doğrudur, əhəmiyyətli dərəcədə böyükdür. Nəzərə alsaq ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan və bu coğrafi məkanın Türk dünyası üçün geopolitik əhəmiyyəti, strateji əhəmiyyəti və bunun nəzarətinin daha çox Azərbaycanda olması onu göstərir ki, bu prosesdə, yəni türk dövlətlərinin birlikdə bir çox irimiqyaslı proseslərə imza atmaları məsələsində Azərbaycanın çox ciddi, aparıcı və təyinedici rolu var. Bu rolun da qarşısını almaq üçün İran çalışır ki, Ermənistanı sipər eləsin”-deyə Sadiq İsabəyli bildirib.

Siyasi şərhçi qeyd edib ki, Ermənistan bir xristian dövlətidir və xristian dövləti olduğu üçün Avropadan, Qərb dövlətlərindən daha çox dəstək ala bilir, o dəstəklər əsasında Azərbaycan və Türkiyənin qarşısında davam gətirə bilər: “Artıq bu siyasət də reallığı əks etdirmir. Real prosesləri təhlil etdikdə biz görürük ki, artıq hər şey dəyişib. Bu gün Paşinyan təlaşdadır ki, nə olursa olsun Türkiyə və Azərbaycanla birgə ortaq qərarlar əsasında bir sıra layihələrə imza ata bilsin, sülh məsələsi həllini tapsın. Çünki artıq Ermənistanın asılılığı artıq Rusiya və ya İran məsələsi deyil. Ermənistan bu qəfəsdən demək olar ki, çıxıb. Paşinyan çalışır ki, onun ən güclü müttəfiqi və hər zaman müdafiəsində olan Rusiyadan imtina eləsin. Çünki bilir ki, Rusiya ilə birgə Ermənistanın artıq gələcəyi yoxdur. İran rejimi də bilir ki, artıq Paşinyan hökumətinə təzyiq edə bilmir. İndi media üzərindən Paşinyanı Qərb, NATO və Amerikanın maraqlarını bölgədə təmin edən bir baş nazir kimi göstərirlər. Həmçinin Zəngəzur məsələsini NATO-Ameria layihəsi kimi təqdim edirlər və çalışırlar ki, bununla Ermənistana da müəyyən mənada təzyiq göstərsinlər. Amma bu da nəticə vermir. İran oduqca çətin vəziyyətdədir. Bu gün İranın “Ermənistanın ərazi bütövlüyünü dəstəkləyirəm və mən imkan vermərəm ki, mənsiz bu bölgədə hər hansı bir geopolitik dəyişiklik edilsin” fikri artıq demək olar ki, öz təsir gücünü itirib”-deyən siyasi şərhçi qeyd edib ki, fars molla rejimi Azərbaycanın Güney Qafqazda apardığı bütün təşəbbüsləri dəstəkləməlidir.

“İran Azərbaycana təzyiq etməyə çalışsa, bu da o deməkdir ki, ümumiyyətlə müasir reallığı qəbul etmək istəmir. İranın yanaşmasında fars-şiə imperiya düşüncəsi necə formalaşıbsa, elə də saxlamaq istəyir. Bu da geosiyasi olaraq, hər zaman onun içindəki gizli qorxunun olduğuna işarə edir. Fars-şiə imperiya düşüncəsi əsasında antiAzərbaycan siyasəti və antitürk siyasəti onların şüurunda, həmçinin siyasi davranışlarında onlar üçün qorxu mənbəyi olacaqsa, bu da onların işlərini çətinləşdirəcək”-deyən Sadiq İsabəyli hesab edir ki, onlar öz qorxularından vaz keçməli, Azərbaycanla münasibətdə Ermənistan üzərindən hər hansı bir bəhanə uydurub təzyiq etməməlidirlər.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 İyul 2025 00:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri