Icma.az
close
up
RU
“Fars şahzadəsi” Türkiyəni hədəfə aldı KONKRET

“Fars şahzadəsi” Türkiyəni hədəfə aldı KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kibertəhlükəsizlik üzrə mütəxəssislər İran mənşəli Infy haker qruplaşmasının, digər adı ilə Prince of Persia (“Fars şahzadəsi”)nin yenidən aktivləşdiyini qeydə alıblar.

KONKRET.az xəbər verir ki, qrup demək olar ki, son beş ildə ilk dəfə yenidən tədqiqatçıların diqqət mərkəzinə düşüb.

“The Hacker News” nəşrinin “SafeBreach” şirkətinə istinadən yaydığı məlumata görə, Infy qruplaşmasının fəaliyyəti əvvəl güman edildiyindən xeyli daha geniş miqyaslıdır. Analitiklərin qənaətinə görə, qrup hələ də aktivdir və ciddi kiber təhlükə potensialını qoruyub saxlayır.

Infy APT (Advanced Persistent Threat) kateqoriyasına aid edilən ən qədim kiberqruplaşmalardan biri hesab olunur. Onun fəaliyyətinin ilk izləri 2004-cü ilə gedib çıxır. Digər İran haker qruplarından fərqli olaraq, Infy uzun müddət aşağı profil saxlayaraq diqqətdən kənarda qalmağa nail olub.

Yeni açıqlanan məlumatlara əsasən, qruplaşma İran, İraq, Türkiyə, Hindistan, Kanada və bir sıra Avropa ölkələrində yerləşən hədəflərə qarşı kiberəməliyyatlar həyata keçirib. Son qeydə alınan hücum və fəaliyyət epizodları 2025-ci ilə aiddir.

Tədqiqatçılar bildirirlər ki, Infy öz taktika, texnika və infrastrukturunu daim təkmilləşdirir, bu da ona uzunmüddətli davamlılıq qazandırır və aşkarlanmaqdan yayınmağa imkan verir. SafeBreach mütəxəssisləri vurğulayırlar ki, əvvəlki illərdə müşahidə olunan nisbi səssizlik qrupun fəaliyyətini dayandırması anlamına gəlmirdi.

Hesabatın dərc olunması digər analitik şirkətlərin İran kiberqrupları ilə dövlət strukturları arasında əlaqələr barədə yaydığı məlumatlarla da üst-üstə düşür. Bildirilir ki, bu qrupların bir hissəsi uzunmüddətli kəşfiyyat və təsir əməliyyatlarında iştirak edir.

Ekspertlərin fikrincə, Infy-nin yenidən fəallaşması regionda, xüsusilə də Türkiyəyə qarşı kiber təhlükələrin artdığını göstərir və bu sahədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini zəruri edir.

Natiq Səlim,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Dekabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri