Icma.az
close
up
RU
Fasilə gündəliyi: Qarabağ ın 11 mövsümlük seriyası qırılacaqmı?

Fasilə gündəliyi: Qarabağ ın 11 mövsümlük seriyası qırılacaqmı?

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycan Premyer Liqasında mövsüm bu gün demək olar, yarılanır. Sumqayıtda baş tutacaq ilin son oyununun ardından komandalar qış fasiləsinə çıxacaqlar. Təbii ki, mövsümün geridə qalan hissəsində ümidləri doğrultmayan, qarşıya qoyulan hədəfdən uzaq düşənlər "yara"larına əlac etməyə çalışacaqlar. Bu mənada Premyer Liqamızdakı hazırkı vəziyyət və ikinci dövrə ilə bağlı proqnozlardan bəhs etmək yerinə düşər...

Nəzərə alsaq ki, avrokuboklara vəsiqə çempionatı ilk "dördlük"də qərarlaşan komandalara və kubokun qalibinə nəsib olur (Misli Premyer Liqası 12 komandanın iştirakı ilə 3 dövrəli sistem üzrə keçirilir. Yarışlarda 1-ci pilləni tutan komanda Çempionlar Liqasının,2-ci və 3-cü yerin sahibi Konfrans Liqasının, ölkə kubokunun qalibi isə Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanır. Əgər 1, 2 və 3-cü yerin sahiblərindən biri eyni zamanda, Azərbaycan Kubokunu qazanarsa, o zaman Premyer Liqada 4-cü yeri tutmuş komanda avrokuboklara yollanır), bu mənada 12 iştirakçını da üç qismə ayırmaq istərdik: İddialılar, ortabablar, autsayderlər. 

İddialılar: "Qarabağ" üçün çətin "Sabah"

On altı tur ərzində üst pillələrdə daha gərgin mübarizəyə şahidlik etdik. Baxmayaraq ki, "Qarabağ" əvvəlki mövsümlərdə az qala ilk dövrədən sonra izləyicilərindən aralanır və favorit statusunu artıqlaması ilə doğruldurdu. Bunun da məntiqi nəticəsi kimi, "Qarabağ" son 11 mövsümdə qış çempionluğu yaşayıb. Bu mövsüm əvvəlkilərdən fərqlənir, Qurban Qurbanovun komandası hazırda çətinlik qarşısındadır. Ötən həftə 1-ci turdan təxirə salınmış görüşdə "Sabah"a uduzan (1:2) "köhlən atlar" liderliyi əldən verib. Oyunun məhz bu ərəfəyə təsadüf etməsi "bayquşlar"ın işinə yaradı. Belə ki, bir neçə "cəbhə"də mübarizə aparan, Çempionlar Liqası, çempionat və kubokda ağır oyunlar keçirən komandada yorğunluq səbəbindən zəiflik müşahidə olunur.


"Sabah" isə əksinə, yüksəlişdədir. Valdas Dambrauskasın baş məşqçisi olduğu bakılılar bu mövsüm cəmi bir məğlubiyyətlə üzləşiblər ki, "İmişli"dən 4 ay əvvəlki yenilginin əvəzi artıqlaması ilə çıxılıb. Həm ikinci dövrədəki görüşdə (3:0), həm də kubokun 1/8 finalında (2:1) bu rəqibini üstələyən "Sabah" uzun məğlubiyyətsiz seriyanın məntiqi nəticəsi kimi, ötən həftə zirvəni ələ keçirə bildi. 
"Qarabağ"ı əziyyətə salan təkcə "Sabah" deyil. Ağdam təmsilçisi 16 turdan 5-də xal itirib ki, bunlardan 4-ü əsas rəqibləri ilə duellərə təsadüf edib. Son çempion "Zirə"yə hər iki dövrədə "xal verib", hər ikisində 1:1 hesabı qeydə alınıb. Bundan başqa, qış fasiləsinə 4-cü pillədə yollanacaq "Sumqayıt" da ağdamlıları nəinki büdrədib, hətta qalib gəlib. Yeri gəlmişkən, 16 tur ərzində "Qarabağ"dan xal alan dördüncü komanda, ikinci "dördlük"də qərarlaşan "Şamaxı" olub.       
Təbii ki, şəxsi oyunlardakı xal itkiləri çox vaxt iddialılara başağrısı olur. "Qarabağ" mövsümün həlledici mərhələsində sürət yığıb növbəti çempionluğunu bayram etsə belə, görünən odur ki, bu, asan başa gəlməyəcək. Xüsusilə "Sabah"ın timsalında "Qarabağ"a layiqli rəqib yetişib. Nəzərə alaq ki, Bakı klubu ötən mövsümün finalında da "Qarabağ"ı yenərək Azərbaycan Kubokunun qalibi olub. 
16 turda 28 xal toplayaraq 3-cü pillədə qərarlaşan "Zirə" əsasən "sülhsevər" komanda kimi özünü göstərir. 16 oyundan az qala yarısında - 7-də 1 xalla kifayətlənən "qartallar" heç-heçələrin sayına görə yalnız "Neftçi"dən (8 heç-heçə) geri qalır. Cəmi 2 oyunda uduzan (8-ci turda "Sabah"a 0:3, 15-ci turda "Şamaxı"ya 1:2) Rəşad Sadıqovun komandası liderlərdən 6-7 xal geri qalır. Üstəlik, qəsəbə təmsilçisi fasiləyə yaxşı əhval-ruhiyyədə yollanmır. Komanda son iki turda qələbəyə həsrət qaldı. "Şamaxı"ya məğlub olan "Zirə" 16-cı turda "İmişli"ylə 0:0-a razılaşıb. Həmin "İmişli" ilə ki "qartallar" ilk dövrədə də onunla 1:1 bərabərə qalıb.
Mövsümün ilk yarısının sürpriz kollektivlərindən biri "Sumqayıt"dır. Yayda Saşa İliçlə anlaşan "gənclik şəhəri" təmsilçisi hazırda 4-cü yerdədir. "Kimyaçılar" bu gün ilin son oyununda "Sabah"dan xal almaqla "Zirə"ni də geridə qoya biləcək. Bu baş verməsə belə, 4-cü yer "Sumqayıt"ın əyninə "böyük gəlir". Məşqçi amili sayəsində iddialıların cərgəsinə daxil olan, ilk dövrədə "Qarabağ", "Araz-Naxçıvan" (3:2) kimi iddialıları məğlub edən, "Neftçi"ni büdərədən (2:2) sumqayıtlılar avrokubok uğrunda mübarizəsini sona qədər davam etdirəcəklər.     

Ortabablar: "Neftçi" autsayderdir

Əsasən mövsümün əvvəlindəki uğurlu nəticələri hesabına yüksəliş yaşayan "Turan Tovuz", yayda Azərbaycanı avrokubokda təmsil edən "Araz-Naxçıvan", millinin baş məşqçisi Ayxan Abbasovun sərəncamında olan "Şamaxı" və statusuna uyğun çıxış etməyən "Neftçi"dən ibarət "dördlük" tez-tez dəyişkənliyə məruz qalır. Kurban Berdiyevin komandasının 16 tur ərzində keçirdiyi 15 matçda ("Qəbələ" ilə görüş əlverişsiz havaya görə təxirə salınıb) əldə etdiyi 8 qələbədən 7-i məhz ilk 10 tura təsadüf edib. Qərb təmsilçisi 11-15-ci turlarda 3 xala həsrət qalmaqla "qara zolaq" yaşasa da, qış fasiləsi ərəfəsində "Karvan-Yevlax"ı yenməklə "qapını bərk çırpdı". Halbuki, tovuzluları mövsümün ikinci hissəsinə başqa məşqçinin çıxarması riski yaranmışdı. Əslində, mövsümü mükafatçılar, başqa sözlə, avrokubok zonasında başa vurmaq şansı realdır. Komandanı 3-cü yerdən cəmi 1 xal ayırır. 
"Araz-Naxçıvan"ın durumu heç də ürəkaçan deyil. Elmar Baxşıyevin yetirmələri 16 oyunun 9-da xal itirib. Üstəlik, naxçıvanlılar 11 rəqibindən 8-nə "xal verib". Bu mənada, "Qəbələ"yə (1:2) və "Sumqayıt"a (0:2) məğlubiyyətlər qeyd olunmalıdır. Naxçıvanlıların "Axill dabanı" müdafiədir. Baxşıyevin komandası 16 oyunda qapısında 25 qol görüb və topların nisbəti "0"-a bərabərdir. Düzdür, 25 qoldan 10-u (!) "Qarabağ"ın ayağına yazılıb.  
İmkanları ilə nəticələrini müqayisə etdikdə "Şamaxı"nı uğurlu komanda saymaq lazım gəlir. Bölgə təmsilçisi ötən mövsümü bitirdiyi mövqedə - 7-ci yerdədir. Ancaq bu mövsüm komanda sayının artdığı, 10-dan 12-yə çatdırılğı vurğulanmalıdır. Üstəlik, orta xal göstəricisində də artım var. "Şamaxı" ötən mövsüm 36 oyunda 36, yəni orta hesabla hər oyunda 1 xal toplamışdısa, hazırda 20 xalı var. Bu isə orta hesabla 1,25 xal deməkdir. Bu hesablama ilə 33 turluq marafonun sonunda 41 və daha yüksək xal ehtiyatı proqnozlaşdırılır. 


Hər il çempionluğa namizəd göstərilən, ancaq ümidləri doğrultmayan "Neftçi" ortabab komandaların "dördlüy"ündə belə autsayderdir. Bu gedişatla barışmayan "ağ-qaralar" baş məşqçi dəyişikliyinə əl ataraq Samir Abasovu ukraynalı Yuiri Vernidubla əvəzlədi. Onun rəhbərliyi altında 2 matça çıxan bakılılar 15-ci turda "Sumqayıt"la görüşdə üstünlüyünü əldən verərək 2:2 ilə kifayətləndisə, qış fasiləsi ərəfəsində "Karvan-Yevlax" üzərində çətin qələbə (2:1) qazandı. Vernidubun "Neftçi"də nələri dəyişə biləcəyi bir aylıq fasilədən sonra aydın olacaq. 17-ci turda "Zirə" ilə baş tutacaq çətin duel ukraynalı mütəxəssisə olan ümidlərə işıq salacaq.  
Autsayderlər: Debütantlar və "Kəpəz"

Əslində son "dördlük"də yer alan komandalardan 3-nün Premyer Liqaya bu il yüksəldiyini, "Kəpəz"in isə elitaya döndüyü dördüncü mövsümdə də autsayder mövqeyində çabaladığını nəzərə alsaq, turnir cədvəli qanunauyğunluğu əks etdirir. Hərçənd, "İmişli"yə geriyə yol görünmür. İnsafən, Jorje Kaşkilya mübariz komanda formalaşdırıb və içərisində iddialıların da olduğu bir neçə rəqibindən xal alaraq ehtiyatını artırıb. 16 turda 17 xal toplayan debütant sonuncu yerdə qərarlaşan "Karvan-Yevlax"dan 11, fasiləyə 11-ci yerdə yollanan "Qəbələ"dən isə 9 xal öndədir. 
Kaxaber Tsxadadzenin başçılıq etdiyi "qırmızı-qaralar" gözəgəlimli oyunu ilə rəğbət yaratsa da, nəticələr hələki ürəkaçan deyil. Doğrudur, "Qəbələ" prinsipial rəqiblərindən bir oyun az keçirib. 
Mövsümün ikinci yarısı "Kəpəz"lə "Karvan-Yevlax" üçün yaxşı heç nə vəd etmir.


Qış fasiləsinə qədər baş məşqçi dəyişikliyinə əl atan bölgə təmsilçilərinin vəziyyətydən çıxış yolu cəhdləri hələki effekt vermir. Adil Şükürovu əvəz edən və 7-ci turdan komandanın sükanı arxasında olan Azər Bağırov gəncəliləri 10 oyuna çıxarıb və bunların 3-də qələbəyə sevinib, 7-də isə uduzub. 
Yevlaxlılara gəlincə, debütant da yerli məşqçini digər yerli mütəxəssislə - Azər Həşimovu Füzuli Məmmədovla əvəz edib. "Kəpəz"dən fərqli olaraq, "Karvan-Yevlax" 4 oyunda cəmi 1 xal əldə edib. Amma digər rəqiblər kimi, elitada qalmaq uğrunda mübarizə aparan komandalar üçün də fasilə hava-su kimi yerinə düşür. Təxminən bir aylıq fasilədən sonra kimin problemlərini nə qədər yoluna qoyduğunu, kimin isə əksinə, ritmdən çıxdığını biləcəyik. 

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub. 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://fanat.az
archiveBu xəbər 22 Dekabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see313

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see196

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see150

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see147

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see132

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see132

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see131

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri