Icma.az
close
up
RU
Ölümlə həyat arasında: Norveç şahzadəsi KONKRET

Ölümlə həyat arasında: Norveç şahzadəsi KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Norveç kraliçası Sonya sükutu pozaraq vəliəhd şahzadə Mette-Maritin ağciyər transplantasiyasından sonrakı vəziyyəti barədə danışıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Fædrelandsvennen” qəzeti məlumat yayıb.

Kristiansand şəhərində keçirilən incəsənət sərgisinin açılışında iştirak edən kraliçanın sözlərinə görə, ötən həftə baş tutan transplantasiya əməliyyatı uğurla keçirilib və Norveçin gələcək kralı, vəliəhd şahzadə Hokonun həyat yoldaşı Mette-Maritin həyatını xilas edib.

52 yaşlı Mette-Maritə hələ 2018-ci ildə proqressiv ağciyər fibrozu diaqnozu qoyulmuşdu. Xəstəlik səbəbindən o, oksigen balonundan istifadə etməyə məcbur qalmış və rəsmi tədbirlərdə iştirakını xeyli azaltmışdı.

Əməliyyat ailə üçün daha bir ağır hadisə ilə eyni dövrə təsadüf edib. Mette-Maritin böyük oğlu Marius Borq Hoybi zorlama, döymə və digər cinayətlərdə təqsirli bilinərək dörd il müddətinə azadlıqdan məhrum edilib. Mənbələrin məlumatına görə, buna baxmayaraq, o, xəstəxanada anasını gizli şəkildə ziyarət edib.

Bu il yaşanan bütün sarsıntılara, o cümlədən vəliəhd şahzadə Hokonun Ceffri Epşteynlə dostluğu ətrafında yaranmış qalmaqala baxmayaraq, kral ailəsi Mette-Maritə dəstəyini davam etdirir. Vəliəhd şahzadə Hokon onun vəzifələrinin bir hissəsini öz üzərinə götürüb, qızı Aleksandra anasının yanında olmaq üçün Sidney Universitetindən Osloya köçüb, kiçik oğlu Sverre isə mütəmadi olaraq anasını ziyarət edir.

Bundan əvvəl Norveç kralı Harald V və vəliəhd şahzadə Hokon Marius Borq Hoybi barəsində çıxarılan hökmü şərh etməkdən imtina etmişdilər. “BBC News”un sorğusuna cavab olaraq Norveç kral ailəsinin nümayəndəsi məhkəmə prosesinin nəticələri ilə bağlı heç bir açıqlama verilməyəcəyini bildirmişdi.\\oxu.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 İyun 2026 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri