Icma.az
close
up
RU
Azərbaycan Mərkəzi Asiya xəttində dinamika göz önündədir

Azərbaycan Mərkəzi Asiya xəttində dinamika göz önündədir

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibə, əslində, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında formalaşan yeni siyasi xəritənin mahiyyətini açıq şəkildə göstərir. Prezident müsahibə zamanı bir daha vurğulayır ki, bu coğrafiyaları birləşdirən amillər təkcə sərhədlərin yaxınlığı deyil. Burada tarix, ortaq mədəni kod, eyni mənəvi dəyərlər və xalqlar arasında uzun illər boyu formalaşmış etimad xüsusi rol oynayır. Son illərdə baş verənlər isə bu təməli daha da möhkəmləndirib.

Azərbaycan–Mərkəzi Asiya xəttində dinamika göz önündədir. Dövlət başçılarının ardıcıl səfərləri, yüksək səviyyəli təmasların intensivliyi və strateji qərarların sürətli şəkildə reallaşması göstərir ki, münasibətlər artıq klassik diplomatik çərçivədən çıxaraq daha sıx tərəfdaşlığın nümunəsinə çevrilir. Özbəkistanla münasibətlər isə xüsusilə seçilir. Həm İlham Əliyev, həm də Şavkat Mirziyoyev arasında formalaşmış şəxsi etimad bu əməkdaşlığın ən güclü dayaqlarından biridir. Məhz bu etimadın nəticəsidir ki, Ali Dövlətlərarası Şura kimi institusional mexanizmlər qısa müddətdə yaradılıb və real işlək platformaya çevrilib.

İqtisadi göstəricilər də eyni istiqaməti təsdiqləyir. Tərəflər arasında ticarət dövriyyəsinin 2024-cü ildə 252 milyon dollar olması və 2025-ci ilin ilk doqquz ayında bu rəqəmin 319 milyona çatması artımın təsadüfi olmadığını göstərir. Azərbaycanda fəaliyyət göstərən 120 Özbəkistan investisiyalı şirkət də bu əməkdaşlığın iqtisadi bazasının genişləndiyini təsdiqləyir. Birgə müəssisələr, sənaye və kənd təsərrüfatı layihələri, nəqliyyat-logistika sahəsində atılan addımlar — bunların hər biri yeni mərhələnin konturlarını müəyyənləşdirir. Coğrafiyanın diktə etdiyi həqiqətlər iki ölkəni daha sıx bağlayan əsas faktorlardandır. Orta Dəhliz, Zəngəzur dəhlizi, Bakı–Tbilisi–Qars xətti kimi layihələr Azərbaycanı regionun ayrılmaz tranzit mərkəzinə çevirir. Hava nəqliyyatı və yük daşımalarının artması isə bu marşrutların daha effektiv şəkildə işləməsinə şərait yaradır. Energetika sahəsində əməkdaşlıq da diqqətdən kənarda qalmır. SOCAR-ın fəaliyyəti, neft-kimya məhsullarının ixracı və bərpaolunan enerji üzrə imzalanan sazişlər həm iqtisadi, həm də strateji plana ciddi töhfə verir.

Mədəni-humanitar sahədə əməkdaşlıq ildən-ilə genişlənir. Son illərdə keçirilən mədəniyyət günləri, elmi forumlar, “Şuşa günləri”, şəhərlərarası qardaşlaşma layihələri xalqlar arasında birbaşa təmasları artırır və münasibətlərin sosial baza üzərində möhkəmlənməsinə şərait yaradır. Bakıda yaradılan “Özbəkistan” parkı və Daşkənddəki Heydər Əliyev Meydanı isə artıq bu dostluğun həm simvolu, həm də gələcək nəsillərə ötürüləcək mesajıdır.

Prezident İlham Əliyev müsahibəsində əməkdaşlığın bütün istiqamətlərini təhlil edrək göstərir ki, Azərbaycan–Özbəkistan əlaqələri həm ikitərəfli əməkdaşlıq, həm regional inteqrasiya, həm də qlobal siyasi reallıqlar baxımından strateji əhəmiyyətə malikdir. Siyasi, iqtisadi, enerji, nəqliyyat və mədəni sahələrdə yaranan sinerji regionda sabitlik və inkişaf üçün mühüm imkanlar açır. Bu proses təkcə bu iki ölkəni yaxınlaşdırmır; eyni zamanda Azərbaycanın Mərkəzi Asiya ilə bütünlükdə inteqrasiyasını gücləndirərək ölkəmizi geniş Avrasiya məkanında daha mühüm aktora çevirir.

Pərvin Kərimzadə,

YAP İdarə Heyətinin üzvü, millət vəkili

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Noyabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri