Icma.az
close
up
RU
Fasiləsiz 90 saat uça bilən quş Bioloq açıqladı

Fasiləsiz 90 saat uça bilən quş Bioloq açıqladı

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Təbiətin ən dayanıqlı səyyahlarından biri – uzun məsafəli köç edən quşlar – qitələri və okeanları heç bir fasilə vermədən keçə bilirlər. Onların arasında isə böyük bataqlıq cürəsi (elmi adı ilə Gallinago media) xüsusi seçilir. 

Qaynarinfo xəbər v erir ki, bioloq Skott Treversin "Forbes" üçün yazdığı məqaləyə əsasən, bu quş 80 saatdan çox fasiləsiz uça bilir və bu qabiliyyəti ilə bir çox insanın müasir nəqliyyat vasitələri ilə çatdığı məsafələri geridə qoyur.

Böyük cürə qış aylarını Səhranın cənubundakı Afrika ölkələrində, yay aylarını isə Şimali Avropa və ya Rusiya Federasiyasının şimal-qərbində keçirir. Treversin yazdığına görə, insanlar bu məsafəni maşın və təyyarələrlə, bir neçə dayanacaqla təxminən iki günə qət edirlər. Lakin cürə birbaşa marşrut üzrə, gündüz və gecə fasiləsiz uçar, saatda təxminən 100 km sürətlə hərəkət edər və hətta su içmək üçün belə dayanmaz. Uçuş ümumilikdə 60–90 saat çəkə bilər.

Trevers qeyd edir: "Başqa sözlə, bu quş insanlar müasir nəqliyyat vasitələri ilə səyahət etdiyi halların təxminən 10-20 faizində onlardan daha tez mənzil başına çatır – ləğv edilən və gecikən reysləri nəzərə alsaq".

Bu dayanıqlığın səbəbləri nələrdir?

1. Ekstremal yüksəkliyə qalxmaq - istilikdən qorunma və suyun qorunması

Müşahidə edilən quşların əksəriyyəti 6 000 metrdən (20 000 fut) yuxarı hündürlüklərdə uçur. Hətta bir cürənin 8 500 metrə (28 000 fut) çatdığı qeydə alınıb – bu, köçəri quşlar üçün qeydə alınan ən yüksək uçuşlardan biridir.

Aşağı hündürlüklərdə günəşin birbaşa şüaları quşun bədənində həddindən artıq qızmaya səbəb ola bilər. Quşlar tər ifraz etmədiyindən, bədənlərini yalnız buxarlanma yolu ilə soyuda bilirlər və bu isə fasiləsiz uçuş zamanı ciddi susuzlaşma riski yaradır. Lakin yüksəkdə, temperatur sıfırın altına düşdüyü üçün təbii konveksiya vasitəsilə bədənlərini sərinlədərək həm enerjiyə, həm də suya qənaət edirlər.

2. Gün ərzində yüksəkdə uçar, çünki yırtıcılardan uzaqdır

Gündüz saatlarında qızılquşlar, çalağanlar və digərləri orta və kiçik ölçülü quşlara ov edir. Bu yırtıcılar əsasən 3 000 metrdən (10 000 fut) aşağı hündürlüklərdə aktivdirlər. Cürə daha yuxarı qalxaraq bu yırtıcıların hüdudundan kənarda qalır. Axşam saatlarında isə hava qatının oksigenlə zəngin olan aşağı təbəqələrinə enərək daha səmərəli enerji sərfiyyatı ilə uçuşunu davam etdirir.

3. Yüksəklik dəyişmələri naviqasiya üçün kömək edir

Gündüz yüksəkdə uçmaq cürəyə yer səthini daha geniş şəkildə görməyə imkan verir. Bu, istiqamətin qorunması, ekoloji orientirlərdən istifadə edərək marşrutun tənzimlənməsi baxımından olduqca vacibdir. Çünki çoxlu sayda quşlar istiqaməti günəş, ulduzlar, Yer maqnit sahəsi və qoxu ilə təyin etsələr də, vizual orientirlər də həlledici rol oynayır. Uzaq çaylar, sahil xətləri və tanış relyeflər gündüz aydın görünsə də, gecə bu cür vizual orientirlər itir, buna görə də yüksəkdə qalmaq üçün ehtiyac azalır.

Lakin bu hündürlük rekordu deyil

Qeyd edilməlidir ki, cürə uçuş hündürlüyü üzrə rekordçu deyil. Bu göstəriciyə görə, onu Rüppell qartalı (və ya ləkəli zibilçi qartal) geridə qoyur. Belə ki, bu quşun 11 000 metr (təxminən 36 000 fut) hündürlükdə – yəni sərnişin təyyarələrinin səviyyəsindən də yuxarıda – kommersiya təyyarəsi ilə toqquşduğu qeydə alınıb.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 İyul 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri