Icma.az
close
up
RU
“FASİLƏ UKRAYNA ÜÇÜN CİDDİ RİSKLƏR DAŞIYIR...” “Rusiyanın NATO ya üzv olması real deyildi” AzPolitika onlayn siyasi ictimai qəzet

“FASİLƏ UKRAYNA ÜÇÜN CİDDİ RİSKLƏR DAŞIYIR...” “Rusiyanın NATO ya üzv olması real deyildi” AzPolitika onlayn siyasi ictimai qəzet

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qlobal körpülər – Münaqişələrlə zəngin daha bir il arxada qaldı

Hazırda dünyada baş verən dinamik hadisələri yalnız bir kontekstdə analiz etmək olduqca çətindir. Son beş il ərzində, xüsusən 2024-cü ildə, bitmiş hesab edilən münaqişələrin yenidən alovlanmasının, sönməyən münaqişələrin isə daha da şiddətlənməsinin şahidi olduq. Aparılan tədqiqatlar və araşdırmalar göstərir ki, ABŞ seçkilərindən sonra bir çox suallar öz cavabını tapa bilər. Ümumi mənzərəni nəzərdən keçirərkən bu ehtimalın əsassız olmadığını görmək mümkündür.

Əvvəlcə qeyd edilməlidir ki, ABŞ-də Donald Trampın ikinci dəfə hakimiyyətə gəlməsinin dəqiqləşdiyi bir zamanda Suriyada BAAS rejimi Əsadın devrilməsi ilə vətəndaş müharibəsini məntiqi sonluğa çatdırdı. Eyni zamanda İsrail-Fələstin münaqişəsi davam edərkən İsrailin Suriya ərazilərinə daxil olması vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Ötən il İsrail - Fələstin münaqişəsini araşdırarkən britaniyalı keçmiş diplomat Ceyms Moranla müsahibə aparmaq imkanı əldə etdim. Onunla söhbətdən yalnız bir əsas nəticə çıxarmaq mümkündür: “Yaxın Şərqdə kimin nə etdiyini tez və səthi analizlə anlamaq mümkün deyil.”

Bu gün dünyanı ən çox narahat edən məsələ isə Rusiya-Ukrayna müharibəsidir. 2024-cü ildə əsas gözləntilərdən biri, Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə münaqişənin tezliklə həll olunmasıdır. Siyasətdən uzaq insanlar belə, müharibənin səbəb olduğu qlobal iqtisadi sarsıntılar fonunda, ən qısa zamanda sülhün əldə olunmasını arzu edirlər. Ukraynanın, münaqişə bitdikdən sonra, dövlət olaraq necə mövcud olacağı və hansı istiqamətdə inkişaf edəcəyi hər kəs üçün maraq doğurur.

Keçən il Mərkəzi Avropada münaqişəyə yanaşmaları araşdırarkən əsas beyin mərkəzlərinin düşüncələrini öyrənmək mənim tədqiqat prioritetlərimdən biri idi. Bu məqsədlə, IDM və DRC direktoru Sebastiyan Şaffer ilə görüşdüm. O, münaqişənin yaxın zamanda bitməyəcəyini və Rusiyanın da müharibəni tezliklə dayandırmaq niyyətində olmadığını bildirmişdi. Maraqlıdır ki, yenicə həmsöhbət olduğum NATO-nun keçmiş Rusiya təmsilçisi də 2025-ci il üçün eyni proqnozu səsləndirdi. Yeni ilə ümidlərlə başlamaqla yanaşı, cavabsız qalan sualların cavabını tapmaq üçün, xüsusən də Qərb mütəxəssislərinə müraciət etmək vacibdir. Nəzərə almaq lazımdır ki, bu münaqişə ən çox Qərbin özünü maraqlandırır. Bu səbəbdən, britaniyalı ekspert, NATO-nun sabiq Rusiya təmsilçisi və Chatham House-un üzvü Con Lofla müsahibə təşkil etdik. O, münaqişə ilə bağlı qərb perspektivindən maraqlı yanaşmalara sahib olan tanınmış bir şəxsdir.

Con Lof Rusiya və Avrasiya Proqramının müxbir üzvü olaraq fəaliyyət göstərir. Karyerasına Sovetlər və Rusiya təhlükəsizlik siyasətini araşdıran Sovet Araşdırmaları Mərkəzində analitik kimi başlayıb. O, NATO-da altı il çalışıb və 1995-1998-ci illərdə Moskvada yerləşən ilk Alyans nümayəndəsi olub. Həmçinin, Chatham House ilə yanaşı, strateji məsləhət firması olan Highgate-də də baş məsləhətçi olaraq fəaliyyət göstərir.

İlk sualım Con Lofa ABŞ seçkilərindən sonra bu münaqişə ilə bağlı nəticələrin necə ola biləcəyi barədə oldu.

Con Lof:

“Birincisi, bu müharibəyə son qoymaq perspektivləri bir neçə hissəyə bölünə bilər. Seçilmiş prezident Tramp və onun komandası həm Rusiyanı, həm də Ukraynanı danışıqlara məcbur etməklə münaqişəni sona çatdırmaq üçün bir yol tapmağa çalışa bilər. Bu yanaşma ağlabatan görünür, çünki hər iki tərəf müharibədən yorulub və onu dayandırmaq istəyir, ancaq özləri üçün əlverişli şərtlərlə. Problem isə məhz burada yaranır.

Mümkün həllin tez bir zamanda əldə olunub-olunmayacağını zaman göstərəcək. Hər iki tərəf güzəştə getməkdən imtina edə bilər və bu, müharibənin uzanmasına səbəb ola bilər. Tramp administrasiyası təsir rıçaqları olduğunu düşünür: Ukraynaya silah tədarükünü dayandıraraq danışıqlara təzyiq edə bilər və ya əksinə, Rusiya müharibəni davam etdirərsə, Ukraynaya daha təkmil silahlar verə bilər.

Lakin danışıqların Rusiyanın yenidən güclənməsinə imkan verən müvəqqəti fasiləyə gətirib çıxaracağı ehtimalı da narahatlıq doğurur. Ukrayna üçün belə bir fasilə ciddi risklər daşıyır. Bu arada Avropanın təhlükəsizliyi məsələsi hələ də həll olunmamış qalır. Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı təkliflər irəli sürülə bilər, lakin bu qüvvələrin tərkibində Avropa ölkələrinin iştirak etməsi ehtimalı yüksək olsa da, ABŞ-nin birbaşa töhfə verəcəyinə şübhə edirəm.”

Con Lofla apardığım söhbət əsasında aydın olur ki, o da Tramp administrasiyasının potensial hərəkətlərinə skeptik yanaşır. Bu skeptisizmin əsaslı səbəbləri var. Tramp hələ tam hakimiyyətə keçid baş tutmamış, sosial media platformalarında müttəfiq ölkələrlə bağlı narahatlıq yaradan açıqlamalar verib. Məsələn, Qrenlandiyaya iddia irəli sürməsi (Danimarka və Aİ ilə münasibətləri gərginləşdirən amil) və Kanadaya qarşı açıqlamaları bu baxımdan diqqət çəkir.

Daha sonra Con Lof bildirdi ki, 2014-2015-ci illərdə Minsk razılaşmalarının uğursuzluğunu nəzərə alsaq, görərik ki, zəif tərtib olunmuş və düzgün icra edilməyən razılaşmalar davamlı sülhə gətirib çıxarmır. Bu təcrübə, istənilən yeni sazişlərin hərtərəfli və hər iki tərəf üçün məqbul olmasının vacibliyini göstərir.

Bununla yanaşı, Con Lof Avropanın təhlükəsizliyinə dair daha geniş bir sualın ortaya çıxdığını vurğuladı: “Əgər NATO Ukraynanın təhlükəsizliyini uzunmüddətli təmin edə bilməzsə, bəs onda bu həll yolu nədir?”

O əlavə etdi ki, Trampın növbəti hakimiyyəti dövründə NATO-nun gələcəyi, bir Alyans olaraq mövcudluğu belə sual altına düşə bilər.

Xülasə:

Atəşkəs və danışıqlar üçün müəyyən perspektivlər olsa da, davamlı sülh sazişi yalnız hər iki tərəfin ciddi güzəştlərə razılaşması ilə mümkün ola bilər.

Con Lof:

“İnanmaq çətindir, amma mənim Moskvada NATO-nun təmsilçisi kimi fəaliyyətə başlamamdan təxminən 30 il keçib. O dövr tamamilə fərqli idi. 1990-cı illərin ortalarında, Sovet İttifaqının dağılmasından sonra Moskvada Qərblə əlaqələr qurmağa daha açıq olan bir administrasiya mövcud idi. Boris Yeltsinin Bill Klinton və kansler Helmut Kol kimi liderlərlə güclü əlaqələri buna nümunə idi. 1995-ci ildə Moskvada işə başlayanda atmosfer kifayət qədər əməkdaşlığa yönəlmişdi. Xatırlayıram ki, mən Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunmuşdum. Orada rəsmilər NATO-dan onun rolunu Rusiya ictimaiyyətinə çatdırmağa kömək etməyi xahiş etmişdilər – təbliğat olmadan, sadəcə faktlarla. Bu gün belə bir dəvəti təsəvvür etmək olduqca çətindir.

Lakin Yeltsin administrasiyası daxilində də parçalanmalar mövcud idi. Xarici işlər naziri Andrey Kozyrev kimi bəzi şəxslər Qərblə daha sıx əməkdaşlıq qurmağa çalışsa da, digərləri NATO-ya qarşı dərin şübhə ilə yanaşırdı. Xüsusilə hərbi strukturlarda bu inamsızlıq daha çox hiss olunurdu.”

Hazırkı Rusiya Prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona verdiyi məşhur müsahibə hələ də bir çoxlarının yadındadır. Bu müsahibə uzun müddət sosial medianın gündəmində idi. Putin həmin müsahibədə tarixi faktları öz prizmasından xırdalıqlarına qədər nəql edərək geniş bir monoloqla çıxış etmişdi. Bu müsahibə yayımlandıqdan sonra ortaya belə bir təsəvvür çıxmışdı ki, Rusiya ilk dövrlərdə NATO-ya üzv olmağı planlaşdırırmış. Bu barədə sualı Con Lofa vermək məntiqli görünürdü.

Con Lof suala olduqca konkret cavab verdi:

“Rusiyanın NATO-ya üzv olmaq marağı, xüsusən də sonrakı illərdə Prezident Putin tərəfindən səsləndirilsə də, bu tamamilə real deyildi. Əgər belə bir proses mümkün olsaydı, Alyans Rusiyadan NATO-nun prinsiplərinə uyğunlaşmaq üçün hərbi və qərar qəbuletmə proseslərində ciddi dəyişikliklər tələb edərdi. Bu, yalnız uyğunlaşma ilə deyil, həm də konsensus sisteminin qəbul edilməsi ilə bağlı idi – bu isə Rusiyanın beynəlxalq əməkdaşlığa baxışından əsaslı şəkildə fərqli idi.

Biz Bosniyada birgə sülhməramlı səylər kimi məhsuldar əməkdaşlıqlara nail olmuşduq. Lakin NATO-nun genişlənməsi və digər geosiyasi dəyişikliklər bu cür əməkdaşlığı davam etdirməyi getdikcə çətinləşdirdi.”

Sonda Con Lofa Azərbaycan və Cənubi Qafqazla bağlı sual ünvanladım. O, Azərbaycanın enerji resurslarına görə əhəmiyyətli geosiyasi çəkiyə malik olduğunu vurğuladı: “Cənubi Qafqaz böyük qlobal tendensiyalardan təsirlənir – bunu beynəlxalq münasibətlərdə inqilabi dövr kimi təsvir edərdim. İkinci Dünya müharibəsindən və Soyuq müharibədən sonra yaranan mənzərə yenidən müəyyənləşir. Bu kontekstdə Azərbaycanın qarşısında duran əsas vəzifə bu dəyişiklikləri effektiv şəkildə idarə etmək, Türkiyə və Rusiya kimi qonşularla möhkəm əlaqələri qoruyub saxlamaq və eyni zamanda regionda liderlik rolunu təsdiqləməkdir. Bu, diqqətli diplomatiya, iqtisadiyyatın şaxələndirilməsi və sabitliyin təmin olunması üçün daha geniş regional əməkdaşlığı tələb edir.”

Con Lofla aparılan bu müsahibə xarakterli diskussiya, Sosial Tədqiqatlar Mərkəzinin “Qlobal Körpülər” adlı layihəsinin növbəti buraxılışı üçün təşkil olunub.

Paşa Bayramov,

Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Yanvar 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see169

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see139

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see135

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see133

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see129

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see126

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see123

Səhiyyə Nazirliyində İsrailin ölkəmizdəki səfiri ilə görüş keçirildi FOTO

16 Oktyabr 2025 16:50see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see120

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see119

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see119

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see118

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri