Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

“Bu, həm də CASCFEN in arzusunun çin olmasıdır”

“Bu, həm də CASCFEN in arzusunun çin olmasıdır”

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Nadir İsmayılov: Bizə bu günləri yaşadan cənab Prezident İlham Əliyevə minnətdarıq

“Noyabrın 16-da qardaş Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Orta Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü Azərbaycan və ümumilikdə türk dünyası üçün mühüm qərarla yadda qaldı: bu tədbirdə Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət Görüşləri formatına qoşulmasına dair qərar qəbul edildi. Bu, olduqca mühüm, tarixi və strateji qərardır.”

Bunu xalqcebhesi.az-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir İsmayılov deyib.

O qeyd edib ki, bu tədbirin və qəbul edilən qərarın əhəmiyyətinə dair geniş müzakirələr aparmaq olar: “Lakin mən bu tədbirlə bağlı bir neçə vacib açıqlama, yaxud çıxışa diqqət yönəltmək istəyirəm. Məsələn, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binali Yıldırım paylaşımında qeyd edib ki, noyabrın 16-da Daşkənddə keçirilən Orta Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi regional əməkdaşlığın Xəzərin o tayına keçərək türk dünyası istiqamətində yeni mərhələyə yüksəldiyini göstərən tarixi bir addımdır. Özbəkistan Prezidenti Şavkat Mirzizoyev isə tədbirdəki çıxışında regionun Yeni Orta Asiya kimi tarixi dirçəlişi astanasında olduğunu bildirməklə yanaşı, Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət Görüşləri formatına qoşulması ilə Orta Asiya və Güney Qafqaz arasında möhkəm körpünün qurulacağını, bunun vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağını deyib”.

N.İsmayılov xüsusilə bu iki fikir üzərində dayanmasının heç də təsadüfi olmadığını bildirib: “Bu iki fikir, əslində CASCFEN-in quruluşundan bəri arzusunun çin olması, təşkilatın qarşısına qoyduğu hədəfin reallaşması deməkdir. Mən həm özüm, həm də rəhbərlik etdiyim təşkilat adından bizə bu günləri yaşadan cənab Prezident İlham Əliyevə minnətdarlıq edirəm. Hələ 22 il öncə 2003-cü ilin 18-20 mart günlərində Bakı şəhərində keçirilən regional konfransın sonunda bu adda bir İctimai Birlik qurulanda bəziləri buna ağız büzüb, hətta türklüyə, türk dünyasının birliyinə yanaşdıqları kimi bu ideyaya da “heç zaman reallaşmayacaq xülya” kimi dəyər veriblər. Lakin biz, həm CASCFEN-in qurucu və ilk başqanı Azər Həsrət və o dövrdə buna dəstək verən Orta Asiyadan olan fəallar, həm də Azər Həsrətdən sonra bu prosesi uğurla davam etdirən bizlər, yəni təşkilatın yeni rəhbər heyəti bu arzumuzdan, hədəfimizdən bir an belə uzaq düşmədik. Xatırladım ki, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi 2003-cü ilin 18-20 mart günlərində Bakı şəhərində keçirilən regional konfransın sonunda təsis edilib. Təşkilatın təşəbbüsçüsü və qurucusu həmin dövrdə Azərbaycan Jurnalistlər Konfederasiyasının baş katibi və Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin direktoru Azər Həsrət olub. Təsis konfransında Azərbaycandan bu iki təşkilatla yanaşı Jurnalistlərin Həmkarlar İttifaqı, həmçinin Gürcüstan Jurnalistlərinin Müstəqil Assosiasiyası, Qırğızıstandan “Jurnalistlər” İctimai Birliyi, Özbəkistandan “Ozod Ovoz” Təşkilatı, eyni zamanda Söz və İfadə Azadlığı Komitəsi, Tacikistandan Tacikistan Müstəqil KİV-lərinin Milli Assosiasiyası iştirak edib. Sonuncu təşkilatın təmsilçisi üzrlü səbəbdən toplantıya qatıla bilməsə də CASCFEN-in qurucusu kimi öz razılığını bildirib. CASCFEN sonrakı bir il ərzində adı çəkilən coğrafiyanın ən fəal təşkilatlarından birinə çevrilməklə beynəlxalq qurumların diqqətini də cəlb edə bilib. 2003 və 2004-cü illərdə CASCFEN təmsilçisi Azər Həsrət və qurumun Orta Asiya təmsilçiləri Bobomurod Abdulla (Özbəkistan), Kuban Mambetaliyev (Qırğızıstan), Nuriddin Karşiboyev (Tacikistan), Rozlana Taukina (Qazaxıstan) Avrasiya Media Forumunun Almatıda keçirilən toplantılarında əsas məruzəçilər sırasında çıxış ediblər. Eyni zamanda, CASCFEN Azərbaycan qanunlarına uyğun olaraq 7 iyun 2012-ci il tarixində yenidən təsis ediləndən və 29 iyun 2012-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınandan sonra da biz ideallarımıza sadiq qalmışıq. Bunu ötən müddət ərzində türk dünyası ilə bağlı atdığımız addımlar, reallaşdırıdığımız layihələrə də təsdiq edir”.

O vurğulayıb ki, ötən müddət ərzində əmin olduq ki, bir gün gələcək və bizim təşkilatın adında olduğu kimi Orta Asiya və Güney Qafqaz sözün bütün mənalarında bir araya gələcək: “Və bu oldu, arzumuz reallaşdı. Təbii ki, bu arzumuzun reallaşmasının memarı cənab Prezident İlham Əliyevdir”, deyən Nadir İsmayılov daha sonra aşağıdakıları əlavə edib: “Məhz cənab Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun rəşadəti nəticəsində 5 il öncə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər özü ilə yeni reallıqlar yaratdı. Orta Asiya ilə Güney Qafqaz arasında daha sıx bağların qurulması da bu reallıqlardan doğur. Bu gün o bağları, o körpünü Azərbaycan qurur. Bu gün o yolun əsas istiqamətvericisi cənab Prezident İlham Əliyevdir. Məhz cənab İlham Əliyevin liderliyi və qətiyyətli addımları sayəsində noyabrın 16-da Daşkənddə qəbul edilən qərar, Binali Yıldırımın təbirincə desək, eyni zamanda regional əməkdaşlığın Xəzərin o tayına keçərək türk dünyası istiqamətində yeni mərhələyə yüksəldiyini göstərən tarixi bir addımdır”.

Onu da əlavə edək ki, CASCFEN fəaliyyətinin ilk ilinin tamamında – 2004-cü ildə nüfuzlu beynəlxalq mükafat olan “Azad Media Öncülü”nə (Free Media Pioneer) layiq görülüb. Mükafat Varşavada təntənəli mərasimlə təqdim edilib. Həmin illərdə qurum və onun rəhbəri Azər Həsrət ATƏT, UNESCO, Beynəlxalq Jurnalistlər Federasiyası da daxil olmaqla bir sıra beynəlxalq qurumlar üçün Orta Asiya bölgəsində ekspert qismində çıxış edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Noyabr 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri