Icma.az
close
up
RU
Fatma Varank: Türkiyə Bakıda COP31 ə sədrliklə bağlı bir çox görüşlər keçirdi

Fatma Varank: Türkiyə Bakıda COP31 ə sədrliklə bağlı bir çox görüşlər keçirdi

Icma.az, Azertag portalına istinadən məlumat verir.

İstanbul, 30 may, Günel Karatepe, AZƏRTAC

Azərbaycan dost və qardaş ölkəmizdir, həm də COP29-a ev sahibliyi edib. Azərbaycan COP çərçivəsində tədbirlərdən birinin keçirilməsi üçün Türkiyəni, İstanbulu seçdi. Tədbirdə mühüm müzakirələrin aparıldığı panel iclas da keçirildi. İclasda COP-a namizədlik prosesi çərçivəsində Türkiyənin fəaliyyətlərinə nəzər salındı. Onu da deyim ki, ötən il Bakıda, COP29-da maliyyə ilə bağlı önəmli qərar alındı. Türkiyə COP29-da çox böyük heyətlə iştirak etdi. Tədbirdə sadəcə dövlət müəssisələri deyil, özəl sektor, universitetlərin də iştirakı ilə Türkiyə pavilyonunda gündə altı əlavə tədbir keçirildi. Türkiyəli danışıqçılar bir çox pavilyona dəvət edildilər, həm qrup daxilində, həm də iştirakçı dövlətlərin nümayəndələri ilə hər səviyyədə görüşlərimiz oldu, baxışımızı və hədəflərimizi bölüşdük. Əslində o tədbirlərdə COP-a sədrlik təbliğatımızı da apardıq. Bakıdakı bu dövr çox sıx təmaslarla davam etdi və bu, hələ də davam edir.

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank bu fikirləri İstanbulda AZƏRTAC-a açıqlamasında söyləyib.

O deyib: “Türkiyə olaraq COP31-ə sədrlik uğrunda mübarizəmizi qətiyyətlə davam etdiririk. Bununla bağlı sıx diplomatiya səylərimiz var. İqlimlə bağlı keçirilən toplantılarda iştirakla yanaşı, səfirliklərimiz vasitəsilə ölkələrin nazirlikləri ilə təmaslarımız da davam edir. Təbii ki, bu fəaliyyətlər son altı ayda daha da intensivləşib. Dünyadakı bir çox ölkə də bununla bağlı Türkiyəyə dəstək verir. Biz bu istiqamətdə baxışımızı əks etdirən sənədi ortaya qoyduq. Orada COP31-lə bağlı hədəflərimiz, əsas müzakirə mövzuları və başlıqları müəyyənləşdirmişik, çox müsbət rəylər alırıq. Təbii ki, bizimlə yanaşı, Avstraliya da namizəd ölkədir və onlar da prosesi davam etdirirlər. Bu istiqamətdə ölkələrimiz arasında sıx görüşlər keçirilir. Danışıqlarımız davam edir və təbii ki, son qərar COP30-da veriləcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri